Tapılan ümumi test sayı : 28

Altından xətt çəkilmiş nümunələrdən hansılar bütöv cümlə deyil?
1. -Adın nədir?
-Məhəmməddir.
2. -Məktəbə təzə gəlmisən?
-Bəli, dünən gəlmişəm.
3. -Sən necə oxuyursan?
-Mən pis oxuyuram.
4. -Harada yaşayırsınız?
-H.Cavid prospektində.
5. -Burada da yaxşı oxuyacaqsan?
-Əlbəttə, burada da yaxşı oxuyacağam.
 
A) 2, 3, 4
B) 2, 5
C) 3, 5
D) 1, 2, 4
E) 1, 4, 5
Üzümçülük rayonu birləşməsində üzümçülük sözünün morfoloji təhlilində buraxılmış səhvi göstərin:
A) düzəltmə isimdir
B) isimdir, nə? sualına cavab verir
C) başlanğıc forması: üzümçülük
D) adlıq haldadır, təkdir
E) ümumi mücərrəd isimdir
Verilmiş sözlərdən səhv yazılanları göstərin:
1. sədd             2. bulut           3. siyasi          4. kərpiç
5. məşhur         6. corab          7. əskər          8. hədsiz
A) 3, 4, 5, 8
B) 2, 4, 5, 7
C) 1, 3, 5
D) 2, 3, 4, 7
E) 1, 2, 3, 6
Aşağıdakılardan biri Azərbaycan dilinin iltisaqi quruluşu baxımından yanlışdır:
A) Bir neçə leksik şəkilçi bir-birinin dalınca gələ bilər.
B) Sözün kökü dəyişmir və müəyyən leksik məna bildirir.
C) Söz yalnız bir qrammatik şəkilçi qəbul edə bilər.
D) Sözləri bir biri ilə əlaqələndirən əsas vasitə şəkilçidir.
E) Şəkilçilər sözün sonuna artırılır.
II və III növ təyini söz birləşmələrinin tərəfləri  arasındakı əlaqə növünü göstərin:
A) uzlaşma və yanaşma
B) uzlaşma və idarə
C) uzlaşma
D) idarə
E) yanaşma
"Başına ağıl qoymaq" ifadəsini aşağıdakılardan hansına aid etmək olar?
A) frazeoloji birləşməyə
B) I növ təyini söz birləşməsinə
C) II növ təyini söz birləşməsinə
D) III növ təyini söz birləşməsinə
E) feli bağlama tərkibinə
Məchul növdə olan feli göstərin:
A) əməl edildi
B) inanıldı
C) tikildi
D) fikir verildi
E) baxıldı
"Elmin meydanı genişdir, lakin qəbələnin mənzili isə uzaqdır" cümləsinin tərkib hissələri arasında hansı məna əlaqəsi var?
A) zaman
B) aydınlaşdırma
C) ardıcıllıq
D) səbəb-nəticə
E) qarşılaşdırma
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top