Tapılan ümumi test sayı : 29

"Ax, bu uşaqlar necə bədzatdırlar,
Lap, deyəsən, cin kimi bir zatdırlar"
nümunəsində köməkçi nitq hissələrindən hansılar işlənmişdir?
A) qoşma, ədat
B) qoşma, bağlayıcı, ədat
C) ədat, modal söz, qoşma
D) qoşma, modal söz
E) bağlayıcı, ədat, modal söz
"İbrahim xan Xəzinə qayasının üstündə qürurla dayanmışdı" cümləsində Xəzinə sözünün qrammatik şərhi ilə bağlı fikirlərdən biri səhvdir:
A) Xüsusi isimdir.
B) qayasının üstündə sözləri ilə birlikdə cümlənin yer zərfliyidir
C) Tək və konkret isimdir.
D) Adlıq haldadır.
E) Quruluşuna görə sadə isimdir.
Hansı sözün tələffüzü düzgün göstərilməmişdir?
A) [inşa:t]
B) [annamaq]
C) [sönməx]
D) [söyüt]
E) [sürtgü]
Hansı lüğətə izahlı lüğət deyilir?
A) sözün düzgün tələffüzünü əks etdirən lüğətə
B)  düzgün yazı qaydalarını izah edən lüğətə
C) sözün qrammatik mənalarını izah edən lüğətə
D) sözlərin leksik mənalarını izah edən lüğətə
E) sözlərin mənşəyini izah edən lüğətə
Cüttərkibli cümlələri müəyyənləşdirin:
1. Tarixdə qalacaq ömür yaşadım.
2. Nə gözəl havadır?!
3. Vurğunun şerlərini çox sevirəm.
4. Adama çox söz deyərlər.
5. Belə işdə gərək heç kimə ümid olmayasan.
A) 1, 4
B) 3, 5
C) 2, 3
D) 1, 2
E) 1, 3
Göstərilənlərdən yalnız birində uzlaşma əlaqəsi var:
A) Xeyirxahlıq savabdır.
B) Kitabları qaytardıq.
C) rütubətli hava
D) Ucadan danışmayın.
E) İndicə gedirik.
Hansı cərgədəki sinonimlər həmişə bir-birini əvəz edə bilir?
A) eynək, çeşmək
B) gözəl, göyçək
C) yoxlamaq, sınamaq
D) ürək, könül
E) dava, müharibə
Cümlələrdən hansında -mış4 şəkilçisi feli sifət şəkilçisidir?
A) Əsgərin ayağından axan qan yanında göllənmişdi.
B) Aygün orta məktəbi əla qiymətlərlə bitirmişdi.
C) Elin biçilməmiş taxılı zəmində qaldı.
D) Kiminsə əzabı, fəlakətiymiş
Səadət quşunun yemi, sən demə.
E) Mən atamı ötmüşəm, məni ötür övladım.
Bu, belə də olmalı, axı dünya fırlanır.
"Çatışmazlıqların əsas səbəbi bu idi ki, kişilər can-dildən işləmir, bütün ağırlıq qadınların üzərinə düşürdü" tabeli mürəkkəb cümləsinin növünü müəyyən edin:
A) mübtəda budaq cümləsi
B) tərzi-hərəkət budaq cümləsi
C) təyin budaq cümləsi
D) tamamlıq budaq cümləsi
E) xəbər budaq cümləsi
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top