Tapılan ümumi test sayı : 26

Sözlərdən birində səslərin sayı hərflərin sayından azdır:
A) minnət
B) müstəqillik
C) suverenlik
D) sərbəstlik
E) addım
Hansı sözlərdə -dan2 leksik şəkilçidir?
1. qəsdən
2. ucadan
3. çoxdan
4. hərdən
5. əzəldən
6. yorulmadan
7. hamıdan
A) 1, 2, 6, 7
B) 3, 4, 5, 6
C) 2, 3, 4
D) 1, 2, 5
E) 4, 6, 7
"Heca vəzninin işlənmə tarixi daha qədimdir. Azərbaycan dilinin fonetik təhlilinə uyğun yaranan heca vəzni ədəbiyyatşünaslıqda milli şer ölçüsü hesab edilir."
Yuxarıdakı mətn hansı üsluba aiddir?
A) bədii
B) rəsmi-işgüzar
C) məişət
D) elmi
E) publisistik
M.Ə.Sabir aşağıdakı şerlərindən birində İran Milli Məclisinin acınacaqlı taleyini türk zəhmətkeşlərinə xatırladırdı:
A) "Səbr eylə"
B) "Aldanmaram"
C) "Ruhum"
D) "Ürəfa marşı"
E) "Yatmayın, allahı sevərsiz!"
Verilmiş nümunədə hansı bədii təsvir vasitəsindən istifadə edilmişdir?
Yalqızlıq içində sıxılır ürək,
Atını dördnala çapdırır külək.
A) metafora
B) epitet
C) metonimiya
D) təşbeh
E) təzad
R.Rzanın "...İtkisi əhəmiyyətsizdir" şerinin lirik qəhrəmanını narahat edən nə idi?
A) atom sınağının fəlakətləri və buna laqeyd münasibət
B) canlı təbiətə qəsd
C) milli mədəniyyət abidələrinin baxımsız vəziyyətə düşməsi
D) repressiya qurbanlarının acı taleyi
E) qanlı müharibələr və ölüm düşərgələri
XIX əsrin əvvəllərində yaranan Azərbaycan poeziyası haqqında hansı fikir səhvdir?
A) Bu dövrdə poeziyada yeni bir ədəbi cərəyan - satira meydana gəlir.
B) Poeziyanın aparıcı xətti lirika idi.
C) Əsərin əvvəllərində poeziya ədəbiyyatda başlıca yer tuturdu.
D) Şairlərin çoxunun yaradıcılığında sufizm dünyagörüşü geniş yer tutmurdu.
E) Bu dövrün poeziyasında epik və epik-lirik janrlara təsadüf olunmur.
XIII əsrə qədərki saray ədəbiyyatı ilə bağlı fikirlərdən biri səhvdir:
A) Qəsidə yazmaq ənənəsi daha çox yayılmışdı.
B) Saraylarla bağlı olduğu üçün bülə adlanır.
C) XII əsrin ədəbi qüvvələri daha çox Şirvanşahlar sarayında toplaşmışdı.
D) Yalnız hökümdarların tərifi ilə məhdudlaşırdı.
E) Bu ədəbiyyat, əsasən, fars dilində yaranırdı.
Hansı sənətkarlar Ş.İ.Xətayinin həyatından bəhs edən roman yazmışlar?
1. M.İbrahimov             2. Ə.Cəfərzadə
3. Ə.Nicat                     4. İ.Hüseynov
5. F.Kərimzadə
A) 1, 4, 5
B) 3, 4, 5
C) 2, 3, 5
D) 2, 3, 4
E) 1, 2, 3
Boynunu mən yağlaram,
Yaman gözü dağlaram.
Tez çək, maral öküzüm,
Geri qalsan ağlaram.
Şerin janrını və misradaxili bölgüsünü müəyyənləşdirin.
A) Holavardır, 3-4 bölgüsündədir.
B) Bayatıdır, 3-4 bölgüsündədir.
C) Sayaçı sözüdür, 3-4 bölgüsündədir.
D) Holavardır, 4-3 bölgüsündədir.
E) Sayaçı sözüdür, 4-3 bölgüsündədir.
Faciə yazmış sənətkarlar hansılardır?
1. N.Vəzirov
2. M.F.Axundzadə
3. N.Nərimanov
4. İ.Əfəndiyev
5. H.Cavid
A) 3, 4, 5
B) 1, 4, 5
C) 2, 3, 5
D) 2, 3, 4
E) 1, 3, 5
Y.V.Çəmənzəminlinin mühacirətdən qayıtdıqdan sonra çap olunmuş ilk kitabı:
A) "Studentlər"
B) "Keçmiş səhifələr"
C) "Azərbaycan ədəbiyyatına bir nəzər"
D) "Qan içində"
E) "Qızlar bulağı"
O, bu əvəzliklərinin hansından sonra durğu işarələri düzgün qoyulmamışdır?
1. Bu, ömür kitabımdır.
2. O, yerlərin meşələri çox səfalıdır.
3. Hələ o, günləri xeyli xatırlayacaqsan.
4. Demə, o, dostumdur, bu, düşmənimdir.
5. Bu, müəllim V kursda mühazirə oxuyacaqdır.
A) 2, 3, 4
B) 2, 3, 5
C) 1, 2, 3
D) 1, 3
E) 3, 4, 5
Xəbər budaq cümləli tabeli mürəkkəb cümləni göstərin:
A) Motor birdən elə guruldadı ki, qulaqlarımız tutuldu.
B) İgid odur ki, dərdli gündə özünü itirməsin.
C) Yaxşı yadımdadır ki, biz ilk dəfə qatarda tanış olmuşduq.
D) O yerdə ki, təmizlik var, orada xəstəlik olmaz.
E) Rica edirəm, içəri buyurasınız.
"Elan" sözünün leksik təhlili ilə bağlı fikirlərdən biri yanlışdır:
A) Antonimi yoxdur.
B) Alınma sözdür.
C) Ümumişlək sözdür.
D) Çoxmənalı sözdür.
E) Sinonimi "bildiriş" sözüdür.
Dialoji nitq hansı üslubda daha çox işlənir?
A) məişət üslubunda
B) bədii və elmi
C) rəsmi-işgüzar üslubda
D) publisistik üslubda
E) elmi və publisistik üslubda
Tərkibində yalnız qapalı saitlər işlənmiş, ahəng qanununa tabe olmayan əsl Azərbaycan sözlərini göstərin:
1. ilan               2. vücud             3. işıq
4. şüur             5. vacib               6. ildırım
A) 4, 5
B) 3, 6
C) 1, 2
D) 2, 5
E) 1, 6
"Canını oda yaxmaq" frazeoloji birləşməsinin sinonimi:
A) canına yağ kimi yayılmaq
B) dəridən-qabıqdan çıxmaq
C) burnunun ucu göynəmək
D) mınəm-mənəm demək
E) gözünün odunu almaq
Feli sifətin hansı əlaməti feli bağlamaya aid edilə bilməz?
A) felin müxtəlif məna növlərində ola bilməsi
B) xəbərlik şəkilçisini qəbul etməsi və ismi xəbər olması
C) təsirli və təsirsiz ola bilməsi
D) ətrafına söz toplaya bilməsi
E) təsdiq və inkarda ola bilməsi
"Belələrinə çox təsadüf edilir" cümləsindəki felin morfoloji təhlilində səhv harada buraxılmışdır?
A) Məchul növdədir.
B) İndiki zamandadır.
C) Xəbər şəklindədir.
D) III şəxsin təkindədir.
E) Tərkibi feldir.
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top