Tapılan ümumi test sayı : 25

R.Rzanın bu əsərlərindən biri pyesdir:
A) "Vəfa"
B) "Xalq şairi"
C) "Füzuli"
D) "Xalq həkimi"
E) "Son gecə"
Bunlardan üçü XIX əsrin ortalarında Azərbaycan satirik poeziyasının nümayəndələridir:
1. B.Şirvani
2. Q.Zakir
3. M.Ş.Vazeh
4. M.B.Bakıxanov
5. S.Ə.Şirvani
6. S.Ə.Nəbati
7. M.B.Nadim
A) 4, 5, 7
B) 1, 2, 3
C) 3, 4, 5
D) 2, 6, 7
E) 2, 5, 7
Nizami Gəncəvinin yaratdığı hansı surətlər hökümdarların öz səhvlərini dərk etməsində və mənəvi yüksəlişində mühüm rol oynayırlar?
1. Fərhad
2. Şirin
3. "Yeddi gözəl" poemasındakı çoban
4. "Zalım padşahla Zahidin dastanı" mənzum hekayəsindəki Zahid
5. "Kərpickəsən kişinin dastanı"ndakı qoca
A) 1, 3, 5
B) 1, 2, 5
C) 1, 4, 5
D) 2, 3, 5
E) 2, 3, 4
"Koroğlu" dastanından "Həmzənin Qıratı qaçırması" qolu necə başlayır?
A) Xotkarın Koroğlu ilə əlaqədar çağırdığı məclisin təsviri ilə
B) Ərəb Reyhanın Hasan paşaya yazdığı məktubun oxunması ilə
C) Keçəl Həmzənin Hasan paşanın məclisinə gəlişinin təsviri ilə
D) Çənlibelin ətəyində Koroğlunun Həmzə ilə rastlaşması səhnəsi ilə
E) Bolu bəyin göndərdiyi qasidin gəlişi ilə
"Anamın kitabı" pyesindəki Gülbahar obrazı barədə deyilənlərdən biri səhvdir:
A) Qardaşları arasında birlik olmaması onu daim narahat edir.
B) Zəhrabəyim ana ölüm ərəfəsində ona atanın vəsiyyəti yazılmış kitabı verir.
C) Anası kimi o da Vətənin bölünməzliyi, xalq mənəviyyatının dilinin qorunması ideyasının daşıyıcısıdır.
D) Qardaşlarından birinin - Rüstəm bəyin kitablarına bir qədər rəğbətlə yanaşır.
E) Qardaşların bir-birinə yadlaşmasına etiraz edərək onların kitablarını yandırır.
M.Füzulinin göstərilən əsərlərindən yalnız biri nəzmlə yazılıb?
A) "Söhbətül-əsmər"
B) "Mətləül etiqad"
C) "Şikayətnamə"
D) "Rindü Zahid"
E) "Səhhət və Mərəz"
Hansı cümlədə inversiya vardır?
A) O qara xalı mənə versələr, qanın içərəm.
B) Yoxmudur səndə, gülüm, heç insaf?!
C) Həsrətin çəkdiyim canan, bəri bax
D) Eşq camından içən kimsənə huşyar olmaz.
E) Məni candan usandırdı, cəfadan yar usanmazmı?!
"İstər", "istərsə də" bağlayıcılarının məna növünü göstərin:
A) şərt
B) qarşılaşdırma
C) bölüşdürmə
D) iştirak
E) birləşdirmə
Tabeli mürəkkəb cümlələrdən biri şərt budaq cümləlidir:
A) Elə danışır ki, guya böyük qəhrəmanlıq göstərib.
B) Onun başına bir iş gəlsə, sən cavab verəcəksən.
C) O, istəyirdi ki, oğlu adlı-sanlı adam olsun.
D) O, bərk hirslənsə də, dillənmədi.
E) Evimiz uzaqda olsa da, tez çatmalıyıq.
Cəfər Cabbarlının insan faciəsinin sosial-ictimai səbəblərini ilk növbədə pul və varlanmaq ehtirası ilə izah edən dram əsəri:
A) "Solğun çiçəklər"
B) "Aslan və Fərhad"
C) "Mənsur və Sitarə"
D) "Nəsrəddin şah"
E) "Sevil"
"Lirik növün janrıdır. Həcmcə kiçik olsa da, mövzu etibarilə geniş əhatə dairəsinə malikdir. Daha çox ictimai-siyasi, əxlaqi-tərbiyəvi mahiyyət daşıyır. Şair öz təxəllüsünü söyləmir.Qafiyyə quruluşu belədir: ab, vb, qb, ğb, db". Bu parçada hansı janrın xüsusiyyətlərindən söz açılır?
A) qəzəl
B) qəsidə
C) qitə
D) müxəmməs
E) məsnəvi
"İkinci adı "Təəssübkeşliyin bəlası" olan bu əsərdə Misirdə doğulan, lakin ata yurdu İran üçün qəribsəyən qəhrəman bu ölkədə ictimai tərəqqidən əsər-əlamət olmadığını görür. Ona görə də iztirab və həyəcan keçirərək xəstələnir. Az keçmir ki, dünyasını dəyişir". Bu, hansı əsərdir?
A) "Kitab yüklü eşşək"
B) "İbrahim bəyin səyahətnaməsi"
C) "Rəşid bəy və Səadət xanım"
D) "Kitabi-Əsgəriyyə"
E) "Kəmalüddövlə məktubları"
Həmcins təyinli cümləni göstərin:
A) O gecə Səriyyə ilə Cəmilə də yeni mahnıları həvəslə oxudular.
B) O, yeni açılmış yasəmən kimi təravətli və gözəl idi.
C) Bu gənc, qüvvətli və təmiz səs ona öz səsini xatırladırdı.
D) O, ehtiyatla, yavaş-yavaş sözə başladı.
E) Aşağıdakı qaranlıq dərədə dəyirmanın çarxı üzərinə tökülən su aramsız şırıldayırdı.
Düzəltmə isimlərdən biri məkan bildirir:
A) evlilik
B) gözəllik
C) vətənpərvərlik
D) yurdsevərlik
E) meşəlik
Ədəbi dilin leksik normasının əsas tələbi hansıdır?
A) sözün düzgün yazılması
B) sözün düzgün tələffüz edilməsi və düzgün yazılması
C) sözün mənasına bələd olmaq, onu düzgün və yerində işlətmək
D) sözlər və cümlələr arasındakı əlaqəni düzgün qurmaq
E) sözün düzgün tələffüz edilməsi
Sadalanan türk dillərindən biri oğuz qrupuna daxil deyil:
A) Azərbaycan dili
B) türk dili
C) qazax dili
D) türkmən dili
E) qaqauz dili
"Bərkdən-boşdan çıxmış kadrları hər yerdə qiymətləndirirlər" cümləsinin növünü müəyyənləşdirin.
A) şəxssiz cümlə
B) cüttərkibli geniş cümlə
C) təktərkibli müxtəsər cümlə
D) qeyri-müəyyən şəxsli cümlə
E) ümumi şəxsli cümlə
"Dəftər" sözünün fonetik təhlili ilə bağlı fikirlərdən hansı səhvdir?
1. Sözdə de, ə, fe, te, ə, er hərfləri, [d], [ə], [f], [t], [ə], [r] səsləri var.
2. İki kar, iki cingiltili samit işlənib.
3. İkihecalıdır.
4. Vurğusu II hecaya düşür.
5. Tələffüzü ilə yazılışı fərqlənmir.
A) 1, 2, 4
B) 1, 3, 4
C) 1, 2, 5
D) 4, 5
E) 3, 5
Şəkilçilərdən ikisi feldən sifət əmələ gətirir:
1) -lı4    2) -sız4   3) -dakı2   4) -ıq4   5) -cıl4   6) -ı4    7) -ıcı4
A) 1, 7
B) 3, 6
C) 4, 7
D) 2, 5
E) 1, 4
Alınma sözlərin cərgəsini göstərin:
A) əlaqə, inkişaf, bilmək, məsələ
B) rəh, stul, mətbəə, sinif
C) rütbə, səfir, yeddi, təchizat
D) dülgər, zərgər, saatsaz, sən
E) mədaxil, məxaric, məzun, ana
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top