Tapılan ümumi test sayı : 28

M.P.Vaqif və Q.Zakir yaradıcılığı üçün ortaq cəhətlər:
1. Həm lirik, həm də epik əsərlərin yazılması
2. İctimai motivli satirik şerlərin yazılması
3. Həm əruz, həm də heca vəznində şerlərin yazılması
4. Məhəbbətin və real gözəlliyin tərənnümü
5. Həm nəzmlə, həm də nəsrlə əsərlərin yazılması
A) 1, 3
B) 1, 2, 4
C) 4, 5
D) 3, 4
E) 2, 4, 5
"Yerdən ayağını quş kimi üzüb,
Yay kimi dartılıb, ox kimi süzüb,
Yenə öz sürünü nizamla düzüb,
Baş alıb gedirsən hayana, ceyran?"

Misralarında hansı bədii təsvir vasitəsindən istifadə edilmişdir.
A) metonimiya
B) metafora
C) mübaliğə
D) təşbeh
E) epitet
"Füyuzat" jurnalının redaktoru:
A) Məhəmməd Hadi
B) Əli bəy Hüseynzdə
C) Ömər Faiq Nemanzadə
D) Əhməd bəy Ağaoğlu
E) Həsən bəy Zərdabi
"Kitabi-Dədə Qorqud" dastanından götürülmüş aşağıdakı parçada hansı obrazdan bəhs olunur?
"Oğuzun ol kişi tamam bilicisiydi. Nə dersə olardı, qayibdən dürlü xəbər söylərdi ... oğuz qövmünün müşkülünü həll edirdi. Hər nə olsa ... danışmayınca işləməzlərdi. Hər nə ki buyursa, qəbul edərlərdi. Sözün tutub tamam edərlərdi."
A) Dədə Qorqud
B) Qazan xan
C) Dirsə xan
D) Bayandır xan
E) Beyrək
Bəndlə bağlı verilən izahlardan biri doğru deyil:
Darğınam mən belə baxta,
Ürəyim qan laxta-laxta,
Bax ki, kimlər çıxdı taxta,
Küsdü kimin baxtı, bağlar?
A) Janrına görə qoşmadır.
B) Saranın dilindən verilmişdir.
C) Heca vəznindədir.
D) Xalqın naləsi, qəsbkara nifrəti öz əksini tapmışdır.
E) Ə.Cavadın "Səsli qız" poemasındandır.
Məsnəvi formasında yazılmış bu əsərin mərkəzində Tülkü surəti dayanır:
A) M.B.Xalxali. "Sələbiyyə"
B) A.Bakıxanov. "Mişkatül-ənvar"
C) M.Füzuli. "Söhbətül-əsmar"
D) S.Ə.Şirvani. "Aslan və iki öküz"
E) B.Şirvani. "Töhfətül-əhbab"
Lirik növün janrları hansı sıradadır?
A) qəsidə, roman, poema
B) qoşma, rübai, gəraylı
C) təmsil, nağıl, təcnis
D) poema, povest, əfsanə
E) hekayə, təmsil, qəzəl
XI əsrdə yaşamış bu sənətkarın lirik şerlər "Divan"ı və "Ət-təfasir" adlı farsca lüğəti vardır:
A) İzzəddin Şirvani
B) Qətran Təbrizi
C) Əfzələddin Xaqani
D) Mücirəddin Beyləqani
E) Məhsəti Gəncəvi
Epik əsər yazmış sənətkarları göstərin.
I. Qazi Bürhanəddin
II. Arif Ərdəbili
III. İmadəddin Nəsimi
IV. Şah İsmayıl Xətai
A) II, IV
B) I, II
C) III, IV
D) II, III
E) I, III
M.Hüseynin  "Yeraltı çaylar dənizə axır" romanındakı Səmirə Aydın surəti ilə bağlı fikirlərdən biri səhvdir:
A) İxtisasca jurnalistdir və başına gələnləri sürgündə ikən qələmə alır.
B) Həssas, iradəli və cəsarətli bir qadındır.
C) Xəstəxanada Kamranla tanış olur və sonra ona ərə gedir.
D) Müdhət haqqında qara xəbər aldıqdan özünü öldürmək istəyir.
E) Ailəsinə, ocağına sadiq bir qadındır.
"Doğru" sözünün qoşma vəzifəsində işləndiyi cümləni göstərin.
A) Doğru büdrəyər, amma yıxılmaz.
B) Könül, doğru yoldan gəl olma kənar.
C) Uşaq anasına doğru can atırdı.
D) Doğruya zaval yoxdur, çəksələr min divana.
E) Doğru söz acı olar, nəticəsi şirin.
Hansı cərgədə altından xətt çəkilmiş sözlərin hər ikisi təsirlik haldadır?
A) Ayaqları sözünə baxmadı, çamadanı yerə qoydu.
B) Bir azdan avtobus gələcək, uşaqlar yola düşəcək.
C) Seyran göyərçin gördümü, dayanacaq, gözlərini göyə zilləyib duracaq.
D) Şahinin modeli yarışda birinci yeri tutdu.
E) Gözünü açanda gördü ki, dostları ətrafında dayanıb.
"Yandırılacaq" sözünün morfoloji təhlilində buraxılmış səhvi göstərin.
A) -ıl məchul növün şəkilçisidir.
B) Düzəltmə feldir, nə edəcəkdir? sualına cavab verir.
C) Yan feli sözün köküdür.
D) -dır icbar növün şəkilçisidir.
E) -acaq qəti gələcək zaman şəkilçisidir.
"Quru odun" və "quru adam" birləşmələrindəki "quru" sözü aşağıdakılardan hansına uyğun gəlir?
A) sinonim
B) antonim
C) təkmənalı söz
D) çoxmənalı söz
E) omonim
Tabe tərəfi düzəltmə sifət olan I növ təyini söz birləşməsini göstərin.
A) təcrübəli bağban
B) çoxlu məsələ
C) həmin tapşırıq
D) ipək köynək
E) şirindil uşaq
"Bu da bir həqiqətdir ki, Azərbaycanın minillik tarixi üzrə ilk araşdırmalar əsas etibarilə əsrimizin ortalarından aparılmağa başlanmışdır" tabeli mürəkkəb cümləsində əvəzlik - qəlib baş cümlədə hansı sintaktik vəzifəni daşıyır?
A) tamamlıq
B) zaman zərfliyi
C) xəbər
D) mübtəda
E) təyin
Hansı fikir səhvdir?
A) Dilçilik elmi ictimai hadisə olan dili tədqiq edir.
B) Türklərin ilk ən böyük dilçisi XI əsr alimi M.Kaşğaridir.
C) Fonetika, leksikologiya, qrammatika dilçiliyin şöbələridir.
D) Dilçiliyin dialekt və şivələri öyrənən sahəsi etimologiya adlanır.
E) Lüğətçilik dilçiliyin təcrübi sahələrindən biridir.
"Biz övladlarımızı körpəlik çağlarından Vətəni sevməyə alışdırmalıyıq" cümləsindəki vasitəli tamamlıq nə ilə ifadə olunmuşdur?
A) məsdərlə
B) məsdər tərkibi ilə
C) feli sifət tərkibi ilə
D) II növ təyini söz birləşməsi ilə
E) isimlə
"Ömrün uzun olsun!", "Canın sağ olsun!", "Bəxtin ağ olsun!" nümunələri nitq etiketlərinin hansı növünə aiddir?
 
A) görüşmə
B) təbrik
C) alqış
D) müraciət
E) ayrılma
Hansı cərgədəki antonim sözlər əsl Azərbaycan sözlərindən ibarətdir?
A) nainsaf-rəhmdil
B) sülh-müharibə
C) ələm-nəşə
D) isti-soyuq
E) zəif-güclü
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top