Tapılan ümumi test sayı : 28

"O" əvəzliyindən sonra qoyulmuş vergül işarəsi hansı vəziyyətdə doğru deyil:
A) O, 19-cu dəstənin fəxridir.
B) O, oxumalı idi.
C) O, səyahətdən yorulmayıb.
D) O, sirri yenə də gizli saxladı.
E) O, məğrur bir vəziyyət aldı.
Mürəkkəb sözü göstərin:
A) boşqab
B) ağ daş
C) dərs oxumaq
D) Gəncə şəhəri
E) günə baxan
"Səmirə bəziləri kimi qorxaq deyil" cüməsində əvəzliyin hansı növü işlənmişdir?
A) qayıdış
B) qeyri-müəyyən
C) təyini
D) şəxs
E) işarə
Hansı sözdə ahəng qanunu pozulmuşdur?
A) idarə
B) hərəkətsizlik
C) məktəblilər
D) gətirdilər
E) ovçuluq
"Bizcə, bu işdə çətinlik olmayacaq" cümləsindəki ara sözün bildirdiyi məna:
A) məlumatın mənbəyi
B) yəqinlik
C) güman və şübhə
D) nitqin hissələri arasında əlaqə
E) təəssüf
"Papaq" sözünün fonetik təhlilində səhv haradadır?
A) İkihecalıdır, vurğu ikinci hecaya düşür.
B) Sözdə 2 sait, 3 samit səs vardır.
C) [q] - cingiltilisamitdir,kar qarşılığı [x] samitidir.
D) [a] - qalın, açıq, dodaqlanmayan saitdir.
E) [p] - kar samitdir, cingiltili qarşılığı [b] samitidir.
Sözün poetik funksiyası ən çox hansı üslubda özünü göstərir?
A) bədii
B) elmi
C) məişət
D) publisistik
E) rəsmi-işgüzar
Göstərilən xüsusiyyətlərdən biri feli bağlamaya aid edilə bilməz:
A) Təsirli və təsirsiz olur.
B) Təsdiq və inkarda olur.
C) Zamana görə dəyişir.
D) Ətrafına söz toplaya bilir.
E) Məchul, qayıdış, icbar və sair növlərdə işlənir.
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top