Tapılan ümumi test sayı : 28

"O" əvəzliyindən sonra qoyulmuş vergül işarəsi hansı vəziyyətdə doğru deyil:
A) O, sirri yenə də gizli saxladı.
B) O, 19-cu dəstənin fəxridir.
C) O, səyahətdən yorulmayıb.
D) O, oxumalı idi.
E) O, məğrur bir vəziyyət aldı.
Mürəkkəb sözü göstərin:
A) dərs oxumaq
B) günə baxan
C) ağ daş
D) Gəncə şəhəri
E) boşqab
"Səmirə bəziləri kimi qorxaq deyil" cüməsində əvəzliyin hansı növü işlənmişdir?
A) işarə
B) şəxs
C) qeyri-müəyyən
D) təyini
E) qayıdış
Hansı sözdə ahəng qanunu pozulmuşdur?
A) hərəkətsizlik
B) idarə
C) ovçuluq
D) məktəblilər
E) gətirdilər
"Bizcə, bu işdə çətinlik olmayacaq" cümləsindəki ara sözün bildirdiyi məna:
A) təəssüf
B) məlumatın mənbəyi
C) nitqin hissələri arasında əlaqə
D) yəqinlik
E) güman və şübhə
"Papaq" sözünün fonetik təhlilində səhv haradadır?
A) [a] - qalın, açıq, dodaqlanmayan saitdir.
B) [p] - kar samitdir, cingiltili qarşılığı [b] samitidir.
C) İkihecalıdır, vurğu ikinci hecaya düşür.
D) [q] - cingiltilisamitdir,kar qarşılığı [x] samitidir.
E) Sözdə 2 sait, 3 samit səs vardır.
Sözün poetik funksiyası ən çox hansı üslubda özünü göstərir?
A) elmi
B) məişət
C) bədii
D) publisistik
E) rəsmi-işgüzar
Göstərilən xüsusiyyətlərdən biri feli bağlamaya aid edilə bilməz:
A) Ətrafına söz toplaya bilir.
B) Məchul, qayıdış, icbar və sair növlərdə işlənir.
C) Təsdiq və inkarda olur.
D) Təsirli və təsirsiz olur.
E) Zamana görə dəyişir.
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top