Tapılan ümumi test sayı : 28

Ana dilimizdə yazılmış bu əsərlərdən birinin giriş hissəsində baharın təsviri verilir:
A) Füzuli. "Leyli və Məcnun"
B) Nizami. "İsgəndərnamə"
C) Füzuli. "Rindü Zahid"
D) Xətai. "Dəhnamə"
E) Nizami. "Xosrov və Şirin"
Beytlər şəklində olan şer janrları hansılardır?
A) bayatı, qəzəl, qitə
B) qəzəl, qəsidə, qitə
C) məsnəvi, müxəmməs, qəzəl
D) rübai, tuyuq, qitə
E) qəzəl, qoşma, təcnis
İ.Qutqaşınlının "Rəşid bəy və Səadət xanım"  hekayəsində Səadət xanım obrazı ilə bağlı fikirlərdən hansı səhvdir?
A) Öz məhəbbətində vəfalı olan Səadət xanım romantik ruhlu, həssas, insanpərvər bir qızdır.
B) Müəllif Səadət xanımın simasında yeni fikirli gəncliyin nəcib insani xüsusiyyətlərini canlandırır.
C) Səadət xanımı yaşca özündən xeyli kiçik bir adama ərə vermək istəyirlər.
D) O, tək və arxasız olduğu üçün qarşısındakı maneələri yarıb sevgiisi Rəşid bəyə qovuşa bilmir.
E) Səadət xanım qulluqçusu Şamaha səmimi və mehriban münasibət bəsləyir.
Rəsul Rzanın 60-70-ci illər lirikasının əsas və səciyyəvi mövzusu:
A) repressiya dövrünün  günahsız qurbanları
B) yeni həyatın tərənnümü
C) cənub həsrəti
D) insan və onun taleyi
E) vətən məhəbbəti, torpağa bağlılıq
"Əlimdə bir əsa, gözümdə çeşmək
Loğman tək gəzirəm vətən mülkünü".

Bu misralarda hansı bədii təsvir vasitəsi vardır?
A) təşbeh
B) simvol
C) metafora
D) epitet
E) metonimiya
Aşağıdakı nümunə hansı sənətkarın əsərindəndir?
"- Mənim anam kimdir?
Öz-özümə cavab verirəm ki:
- Mənim anam rəhmətlik Zəhrəbanu bacı idi.
- Dilim nə dildir?
- Azərbaycan dilidir?"
A) C.Məmmədquluzadə
B) N.Nərimanov
C) Ə.Hüseynzadə
D) M.Ə.Rəsulzadə
E) Ə.Ağaoğlu
Ədəbi irsi 17 min beytlik şer "Divan"ından, "Töhfətül-İraqeyn" poemasından və 60-dan çox bədii nəsr nümunələrindən - məktublardan ibarət olan Azərbaycan şairi:
A) Əfzələddin Xaqani
B) Nizami Gəncəvi
C) Qətran Təbrizi
D) Məhsəti Gəncəvi
E) Fələki Şirvani
"Qonur atın vergil mana,
Altmış tutam göndərini vergil mana,
Ap-alaca qalxanını vergil mana...
Kafirə mən varayım"

Bu sözləri "Kitabi-Dədə Qorqud" dastanını hansı qəhrəmanı Salur Qazana deyir?
A) Aruz
B) Qaraca Çoban
C) Uruz
D) Beyrək
E) Qaragünə
M.F.Axundzadənin axırıncı komediyası:
A) "Sərgüzəşti-vəziri-xani-Lənkəran"
B) "Mürafiə vəkillərinin hekayəti"
C) "Hekayəti-Molla İbrahimxəlil kimyagər"
D) "Hekayəti-xırs quldurbasan"
E) "Hekayəti-müsyö Jordan və dərviş Məstəli şah"
Şerin müəllifi kimdir?
Zirvəndə oynaşan rüzgarlar acı,
İllərdir görünməz başının tacı,
Anlat ki, dərdinin nədir əlacı,
Nədir bu dumandan tüllər, a dağlar?!
A) A.İldırım
B) H.Cavid
C) S.Vurğun
D) M.Müşfiq
E) Ə.Cavad
Azərbaycan dili hansı xüsusiyyətinə görə iltisaqi dillərə daxildir?
A) Alınma sözlərin azlığına görə
B) Türk dilləri ilə qohumluğuna görə
C) Morfoloji quruluşuna görə
D) Lüğət tərkibinin zənginliyinə görə
E) Cümlədəki sözlərin sırasına görə
"Xəstə" sözünün fonetik təhlilindəki səhvi göstərin:
A) [ə] - incə, açıq, dodaqlanmayan saitdir.
B) Sözün hecaları: xəs-tə.
C) 5 hərf, 5 səsdən ibarətdir.
D) Vurğu ikinci hecaya düşür.
E) Samitlərin üçü də kardır.
"Mənim əlim" söz birləşməsinin tərəflərinin qəbul etdiyi
-im şəkilçiləri bir-birindən nə ilə fərqlənir?
A) Hər iki tərəfdəki mənsubiyyət şəkilçisidir.
B) Hər iki tərəfdəki hal şəkilçisidir.
C) Heç nə ilə
D) Birinci tərəfdəki mənsubiyyət, ikinci tərəfdəki hal şəkilçisidir.
E) Birinci tərəfdəki hal, ikinci tərəfdəki mənsubiyyət şəkilçisidir.
Şərt budaq cümləli tabeli mürəkkəb cümlə baş cümləyə hansı vasitə ilə bağlanmışdır?
Əgər biz düşmənə vaxtında cavab versəydik, bu gün belə böyük bəlalarla üzləşməzdik.
A) bağlayıcı ilə
B) bağlayıcı sözlə
C) "əgər" bağlayıcısı və -sa2 şəkilçisi ilə
D) ədatla
E) -sa2 şəkilçisi ilə
"Yazmalıyammış" sözünün morfoloji təhlilində harada səhvə yol verilmişdir?
A) məlum növdədir
B) -malı-felin vacib şəklinin şəkilçisi
C) yaz-sözün kökü, fel
D) -yam-şəxs şəkilçisi
E) -mış-felin nəqli keçmiş zaman şəkilçisi
"Quşun qanadı" və "təyyarənin qanadı" birləşməəindəki "qanad" sözü aşağıdakılardan hansına aiddir?
A) sinonim
B) antonim
C) omonim
D) təkmənalı söz
E) çoxmənalı söz
"O" əvəzliyindən sonra hansı cümlədə vergül qoyula bilər?
A) O da bizim günümüzdədir.
B) O işləmir, oxuyur.
C) O işdən birbaşa evə gəlir.
D) O artıq düzəlir.
E) O gün gələcək.
Feli siifətə dair səhv fikiri göstərin.
A) Təsdiq və inkar, təsirli və təsirsiz olur.
B) Feli sifət isimləşə bilmir.
C) Aid olduğu ismin əvvəlində gəlir.
D) Cümlədə ən çox təyin vəzifəsində işlənir.
E) Həm felin, həm də siftin əlamətlərini daşıyır.
Şerdə hansı misralarda ön şəkilçili söz vardır?
Bivəfanın, müxənnətin, nakəsin,
Doğru sözün, düz ilqarın görmədim.
Namərdin dünyada çox çəkdim bəhsin,
Namusun, qeyrətin, arın görmədim
.
A) 1-ci, 2-ci
B) 2-ci, 4-cü
C) 3-cü, 4-cü
D) 1-ci, 3-cü
E) 2-ci, 3-cü
"Qonaqları şam süfrəsi arxasında əyləşməyə dəvət etdilər" cümləsindəki vasitəli tamamlıq nə ilə ifadə olunmuşdur?
A) məsdərlə
B) II növ təyini söz birləşməsi ilə
C) məsdər tərkibi ilə
D) isimlə
E) feli sifət tərkibi ilə
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top