Tapılan ümumi test sayı : 28

Yalnız təyini əvəzliklərdən ibarət cərgəni göstərin.
A) sən, öz, heç kəs
B) bütün, öz, hər
C) bütün, mən, bu
D) hər, ora, heç kim
E) o, bütün, kim
Əsl Azərbaycan sözlərindən ibarət olan sinonimləri göstərin.
A) dünya-aləm
B) rütbə-çin
C) istedad-bacarıq
D) dairə-çevrə
E) böyük-iri
III növ təyini söz birləşmələri hansı sıradadır?
A) əli silahlı, beli kəmərli
B) qol saatı, cib dəftərçəsi
C) asılı tərəf, bürkülü hava
D) səpin yeri, alın yazısı
E) idmançıların biri, onların arzusu
Ahəng qanunu hansı sözdə pozulmamışdır?
A) vəkil
B) Südabə
C) məna
D) kitab
E) çinar
"Sağ tərəfdə bir qapı var idi. Deyəsən, qonşu otağa açılırdı" nümunəsindəki ara sözün bildirdiyi məna:
A) məlumatın mənbəyi
B) güman və şübhə
C) təəssüf
D) yəqinlik
E) nitqin hissələri arasında əlaqə
Hansı cümlədə qoşma işlənmişdir?
A) Heç vaxt onu tək buraxmazdıq.
B) Nazir jurnalistlərə əlavə məlumat verdi.
C) Düşmənə qarşı mübarizədə birlik lazımdır.
D) Digər tərəfin də rəyini öyrənmək lazımdır.
E) Qarşı səkidə çoxlu adam dayanmışdı.
Müraciət etiketlərini göstərin:
1. Xanım!
2. Salam!
3. Əlvida!
4. Mübarək!
5. Var ol!
6. Cənab!
A) 1, 2, 5
B) 4, 5
C) 1, 6
D) 2, 3, 4
E) 3, 4
Biri işgüzar sənədlərə daxil deyil:
A) əmr
B) tərcümeyi-hal
C) protokol
D) elan
E) arayış
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top