Tapılan ümumi test sayı : 28

Yalnız təyini əvəzliklərdən ibarət cərgəni göstərin.
A) hər, ora, heç kim
B) bütün, mən, bu
C) sən, öz, heç kəs
D) bütün, öz, hər
E) o, bütün, kim
Əsl Azərbaycan sözlərindən ibarət olan sinonimləri göstərin.
A) dünya-aləm
B) böyük-iri
C) rütbə-çin
D) istedad-bacarıq
E) dairə-çevrə
III növ təyini söz birləşmələri hansı sıradadır?
A) idmançıların biri, onların arzusu
B) qol saatı, cib dəftərçəsi
C) əli silahlı, beli kəmərli
D) səpin yeri, alın yazısı
E) asılı tərəf, bürkülü hava
Ahəng qanunu hansı sözdə pozulmamışdır?
A) Südabə
B) məna
C) vəkil
D) kitab
E) çinar
"Sağ tərəfdə bir qapı var idi. Deyəsən, qonşu otağa açılırdı" nümunəsindəki ara sözün bildirdiyi məna:
A) nitqin hissələri arasında əlaqə
B) məlumatın mənbəyi
C) güman və şübhə
D) yəqinlik
E) təəssüf
Hansı cümlədə qoşma işlənmişdir?
A) Heç vaxt onu tək buraxmazdıq.
B) Nazir jurnalistlərə əlavə məlumat verdi.
C) Düşmənə qarşı mübarizədə birlik lazımdır.
D) Digər tərəfin də rəyini öyrənmək lazımdır.
E) Qarşı səkidə çoxlu adam dayanmışdı.
Müraciət etiketlərini göstərin:
1. Xanım!
2. Salam!
3. Əlvida!
4. Mübarək!
5. Var ol!
6. Cənab!
A) 1, 6
B) 4, 5
C) 2, 3, 4
D) 1, 2, 5
E) 3, 4
Biri işgüzar sənədlərə daxil deyil:
A) tərcümeyi-hal
B) əmr
C) elan
D) protokol
E) arayış
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top