Tapılan ümumi test sayı : 25

Aləm oldu şad səndən, mən əsiri-qəm hənuz,
Aləm etdi tərki-qəm, məndə qəmi-aləm hənuz. (M.Füzuli)
Nümunədə işlənmiş bədii ifadə vasitələrini göstərin.
A) təzad və bədii sual
B) anafora və bədii sual
C) anafora və təzad
D) anafora və təşbeh
E) epifora və bədii sual
Z.Marağayinin "İbrahim bəyin səyahətnaməsi" romanı haqqındakı fikirlərdən biri yanlışdır:
A) Əsas ideyası vətənpərvərliyə çağırışdır.
B) Əsərdə hökumətin səhlənkarlığı, məmurların rüşvətxorluğu, əyanların lovğalığı tənqid olunur.
C) Romanın qəhrəmanı İbrahim bəy Azrbaycanın böyük tacirlərindən birinin oğludur.
D) Mövzusu Şimali Azərbaycan həyatından götürülmüşdür.
E) Romanda məhəbbət mövzusu da əsas yer tutur.
"Koroğlu" dastanında yardımçı qüvvələr kimi göstərilənlərdən biri yanlışdır?
A) Misri qılınc
B) Qoşabulaq
C) Çənlibel
D) Qırat
E) Dürat
M.P.Vaqif şerləri:
1. "Hayıf ki, yoxdur"
2. "Badi-səba, söylə mənim yarıma"
3. "Eylər"
4. "Gəlsin, gəlməsin"
5. "Pəri"
6. "Görmədim"
A) 1, 2, 3
B) 3, 4, 5
C) 1, 5, 6
D) 2, 3, 4
E) 1, 3, 4
Yalnız epik növün janrları olan cərgəni göstərin:
A) poema, faciə, komediya
B) qoşma, təmsil, lətifə
C) povest, əfsanə, faciə
D) qəzəl, hekayə, rübai
E) roman, povest, hekayə
Şirvanşahlar sarayında məliküş-şüəra rütbəsi almış Azərbaycan şairi:
A) Qivami Mütərrizi Gəncəvi
B) Mücirəddin Beyləqani
C) Fələki Şirvani
D) Qətran Təbrizi
E) Əbül-üla Gəncəvi
H. Cavid "İblis" faciəsində bu sözləri atasının intiqamını almaq hissləri ilə yaşayan hansı surət deyir?
Ah babam, bir də anlı, şanlı babam,
İntiqam almadan inan yaşamam.

 
A) Vasif
B) Rəna
C) Elxan
D) Arif
E) Xavər
A.Bakıxanovun hansı əsəri poema sayılır?
A) "Mişkatül - ənvar"
B) "Əsrarül - mələkut"
C) "Kitabi - Əsgəriyyə"
D) "Gülüstani - İrəm"
E) "Kəşfül - qəraib"
M.Hüseyn hansı şairin həyatından bəhs edən dram əsəri yazmışdır?
A) Nizami Gəncəvi
B) Məhəmməd Füzuli
C) Əfzələddin Xaqani
D) İmadəddin Nəsimi
E) Şah İsmayıl Xətai
"Anamın kitabı" komediyasında atanın vəsiyyətinin oxunması epizodu ilə C.Məmmədquluzadə nə demək istəyirdi?
A) Xalq üçün gərəkli işlə məşğul olmaq lazımdır.
B) Xalq öz ziyalılarını qiymətləndirməlidir.
C) Torpağı və millətin dilini  qorumaq lazımdır.
D) Xilas yolu didişməkdə, onun-bunun ağuşuna atılmaqda yox, Vətən istiqlalı ideyası ətrafında  birləşməkdir.
E) Övladlar atanın vəsiyyətini əziz tutub öz analarına ehtiram göstərməlidirlər.
Hanssı söz quruluşca mürəkkəb deyil?
A) böyürtkən
B) quşüzümü
C) günəbaxan
D) qaraquş
E) qırxayaq
Səbəb-nəticə əlaqəli tabesiz mürəkkəb cümlələr hansılardır?
I. İşıqlar söndü, kino başlandı.
II. Günəş batdı, göylər qaraldı.
III. Yayda bərk yağıntı oldu, taxıl çürüdü.
IV. Qüdrətin böyükdür, çünki insansan.
A) II, III
B) I, IV
C) III, IV
D) I, II
E) I, III
Çoxmənalı sözlər nədir?
A) Eyni və ya yaxın mənalı sözlərdir.
B) Əks mənalı sözlərdir.
C) Müxtəlif mənalı ayrı-ayrı sözlərdir.
D) Yazılışı vı deyilişi eyni, lakin mənaları müxtəlif olan sözlərdir.
E) Əsas məna ilə bağlı əlavə məna da bildirən sözlərdir.
Ara söz hansı cümlədədir (Durğu işarələri buraxılmışdır)?
A) Haqq yolu doğru yoldur.
B) Doğru sözə zaval yoxdur.
C) Bu gün doğrusu heç halım yoxdur.
D) Sözün doğrusu həmişə acı olur.
E) Dediyim yalan deyil doğrudur.
Əzizləmə mənalı düzəltmə ismi göstərin:
A) uşaqcığaz
B) qulaqcıq
C) bağça
D) meydança
E) gəlincik
Fərdi üslubun ən qabarıq ifadəsi hansı funksional üslubda özünü göstərir?
A) rəsmi-işgüzar
B) məişət
C) publiistik
D) elmi
E) bədii
"Vətəni semək niyə
Günah olur, ay Allah"
Burada mübtəda nə ilə ifadə olunmuşdur?
A) məsdər tərkibi ilə
B) sifətlə
C) isimlə
D) məsdərlə
E) ismi birləşmə ilə
"Sən də, Murad sa karikatura çəkməkdə çox mahirsən" cümləsində ədəbi dilin hansı norması pozulmuşdur?
A) qrammatik
B) həm orfoqrafik, həm orfoepik
C) orfoqrafik
D) orfoepik
E) leksik
Hansı cümlədə ədat işlənməmişdir?
A) Elə danış ki, mən başa düşüm.
B) Elə hamı mən deyəni deyir.
C) Ümidimiz ancaq sənə qalıb.
D) Barı sən məni unutma.
E) Yəni bunu da bilmirsən?
"Mənim qapım hər kəsin üzünə açıqdır" cümləsinin morfoloji təhlili ilə bağlı doğru cavabları göstərin.
1. Mənim - şəxs əvəzliyidir, mənsubiyyət şəkilçisi qəbul etmişdir.
2. qapım - isimdir, mənsubiyyət şəkilçisi qəbul etmişdir.
3. hər kəsin - təyini əvəzlikdir, yiyəlik haldadır.
4. üzünə - isimdir, mənsubiyyət və hal şəkilçilərini qəbul etmişdir
5. açıqdır - feldir, indiki zamandadır
 
A) 1,2
B) 3,4
C) 2,4,5
D) 2,4
E) 1,2,3
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top