Tapılan ümumi test sayı : 28

İ.Qutqaşınlının "Rəşid bəy və Səadət xanım" hekayəsində Səadət xanım obrazı ilə bağlı fikirlərdən hansı səhvdir?
A) Səadət xanım qulluqçusu Şamaha səmimi və mehriban münasibət bəsləyir.
B) Müəllif Səadət xanımın simasında yeni fikirli gəncliyin nəcib insani xüsusiyyətlərini canlandırır.
C) Öz məhəbbətində vəfalı olan Səadət xanım romantik ruhlu, həssas, insanpərvər bir qızdır.
D) Səadət xanımı yaşca özündən xeyli kiçik bir adama ərə vermək istəyirlər.
E) O, tək və arxasız olduğu üçün qarşısındakı maneələri yarıb sevgilisi Rəşid bəyə qovuşa bilmir.
Ədəbi irsi 17 min şer "Divan"ından, "Töhfətül-İraqeyn" poemasında 60-dan çox bədii nəsr nümunələrindən - məktublardan ibarət olan Azərbaycan şairi:
A) Fələki Şirvani
B) Məhsəti Gəncəvi
C) Nizami Gəncəvi
D) Əfzələddin Xaqani
E) Qətran Təbrizi
"Qonur atın vergil mana,
Altmış tutam göndərini vergil mana,
Ap-alaca qalxanını vergil mana...
Kafirə mən varayım".
Bu sözləri "Kitabi-Dədə Qorqud" dastanının hansı qəhrəmanı Salur Qazana deyir?
A) Beyrək
B) Aruz
C) Qaragünə
D) Uruz
E) Qaraca Çoban
Aşağıdakı nümunə hansı sənətkarın əsərindəndir?
" - Mənim anam kimdir?
Öz-özümə cavab verirə ki:
- Mənim anam rəhmətlik Zəhrəbanu bacı idi.
- Dilim nə dildir?
- Azərbaycan dilidir!"
A) Ə.Hüseynzadə
B) Ə.Ağaoğlu
C) M.Ə.Rəsulzadə
D) C.Məmmədquluzadə
E) N.Nərimanov
"Əlimdə bir əsa, gözümdə çeşmək,
Loğman tək gəzirəm vətən mülkünü."
Bu misralarda hansı bədii təsvir vasitəsi vardır?
A) metafora
B) metonimiya
C) simvol
D) epitet
E) təşbeh
Beytlər şəklində olan şer janrları hansılardır?
A) məsnəvi, müxəmməs, qəzəl
B) qəzəl, qoşma, təcnis
C) rübai, tuyuq, qitə
D) bayatı, qəzəl, qitə
E) qəzəl, qəsidə, qitə
Şerin müəllifi kimdir?
Zirvəndə oynaşan rüzgarlı acı,
İllərdir görünməz başının tacı,
Anlat ki, dərdinin nədir əlacı,
Nədir bu dumandan tüllər, a dağlar?!
A) Ə.Cavad
B) H.Cavid
C) M.Müşfiq
D) A.İldırım
E) S.Vurğun
M.F.Axundzadənin axırıncı komediyası:
A) "Hekayəti-Molla İbrahimxəlil kimyagər"
B) "Hekayəti-xırs quldurbasan"
C) "Sərgüzəşti-vəziri-xani-Lənkəran"
D) "Mürafiə vəkillərinin hekayəti"
E) "Hekayəti - şüsyö Jordan və dərviş Məstəli şah"
Ana dilimizdə yazılmış bu əsərlərdən birinin giriş hissəsində baharın təsviri verilir:
A) Füzuli. "Leyli və Məcnun"
B) Nizami. "Xosrov və Şirin"
C) Nizami. "İsgəndərnamə"
D) Füzuli. "Rindü Zahid"
E) Xətai. "Dəhnamə"
Rəsul Rzanın 60-70-ci illər lirikasının əsas və səciyyəvi mövzusu:
A) repressiya dövrünün günahsız qurbanları
B) yeni həyatın tərənnümü
C) cənub həsrəti
D) insan və onun taleyi
E) vətən məhəbbəti, torpağa bağlılıq
Feli sifətə dair səhv fikri göstərin:
A) Aid olduğu ismin əvvəlində gəlir.
B) Cümlədə ən çox təyin vəzifəsində işlənir.
C) Həm felin, həm də sifətin əlamətlərini daşıyır.
D) Təsdiq və inkar, təsirli və təsirsiz olur.
E) Feli sifət isimləşə bilmir.
Əsl Azərbaycan sözlərindən ibarət olan sinoniməri göstərin:
A) dairə-çevrə
B) istedad-bacarıq
C) rütbə-çin
D) böyük-iri
E) dünya-aləm
Biri işgüzar sənədlərə daxil deyil:
A) əmr
B) elan
C) arayış
D) tərcümeyi-hal
E) protokol
III növ təyini söz birləşmələri hansı sıradadır?
A) qol saatı, cib dəftərçəsi
B) əli silahlı, beli kəmərli
C) idmançıların biri, onların arzusu
D) səpin yeri, alın yazısı
E) asılı tərəf, bürkülü hava
Şərt budaq cümləli tabeli mürəkkəb cümlə baş cümləyə hansı vasitə ilə bağlanmışdır?
Əgər biz düşmənə vaxtında cavab versəydik, bu gün belə böyük bəlalarla üzləşməzdik.
A) -sa2 şəkilçisi iə
B) bağlayıcı ilə
C) bağlayıcı sözlə
D) ədatla
E) "əgər" bağlayıcısı və -sa2 şəkilçisi ilə
"Yazmalıyammış" sözünün morfoloji təhlilində harada səhvə yol verilmişdir?
A) -yam - şəxs şəkilçisi
B) məlum növdədir
C) -malı - felin vacib şəklinin şəkilçisi
D) yaz - sözün kökü, fel
E) -mış - felin nəqli keçmiş zaman şəkilçisi
"Quşun qanadı" və "təyyarənin  qanadı" birləşmələrindəki "qanad" sözü aşağıdakılardan hansına aiddir?
A) antonim
B) omonim
C) təkmənalı söz
D) sinonim
E) çoxmənalı söz
Azərbaycan dili hansı xüsusiyyətlərinə görə iltisaqi dillərı daxildir?
A) Lüğət tərkibinin zənginliyinə görə
B) Cümlədəki sözlərin sırasına görə
C) Alınma sözlərin azlığına görə
D) Türk dilləri ilə qohumluğuna görə
E) Morfoloji quruluşuna görə
Yalnız təyini əvəzliklərdən ibarət cərgəni göstərin:
A) sən, öz, heç kəs
B) o, bütün, kim
C) hər, ora, heç kim
D) bütün, mən, bu
E) bütün, öz, hər
"Qonaqları şam süfrəsi arxasında əyləşməyə dəvət etdilər." cümləsindəki vasitəli tamamlıq nə ilə ifadə olunmuşdur?
A) feli sifət tərkibi ilə
B) məsdər tərkibi ilə
C) isimlə
D) məsdərlə
E) II növ təyini söz birləşməsi ilə
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top