Tapılan ümumi test sayı : 28

Ahəng qanunu hansı sözdə pozulmamışdır?
A) çinar
B) vəkil
C) kitab
D) məna
E) Südabə
"O" əvəzliyindən sonra hansı cümlədə vergül qoyula bilər?
A) O işdən birbaşa evə gəlir.
B) O artıq düzəlir.
C) O gün gələcək.
D) O da bizim günümüzdədir.
E) O işləmir, oxuyur.
"Xəstə" sözünün fonetik təhlilindəki səhvi göstərin:
A) Sözün hecaları; xəs-tə
B) 5 hərf, 5 səsdən ibarətdir
C) Vurğu ikinci hecaya düşür.
D) Samitlərin üçü də kardır.
E) [ə] - incə, açıq, dodaqlanmayan saitdir.
Şerdə hansı misralarda ön şəkilçili söz vardır?
Bivəfanın, müxənnətin, nakəsin,
Doğru sözün, düz ilqarın görmədim.
Namərdin dünyada çox çəkdim bəhsin,
Namusun, qeyrətin, arın görmədim.
A) 1-ci, 3-cü
B) 2-ci, 4-cü
C) 3-cü, 4-cü
D) 1-ci, 2-ci
E) 2-ci, 3-cü
Hansı cümlədə qoşma işlənmişdir?
A) Nazir jurnalistlərə əlavə məlumat verdi.
B) Digər tərəfin də rəyini öyrənmək lazımdır.
C) Qarşı səkidə çoxlu adam dayanmışdı.
D) Düşmənə qarşı mübarizədə birlik lazımdır.
E) Heç vaxt onu tək buraxmazdıq.
Müraciət etiketlərini göstərin:
1. Xanım!
2. Salam!
3. Əlvida!
4. Mübarək!
5. Var ol!
6. Cənab!
A) 4, 5
B) 1, 2, 5
C) 2, 3, 4
D) 3, 4
E) 1, 6
Əzizləmə mənalı düzəltmə ismi göstərin:
A) qulaqcıq
B) bağça
C) uşaqcığaz
D) meydança
E) gəlincik
Səbəb-nəticə əlaqəli tabesiz mürəkkəb cümlələr hansılardır?
I. İşıqlar söndü, kino başlandı.
II. Günəş batdı, göylər qaraldı.
III. Yayda bərk yağıntı oldu, taxıl çürüdü.
IV. Qüdrətin böyükdür, çünki insansan.
A) I,II
B) I,III
C) III,IV
D) I,IV
E) II,III
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top