Tapılan ümumi test sayı : 28

Ahəng qanunu hansı sözdə pozulmamışdır?
A) kitab
B) vəkil
C) çinar
D) məna
E) Südabə
"O" əvəzliyindən sonra hansı cümlədə vergül qoyula bilər?
A) O gün gələcək.
B) O işdən birbaşa evə gəlir.
C) O da bizim günümüzdədir.
D) O işləmir, oxuyur.
E) O artıq düzəlir.
"Xəstə" sözünün fonetik təhlilindəki səhvi göstərin:
A) Vurğu ikinci hecaya düşür.
B) 5 hərf, 5 səsdən ibarətdir
C) Sözün hecaları; xəs-tə
D) [ə] - incə, açıq, dodaqlanmayan saitdir.
E) Samitlərin üçü də kardır.
Şerdə hansı misralarda ön şəkilçili söz vardır?
Bivəfanın, müxənnətin, nakəsin,
Doğru sözün, düz ilqarın görmədim.
Namərdin dünyada çox çəkdim bəhsin,
Namusun, qeyrətin, arın görmədim.
A) 1-ci, 3-cü
B) 1-ci, 2-ci
C) 2-ci, 3-cü
D) 3-cü, 4-cü
E) 2-ci, 4-cü
Hansı cümlədə qoşma işlənmişdir?
A) Digər tərəfin də rəyini öyrənmək lazımdır.
B) Nazir jurnalistlərə əlavə məlumat verdi.
C) Heç vaxt onu tək buraxmazdıq.
D) Düşmənə qarşı mübarizədə birlik lazımdır.
E) Qarşı səkidə çoxlu adam dayanmışdı.
Müraciət etiketlərini göstərin:
1. Xanım!
2. Salam!
3. Əlvida!
4. Mübarək!
5. Var ol!
6. Cənab!
A) 3, 4
B) 4, 5
C) 1, 6
D) 1, 2, 5
E) 2, 3, 4
Əzizləmə mənalı düzəltmə ismi göstərin:
A) meydança
B) bağça
C) qulaqcıq
D) gəlincik
E) uşaqcığaz
Səbəb-nəticə əlaqəli tabesiz mürəkkəb cümlələr hansılardır?
I. İşıqlar söndü, kino başlandı.
II. Günəş batdı, göylər qaraldı.
III. Yayda bərk yağıntı oldu, taxıl çürüdü.
IV. Qüdrətin böyükdür, çünki insansan.
A) II,III
B) I,III
C) I,IV
D) III,IV
E) I,II
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top