Tapılan ümumi test sayı : 26

Şirvanşahlar sarayında məliküş-şüəra rütbəsi almış Azərbaycan şairi:
A) Fələki Şirvani
B) Qivami Mütərrizi Gəncəvi
C) Əbül-üla Gəncəvi
D) Qətran Təbrizi
E) Mücirəddin Beyləqani
M.Hüseyn hansı şairin həyatından bəhs edən dram əsəri yazmışdır?
A) İmadəddin Nəsimi
B) Şah İsmayıl Xətai
C) Nizami Gəncəvi
D) Əfzələddin Xaqani
E) Məhəmməd Füzuli
Aləm oldu şad səndən, mən əsiri-qəm hənuz,
Aləm etdi tərki-qəm, məndə qəmi-aləm hənuz. (M.Füzuli)
Nümunədə işlənmiş bədii ifadə vasitələrini göstərin:
A) epifora və bədii sual
B) anafora və təşbeh
C) anafora və təzad
D) təzad və bədii sual
E) anafora və bədii sual
A.Bakıxanovun hansı əsəri poema sayılır?
A) "Kitabi - Əsgəriyyə"
B) "Gülüstani - İrəm"
C) "Əsrarül - mələkut"
D) "Kəşkül - qəraib"
E) "Mişkatül - ənvar"
M.P.Vaqifin şerləri:
1. "Hayıf ki yoxdur"
2. "Badi-səba, söylə mənim yarıma"
3. "Eylər"
4. "Gəlsin, gəlməsin?"
5. "Pəri"
6. "Görmədim"
A) 1, 5, 6
B) 1, 3, 4
C) 1, 2, 3
D) 3, 4, 5
E) 2, 3, 4
"Anamın kitabı" komediyasında atanın vəsiyyətinin oxunması epizodu ilə C.Məmmədquluzadə nə demək istəyirdi?
A) Xalq üçün gərəkli işlə məşğul olmaq lazımdır.
B) Torpağı və millətin dilini qorumaq lazımdır.
C) Övladlar ataının vəsiyyətini əziz tutub öz analarına ehtiram göstərməlidirlər.
D) Xilas yolu didişməkdə, onun-bunun ağuşuna atılmaqda yox, Vətən istiqlalı ideyası ətrafında birləşməkdədir.
E) Xalq öz ziyalılarını qiymətləndirməlidir.
Yalnız epik növün janrları olan cərgəni göstərin:
A) poema, faciə, komediya
B) qəzəl, hekayə, rübai
C) roman, povest, hekayə
D) povest, əfsanə, faciə
E) qoşma, təmsil, lətifə
"Koroğlu" dastanında yardımçı qüvvələr kimi göstərilənlərdən biri yanlışdır.
A) Qoşabulaq
B) Qırat
C) Misri qılınc
D) Çənlibel
E) Dürat
Z.Marağayinin "İbrahim bəyin səyahətnaməsi" romanı haqqındakı fikirlərdən biri yanlışdır:
A) Romanda məhəbbət mövzusu da əsas yer tutur.
B) Romanın qəhrəmanı ibrahim bəy Azərbaycanın böyük tacirlərindən birinin oğludur.
C) Əsas ideyası vətənpərvərliyə çağırışdır.
D) Əsərdə hökumətin səhlənkarlığı, məmurların rüşvətxorluğu,əyanların lovğalığı tənqid  olunur.
E) Mövzusu Şimali Azərbaycan həyatından götürülmüşdür.
H.Cavidin "İblis" faciəsində bu sözləri atasının intiqamını almaq hissləri ilə yaşayan hansı surət deyir?
Ah, babam, bir də anlı, şanlı babam,
İntiqam almadan, inan yaşamam.
A) Rəna
B) Elxan
C) Xavər
D) Vasif
E) Arif
Hansı söz quruluşca mürəkkəb deyil?
A) qaraquş
B) böyürtkən
C) quşüzümü
D) qırxayaq
E) günəbaxan
Hansı cümlədə say vardır?
A) Az ye, həmişə ye.
B) Onlar bir azdan yola düşəcəklər.
C) Natiq az danışdı.
D) Çox bil, az danış.
E) Az adam tapılar ki, ədalətin tərəfində olmasın.
Ara söz hansı cümlədədir (Durğu işarələri buraxılmışdır)?
A) Bu gün doğrusu heç halım yoxdur.
B) Dediyim yalan deyil doğrudur.
C) Sözün doğrusu həmişə acı olur.
D) Haqq yolu doğru yoldur.
E) Doğru sözə zaval yoxdur.
"Mənim qapım hər kəsin üzünə açıqdır"  cümləsinin morfoloji təhlili ilə bağlı doğru cavabları göstərin:
1. Mənim - şəxs əvəzliyidir, mənsubiyyət şəkilçisi qəbul etmişdir.
2. qapım - isimdir, mənsubiyyət şəkilçisi qəbul etmişdir.
3. hər kəsin - təyini əvəzlikdir, yiyəlik haldadır.
4. üzünə - isimdir, mənsubiyyət və hal şəkilçilərini qəbul etmişdir.
5. açıqdır - feldir, indiki zamandadır.
A) 2, 4, 5
B) 1, 2, 3
C) 3, 4
D) 2, 4
E) 1, 2
Çoxmənalı sözlər nədir?
A) Müxtəlif mənalı ayrı-ayrı sözlədir.
B) Əks mənalı sözlərdir.
C) Yazılışı və deyilişi eyni, lakin mənaları müxtəlif olan sözlərdir.
D) Eyni və ya yaxın mənalı sözlərdir.
E) Əsas məna ilə bağlı əlavə məna da bildirən sözlərdir.
İltisaqi dillərdə bir qayda olaraq müşahidə edilmir:
A) ahəng qanunu
B) sözlərin hallanması
C) söz kökünün dəyişməsi
D) sözün kökünə bir neçə şəkilçinin qoşulması
E) mənsubiyyətə görə dəyişmə
"Şərait" sözünün fonetik təhlilində harada səhvə yol verilmişdir?
A) 6 hərf, 7 səsdən ibarətdir
B) sözün tələffüzü ilə yazılışı fərqlidir
C) [ş] və [t] samitləri kar, [r] və [y] samitləri cingiltilidir
D) [ə] - incə, qalın, dodaqlanmayan; [a] - qalın, açıq, dodaqlanmayan saitdir.
E) vurğu ikinci hecaya düşür
Hansı fellər fel şəkillərinin hekayəsindədir?
I.    yazdırdı
II.   yazıldı
III.   yazırdı
IV.   oxutdurdu
V.   oxuyardı
A) II,V
B) III,IV
C) I,IV
D) I,V
E) III,V
"Vətəni sevmək niyə
Günah olur, ay Allah?" 
Burada mübtəda nə ilə ifadə olunmuşdur?
A) məsdərlə
B) məsdər tərkibi ilə
C) sifətlə
D) ismi birləşmə ilə
E) isimlə
Sözlərdən birinin yazılışı ilə deyilişi fərqlənmir:
A) Nailə
B) Fəridə
C) Səadət
D) Bəsti
E) Alyanaq
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top