Tapılan ümumi test sayı : 26

Kar samitlərədən birinin cingiltili qarşılığı düzgün verilməmişdir:
A) ş-j
B) p-b
C) ç-c
D) k-y
E) t-d
"Sən də, Murad da karikatura çəkməkdə çox mahirsən" cümləsində ədəbi dilin hansı norması pozulmuşdur?
A) orfoepik
B) qrammatik
C) həm orfoqrafik, həm orfoepik
D) leksik
E) orfoqrafik
Hansı cümlədə ədat işlənməmişdir?
A) Ümidimiz ancaq sənə qalıb.
B) Elə hamı mən deyəni deyir.
C) Barı sən məni unutma.
D) Yəni bunu da bilmirsən?
E) Elə danış ki, mən başa düşüm.
Əsl Azərbaycan sözləri verilmiş cərgəni göstərin:
A) rəis, camaat, mətbuat
B) maarif, müəllim, nailiyyət
C) vəfa, çarə, mərd
D) bilik, səkkiz, düşüncə
E) şücaət, səksən, şair
Fərdi üslubun ən qabarıq ifadəsi hansı funksional üslubda özünü göstərir?
A) rəsmi-işgüzar
B) publisistik
C) məişət
D) elmi
E) bədii
Hansı cümlələrdə ismi birləşmələr təyin vəzifəsindədir ?
1. Lalənin qardaşı Sənan ali məktəbdə oxuyur.
2. Bir azdan trest müdiri Qəzənfər gəldi.
3. Cavan aşıq barmaqlarını zil pərdələrdə gəzdirdi.
4. Qocaman neftçinin oğlu Tahir atasının yolu ilə getdi.
5. Sürmə yaraşıqdı şux gözəllərə,
Qara qaşa,  qara gözə çəkərlər.
A) 2, 4, 5
B) 4, 5
C) 1, 2, 4
D) 3, 5
E) 1, 3
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top