Tapılan ümumi test sayı : 26

Kar samitlərədən birinin cingiltili qarşılığı düzgün verilməmişdir:
A) t-d
B) ç-c
C) ş-j
D) k-y
E) p-b
"Sən də, Murad da karikatura çəkməkdə çox mahirsən" cümləsində ədəbi dilin hansı norması pozulmuşdur?
A) qrammatik
B) orfoepik
C) leksik
D) orfoqrafik
E) həm orfoqrafik, həm orfoepik
Hansı cümlədə ədat işlənməmişdir?
A) Yəni bunu da bilmirsən?
B) Barı sən məni unutma.
C) Elə danış ki, mən başa düşüm.
D) Ümidimiz ancaq sənə qalıb.
E) Elə hamı mən deyəni deyir.
Əsl Azərbaycan sözləri verilmiş cərgəni göstərin:
A) maarif, müəllim, nailiyyət
B) şücaət, səksən, şair
C) bilik, səkkiz, düşüncə
D) vəfa, çarə, mərd
E) rəis, camaat, mətbuat
Fərdi üslubun ən qabarıq ifadəsi hansı funksional üslubda özünü göstərir?
A) rəsmi-işgüzar
B) publisistik
C) məişət
D) bədii
E) elmi
Hansı cümlələrdə ismi birləşmələr təyin vəzifəsindədir ?
1. Lalənin qardaşı Sənan ali məktəbdə oxuyur.
2. Bir azdan trest müdiri Qəzənfər gəldi.
3. Cavan aşıq barmaqlarını zil pərdələrdə gəzdirdi.
4. Qocaman neftçinin oğlu Tahir atasının yolu ilə getdi.
5. Sürmə yaraşıqdı şux gözəllərə,
Qara qaşa,  qara gözə çəkərlər.
A) 2, 4, 5
B) 1, 3
C) 1, 2, 4
D) 3, 5
E) 4, 5
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top