Tapılan ümumi test sayı : 26

Ağıllı, ədalətli və igid hökmdardır. Ölkədə aclıq olarkən, dövlət xəzinəsini açaraq xalqa kömək edir. Lakin sonralar başı bir müddət eyş-işrətə qarışır və ölkənin idarəsi unudulur.
Bu sözlər N.Gəncəvinin hansı qəhrəmanını səciyyələndirir?
A) İsgəndəri
B) Xosrovu
C) Şirini
D) Bəhramı
E) Hörmüzü
S.Vurğunun "Azərbaycan" və S.Rüstəmin "Təbrizim" şerlərinin ortaq cəhətləri ilə bağlı fikirlərdən biri yanlışdır:
A) Hər iki şerdə bəndlərin qafiyə quruluşu eynidir.
B) Hər iki şer beşlik formasında, heca vəznindədir.
C) Hər iki şerdə bütöv Azərbaycan idealından söhbət gedir.
D) Hər iki şer bəndlər şəklindədir.
E) Hər iki şer lirik-emosional üslubda, obyektə müraciətlə yazılmışdır.
C.Cabbarlı yaradıcılığının birinci dövrünə aid əsəri göstərin:
A) "Od gəlini"
B) "Dönüş"
C) "Sevil"
D) "Nəsrəddin şah"
E) "Oqtay Eloğlu"
"-Sən Həzrət Abbas, Həsən ağanın qohumusan?
-Həzrət Abbas haqqı, Həsən ağanın qohumuyam.
-Bəs elə isə gəl min mənim boynuma.
Neyləyim Həsən ağanın qohumusan, gözlə, vaxtında kağız hazır olar apararsan".
Bu sözləri deyən obraz kimdir?
A) Vəli xan (C.Məmmədquluzadə)
B) Usta Zeynal(C.Məmmədquluzadə)
C) Novruzəli (C.Məmmədquluzadə)
D) Mirzə Səfər (Ə.Haqverdiyev)
E) Heydər bəy (M.F.Axundzadə)
Q.Zakirin "Durnalar" əsəri haqqında düzgün olan fikirləri seçin:
1. Qoşmada qürbət sıxıntısı, vətən həsrəti təsirli bir dillə əks etdrilib.
2. "Durnalar" mövzusunda yazılan digər qoşmalardan fərqli olaraq, bu əsərdə ictimai məzmun daha güclüdür.
3. Şair "Laçın yatğıdır bizim məkanlar" deməklə yurdunun mərdlər diyarı olmasını nəzərdə tutur.
4. Əsər qoşma janrında yazılmışdır.
5. Bu şeri Q.Zakir M.F.Axundzadəyə müraciətlə yazmış və ağır həbsxana şəraitindən şikayətlənmişdir.
A) 2, 3
B) 1, 4, 5
C) 1, 2, 5
D) 1, 2, 4
E) 1, 3, 5
Qafiyə quruluşuna görə qəzəllə eyni olan şer növü hansıdır?
A) müxəmməs
B) rübai
C) mürəbbe
D) qitə
E) qəsidə
"Bax" qəzəlinin müəllifi:
A) Məhəmməd Füzuli
B) Şah İsmayıl Xətai
C) Molla Pənah Vaqif
D) İmadəddin Nəsimi
E) Molla Vəli Vidadi
XIX əsrin sonlarında yaranmış bədii nəsr əsərlərini göstərin:
A) "Səəbiyyə", "Pir", "İnsanların tarixi faciələri"
B) "Poçt qutusu", "Qurbanəli bəy", "Usta Zeynal"
C) "Danabaş kəndinin əhvalatları", "Bahadır və Sona",  "Məktubatı-Şeyda bəy Şirvani"
D) "Kitabi-Əsgəriyyə", "Rəşid bəy və Səadət xanım", "Aldanmış kəvakib"
E) "Müsibəti-Fəxrəddin", "Dağılan tifaq", "Nadir şah"
Ah çəkdim, başım üstə yarpaqlar əsdi, gülü,
Sənin qəlbin əsmədi... (B.Vahabzadə)
Nümunədə hansı bədii ifadə vasitələri işlənmişdir?
1. kinayə                  2. təzad                   3. bədii sual
4. mübaliğə              5. litota
A) 1, 4
B) 1, 3
C) 2, 4
D) 3, 5
E) 2, 5
Şifahi xalq ədəbiyyatının lirik növünə daxildir:
1. mahnılar               2. əsatirlər                 3. laylalar         
4. nağıllar                 5. oxşamalar
A) 1, 2, 5
B) 3, 4, 5
C) 1, 3, 5
D) 1, 3, 4
E) 2, 3, 4
Aşağıdakı sözlərdən hansının tərkibində ancaq dodaqlanan saitlər iştirak edir?
A) yoluxmaq
B) qiraət
C) nəsimişünas
D) yorğun
E) meydança
Səhv fikir hansıdır?
A) Təsirlik hada olan sözlər cümlənin xəbəri ola bilməz.
B) Qeyri-müəyyən yiyəlik hal ayrıldıqda heç bir cümlə üzvü ola bilməz.
C) Yerlik halda olan söz qoşmalarla işlənə bilmir.
D) Yerlik və çıxışlıq halda olan isimlər cümlənin yalnız zərfliyi və tamamlığı ola bilirlər.
E) Mübtəda ancaq adlıq halda ola bilər.
Zaman zərflərindən ibarət cərgəni göstərin:
A) asta, bu gün, qəfildən
B) bərkdən, sonra, yavaşca
C) dünən, xeyli, əlüstü
D) yuxarı, istidən, axşam
E) həmişə, indi, çoxdan
"Xəstələnməyən adam" birəşməsinin asılı tərəfi nə ilə ifadə olunmuşdur?
A) məsdərlə
B) feli bağlama ilə
C) sifətlə
D) feli sifətlə
E) isimlə
Hansı cümlənin xəbərinin deyilişi yazılışından fərqlənir?
A) Babamın söhbətləri çox maraqlıdır.
B) Süfrəyə isti çörək gətirdilər.
C) Sürücülər arasında mübahisə gedirdi.
D) Quyunun suyu günbəgün azalırdı.
E) Balıqçılar qayığa mindilər.
Aşağıdakılardan biri məişət üslubunun əlamətlərindən sayıla biməz:
A) daha çox bütöv cümlələrdən istifadə
B) intonasiya, jest-hərəkət-mimika
C) sərbəstlik
D) yığcamlıq
E) dialoji nitq şəklində olması
Mürəkkəb yer zərfliyi işlənmiş cümlələri göstərin:
1. Dayımgil Cəlilabadda yaşayır.
2. Gündəliyim Həsən müəllimdə qalmışdı.
3. Bağımız dəniz kənarında yerləşir.
4. Kənd yerində yaşayan bunu bilməz.
5. Təzə evlər Babək prospektində yerləşir.
A) 2, 3
B) 1, 5
C) 3, 5
D) 2, 4
E) 1, 4, 5
"Zülmə adət etmiş xalq Yusif Sərraca qarşı üsyan qaldırdılar" cümləsində ədəbi dilin hansı norması pozulmuşdur?
A) leksik və fonetik
B) fonetik
C) fonetik və qrammatik
D) qrammatik
E) leksik
Sözlərin və ya cümlələrin təsir gücünü artıran nitq hissəsi:
A) modal söz
B) qoşma
C) nida
D) sifət
E) ədat
"Demişdim" felində "-di" nədir?
A) "-dir" şəkilçisinin tələffüz variantı
B) xəbər şəklinin şəkilçisi
C) "idi" hissəciyinin qısaldılmışı
D) nəqli keçmiş zaman şəkilçisi
E) şühudi keçmiş zaman şəkilçisi
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top