Tapılan ümumi test sayı : 26

Sözlərdən biri quruluşca sadədir:
A) tibbi
B) ailəvi
C) elmi
D) əxlaqi
E) təbii
"Qoyun sözümü deyim də!" cümləsinin morfoloji təhlilindəki yol verilmiş səhvi göstərin.
A) "deyim" sözündəki "-im" mənsubiyyət şəkilçisidir.
B) Cümlədə iki ədat işlənmişdir.
C) "sözümü" - bu sözdə həm mənsubiyyət, həm də hal şəkilçisi işlənib.
D) "deyim" sözü felin əmr şəklindədir.
E) "qoyun" sözü əmr ədatıdır.
Biz gündəlik nitqimizdə əsasən, hansı sözlərdən istifadə edirik?
A) terminlərdən
B) neologizmlərdən
C) dialekt sözlərdən
D) alınma sözlərdən
E) ümumişlək sözlərdən
Hansı xüsusiyyət sabit söz birləşmələrinə aid edilə bilməz?
A) təhlil zamanı bütöv götürülür.
B) leksik vahid sayılır.
C) onların qarşılığını bir sözlə ifadə etmək olmur.
D) onları əmələ gətirən sözlər ilkin mənalarından uzaqlaşır;
E) vahid məna bildirir;
Onu nahaq yerə gözdən salıblar" cümləsinin növünü müəyyənləşdirin:
A) cüttərkibli cümlə
B) adlıq cümlə
C) şəxssiz cümlə
D) qeyri-müəyyən şəxsli cümlə
E) ümumi şəxli cümlə
"Tüstü" sözünün fonetik təhlilindəki səhvləri göstərin:
1. 5 səs, 5 hərfdən ibarətdir.
2. İkihecalı sözdür, vurğu birinci hecaya düşür.
3. iki incə, dodaqlanan, qapalı sait işlənmişdir.
4. Sözdə üç kar samit səs işlənmişdir.
5. Ahəng qanunu gözlənilmişdir.
A) 2, 3
B) 2, 4
C) 1, 5
D) 1, 2
E) 4, 5
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top