Tapılan ümumi test sayı : 27

Q.Zakirin "Durnalar" əsəri haqqında düzgün olan fikirləri seçin:
1. Qoşmada qürbət sıxıntısı, vətən həsrəti təsirli bir dillə əks etdirilib.
2. "Durnalar" mövzusunda yazılan digər qoşmalardan fərqli olaraq, bu əsərdə ictimai məzmun daha güclüdür.
3. Şair "Laçın yatağıdır bizim məkanlar" deməklə yurdunun mərdlər diyarı olmasını nəzərdə tutur.
4. Əsər qoşma janrında yazılmışdır.
5. Bu şeri Q.Zakir və M.F.Axundzadəyə müraciətlə yazmış və ağır həbsxana şəraitindən şikayətlənmişdir.
A) 1, 2, 4
B) 1, 4, 5
C) 2, 3
D) 1, 3, 5
E) 1, 2, 5
Şifahi xalq ədəbiyyatının lirik növünə daxildir:
1. mahnılar                 2. əsatirlər                   3. laylalar
4. nağıllar                   5. oxşamalar
A) 2, 3, 4
B) 1, 3, 5
C) 3, 4, 5
D) 1, 3, 4
E) 1, 2, 5
C.Cabbarlı yaradıcılığının birinci dövrünə aid əsəri göstərin:
A) "Dönüş"
B) "Od gəlini"
C) "Sevil"
D) "Oqtay Eloğlu"
E) "Nəsrəddin şah"
"Bax" qəzəlinin müəllifi:
A) İmadəddin Nəsimi
B) Məhəmməd Füzuli
C) Molla Vəli Vidadi
D) Molla Pənah Vaqif
E) Şah İsmayıl Xətai
S.Vurğunun "Azərbaycan" və S.Rüstəmin "Təbrizim" şerlərinin ortaq cəhətləri iə bağlı fikirlərdən biri yanlışdır:
A) Hər iki şer lirik-emosional üslubda, obyektə müraciətlə yazılmışdır.
B) Hər iki şer bəndlər şəklindədir.
C) Hər iki şerdə bütöv Azərbaycan idealından söhbət gedir.
D) Hər iki şer beşlik formasında, heca vəznindədir.
E) Hər iki şerdə bəndlərin qafiyə quruluşu eynidir.
XIX əsrin sonlarında yaranmış bədii nəsr əsərlərini göstərin:
A) "Poçt qutusu", "Qurbanəli bəy", "Usta Zeynal"
B) "Danabaş kəndinin əhvalatları", "Bahadır və Sona", "Məktubatı-Şeyda bəy Şirvani"
C) "Kitabi-Əsgəriyyə", "Rəşid bəy və Səadət xanım", "Aldanmış kəvakib"
D) "Müsibəti-Fəxrəddin", "Dağılan tifaq", "Nadir şah"
E) "Sələbiyyə", "Pir", "İnsanların tarixi faciələri"
Ağıllı, ədalətli və igid hökümdardır. Ölkədə aclıq olarkən, dövlət xəzinəsini açaraq xalqa kömək edir. Lakin sonralar başı bir müddət eyş-işrətə qarışır, ölkənin idarəsi unudulur.    Bu sözlər Nizami Gəncəvinin hansı qəhrəmanını səciyyələndirir?
A) İsgəndəri
B) Şirini
C) Xosrovu
D) Bəhramı
E) Hörmüzü
"-Sən Həzrət Abbas, Həsən ağanın qohumusan?
-Həzrət Abbas haqqı, Həsən ağanın qohumuyam.
-Bəs elə isə gəl min boynuma.
Neyləyim Həsən ağanın qohumusan, gözlə, vaxtında kağız hazır olar, apararsan".
Bu sözləri deyən obraz kimdir?
A) Novruzəli (C.Məmmədquluzdə)
B) Heydər bəy (M.F.Axundzadə)
C) Mirzə Səfər (Ə.Haqverdiyev)
D) Usta Zeynal (C.Məmmədquluzadə)
E) Vəli xan (C.Məmmədquluzadə)
Qafiyə quruluşuna görə qəzəllə eyni olan şer növü hansıdır?
A) rübai
B) qəsidə
C) qitə
D) müxəmməs
E) mürəbbe
Aşağıdakılardan biri məişət üslubunun əlamətlərindən sayıla bilməz:
A) daha çox bütöv cümlələrdən istifadə
B) yığcamlıq
C) sərbəstlik
D) intonasiya, jest-hərəkət-mimika
E) dialoji nitq şəklində olması
Zaman zərflərindən ibarət cərgəni göstərin:
A) dünən, xeyli, əlüstü
B) yuxarı, istidən, axşam
C) həmişə, indi, çoxdan
D) bərkdən, sonra, yavaşca
E) asta, bu gün, qəfildən
Səhv fikir hansıdır?
A) Qeyri-müəyyən yiyəlik hal ayrılıqda heç bir cümlə üzvü ola bilməz.
B) Təsirli halda olan sözlər cümlənin xəbəri ola bilməz.
C) Mübtəda ancaq adlıq halda ola bilər.
D) Yerlik və çıxışlıq halda olan isimlər cümlənin yalnız tamamlığı və zərfliyi ola bilirlər.
E) Yerlik halda olan söz qoşmalarla işlənə bilmir.
Mürəkkəb yer zərfliyi işlənmiş cümlələri göstərin:
1. Dayımgil Cəlilabadda yaşayır.
2. Gündəliyim Həsən müəlimdə qalmışdı.
3. Bağımız dəniz kənarında yerləşir.
4. Kənd yerində yaşayan bunu bilməz.
5. Təzə evlər Babək prospektində yerləşir.
A) 3, 5
B) 1, 4, 5
C) 2, 3
D) 2, 4
E) 1, 5
Biz gündəlik nitqimizdə, əsasən, hansı sözlərdən istifadə edirik?
A) ümumişlək sözlərdən
B) dialekt sözlərdən
C) alınma sözlərdən
D) terminlərdən
E) neologizmlərdən
"Tüstü" sözünün fonetik təhlilindəki səhvləri göstərin:
1. 5 səs, 5 hərfdən ibarətdir.
2. İkihecalı sözdür,  vurğu birinci hecaya düşür.
3. İki incə, dodaqlanan, qapalı sait işlənmişdir.
4. Sözdə üç kar samit səs işlənmişir.
5. Ahəng qanunu gözlənilmişdir.
A) 2, 3
B) 1, 2
C) 2, 4
D) 1, 5
E) 4, 5
Sözlərin və ya cümlələrin təsir gücünü artıran nitq hissəsi:
A) sifət
B) qoşma
C) nida
D) ədat
E) modal söz
"Onu nahaq yerə gözdən salıblar" cümləsinin növünü müəyyənləşdirin:
A) ümumi şəxsli cümlə
B) şəxssiz cümlə
C) qeyri-müəyyən şəxsli cümlə
D) cüttərkibli cümlə
E) adlıq cümlə
"Demişdim" felində "-di" nədir?
A) şühudu keçmiş zaman şəkilçisi
B) "-dir" şəkilçisinin tələffüz variantı
C) xəbər şəklinin şəkilçisi
D) nəqli keçmiş zaman şəkilçisi
E) "idi" hissəciyinin qısaldılmış forması
"Qoyun sözümü deyim də" cümləsinin morfoloji təhlilində yol verilmiş səhvi göstərin:
A) "sözümü" - bu sözdə həm mənsubiyyət, həm də hal şəkilçisi işlənib.
B) "deyim" sözündəki "-im" mənsubiyyət şəkilçisidir.
C) "qoyun" sözü əmr ədatıdır.
D) "deyim" sözü felin əmr şəklindədir.
E) Cümədə iki ədat işlənmişdir.
Hansı xüsusiyyət sabit söz birləşmələrinə aid edilə bilməz?
A) leksik vahid sayılır;
B) vahid məna bildirir;
C) onların qarşılığını bir sözlə ifadə etmək mümkün olmur.
D) təhlil zamanı bütöv götürülür;
E) onları əmələ gətirən sözlər ilkin mənalarından uzaqlaşır;
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top