Tapılan ümumi test sayı : 27

Şifahi xalq ədəbiyyatına aid edilən əlamətlərdən biri səhvdir:
A) Özünəməxsus janr və dil-ifadə xüsusiyyətləri vardır.
B) Yalnız lirik və epik janrları olur.
C) Şifahi şəkildə yaranır və inkişaf edir.
D) Ümumxalq təfəkkürünün məhsuludur.
E) Çoxvariantlı ədəbiyyatdır.
Biri Q.Zakirin ictimai məzmunlu lirik şerlərinə daxil deyil:
A) "Durnalar"
B) "Badi-səba, söylə mənim yarıma"
C) "Gözüm yolda qaldı, könül intizar"
D) "Eylər"
E) "Dost yolu bağlandı, ümid kəsildi"
"...Millətin dilini bilməmiş onun dərdinə dava etmək çətindir".
N.Nərimanovun bu sözləri ilə C.Məmmədquluzadənin əsərlərindən birinin əsas ideyasını ifadə etmək mümkündür:
A) ayrılıqdan doğan kədər və bədbinlik
B) mədhiyyətçilik
C) zəmanə hökmdarlarının tənqidi
D) məhəbbət, gözəllik və sadə peşə sahiblərinin tərənnümü
E) tarixi hadisələrin epik təsviri
Bu əsərlərdən biri M.Füzulinin "Leyli və Məcnun" poemasının təsiri iə yazılmışdır:
A) "Dastani - Əhməd Hərami"
B) Həqiri Təbrizi. "Leyli və Məcnun"
C) Əssar Təbrizi. "Mehr və Müştəri"
D) Məsihi. "Vərqa və Gülşa"
E) Abbasqulu ağa Bakıxanov. "Mişkatül-ənvar"
Şah İsmayıl Xətai haqqındakı fikirlərdən biri yanlışdır:
A) Ana dilində yazdığı divani dövrümüzə qədər gəlib çatmışdır.
B) Lirik və epik əsərləri vardır.
C) Həm əruz, həm də heca vəznində şerlər yazıb.
D) "Dəhnamə" əsərinin müəllifidir.
E) Nəsr əsərləri də vardır.
C.Cabbarlının hansı əsərində Oqtay Eloğlunun idealı davam etdirilir?
A) "Almaz"
B) "Dönüş"
C) "Sevil"
D) "Yaşar"
E) "Od gəlini"
Biri mənzum dramdır:
A) "Nadir şah"
B) "Oqtay Eloğlu"
C) "Müsibəti-Fəxrəddin"
D) "Vaqif"
E) "Hacı Qara"
M.F.Axundzadənin "Aldanmış kəvakib" povestində əks qütblərdə dayanan obrazlar:
A) Şah Abbas, Yusif Sərrac
B) Sərdar Zaman xan, Mirzə Sədrəddin
C) Axund Səməd, Mövlana Cəmaləddin
D) Şah Abbas, Axund Səməd
E) Mirzə Möhsün, Mirzə Yəhya

"Göydən yer üzünə nurlar tökülür,
Zəmilər, tarlalar üzümə gülür". (S.Vurğun)
Nümunədə hansı bədii təsvir vasitəsi işlənmişdir?

A) metonimya
B) epitet
C) metafora
D) təzad
E) təşbeh
Biri frazoloji birləşmə deyil:
A) xəstə yatmaq
B) bəxti yatmaq
C) üz döndərmək
D) gözü düşmək
E) oda salmaq
Sadə söz hansıdır?
A) sınaq
B) sancaq
C) yataq
D) daraq
E) qoçaq
Cavabların birində rəsmi üslubun əsas əlamətləri verilmişdir:
A) ictiamai və siyasi məsələlərin asan və anlaşıqlı izahı, kütləvilik
B) sinonimliyə və çoxmənalılığa geniş yer veriməsi
C) ümumiləşdirmə, mürəkkəb cümlə və modal sözlərdən istifadə
D) kütləvi xarakter daşıması, sitatlardan geniş istifadə
E) aydın və qısa şərh, fikrin daha çox standart formalarla ifadəsi
I növ təyini söz birləşmələrindən ibarət cərgəni göstərin.
A) qızlar bulağı, sözü eşidən
B) oxuyan uşaq, saatın əqrəbi
C) telefon zəngi, daş hasar
D) yaxşı iş, kənd yolu
E) elmi əsər, tarixi gün
Ahəng qanununa tabe olmayan sözlərdən biri əsl Azərbaycan sözüdür:
A) ahəng
B) fasilə
C) ildırım
D) meydan
E) həyəcan
"Bivəfa" sözünün leksik təhlilindəki səhvi göstərin:
A) Əsl Azərbaycan sözüdür.
B) "Sadiq" sözünün antonimidir.
C) Omonim kimi işlənə bilmir.
D) Ümumişlək sözdür.
E) Təkmənalıdır.
"Vətən oğlu, sözlərini dinlə" cümləsində xitab nə ilə ifadə olunmuşdur?
A) III növ təyini söz birləşməsi ilə
B) I növ təyini söz birləşməsi ilə
C) sifətlə
D) II növ təyini söz birləşməsi ilə
E) isimlə
Altından xətt çəkilmiş sözlərdən biri ədat deyil:
A) Necə yəni gəlməyib?
B) Onda ki övladi-vətən xam idi,
  Ax, necə kef çəkməli əyyam idi.
C) Bax sənə deyirəm ha!
D) Uşaqlara yaxşı bax, korluq çəkməsinlər.
E) Qoy var olsun elin varı!
Təyinin ifadə vasitələrindən biri səhv göstərilmişdir:
A) sifət
B) isim
C) işarə əvəzliyi
D) feli sifət tərkibi
E) feli bağlama tərkibi
Tərzi-hərəkət budaq cümləli tabeli mürəkkəb cümlələri seçin.
1. Elə oxu ki, eşidən başa düşsün.
2. Bu elə işdir ki, hamıya demək olmur.
3. Vəziyyət elə pisləşdi ki, indi çıxış yola tapa bilmirəm.
4. Çay elə axırdı ki, suyun hərəkəti hiss olunmurdu.
5. Elə adamdır ki, dindirməsən, dinməz.
A) 2, 5
B) 1, 3, 4
C) 1, 2
D) 1, 4, 5
E) 3, 5
Sifətin aşağıda göstərilən cəhətlərindən biri saya aid edilə bilməz:
A) cümlədə, əsasən, təyin olması
B) isimləşə bilməsi
C) isimlə bağlı olması
D) isimlərdən və fellərdən düzəlməsi
E) isimdən əvvəl işlənməsi
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top