Tapılan ümumi test sayı : 28

"Əhməd yavaş-yavaş qapıya yaxınlaşdı" cümləsində altından xətt çəkilmiş sözün qrammatik təhlilində səhv haradadır?
A) aid olduğu sözə yanaşma əlaqəsi ilə bağlanıb
B) eyni sözün təkrarı ilə yaranmışdır
C) cümlənin təyinidir
D) tərzi-hərəkət zərfidir, necə? sualına cavab verir
E) quruluşca mürəkkəb zərfdir
Hansı cümədəki fel məchul növdədir?
A) Tapşırığa əməl olundu.
B) Lövhə silindi.
C) Ürəyim həyəcanla döyündü.
D) Onun sözü mənə yaman toxundu.
E) Körpə gülümsündü.
"Bizim kəndin vəziyyəti elədir ki, orada hər şey qurub-yaratmaq olar" tabeli  mürəkkəb cümləsindəki budaq cümlənin növünü göstərin.
A) təyin budaq cümləsi
B) yer budaq cümləsi
C) mübtəda budaq cümləsi
D) tərzi-hərəkət budaq cümləsi
E) xəbər budaq cümləsi
Yalnız kar samitlərin iştirak etdiyi sözü göstərin.
A) paxla
B) səkkiz
C) qurğu
D) fakt
E) fabrik
Hansı bənddəki sözlərin hər birində iki leksik şəkilçi işlənib?
A) qarşıladı, bilmirdi, saxladı
B) göndərdiyi, yazılı, hirslənmək
C) tərifləyir, vəfasız, görəndə
D) əkinçilər, böyüklük, duzsuzluqdan
E) bacardığı, vəziyyətinə, yaşadılar
Hansı fel omonimdir?
A) oxşamaq
B) gözləmək
C) görüşmək
D) kədərlənmək
E) sevinmək
"Maarif" sözünün leksik təhili ilə bağlı fikirlərdən biri səhvdir:
A) Təkmənalı sözdür.
B) Leksik mənasına görə "əldə edilən bilik", "təhsil", "savad" deməkdir.
C) "Savadsız", "biliksiz" sözləri ilə antonimdir.
D) Alınma sözdür.
E) Ümumişlək sözdür.
Hansı sözün tələffüzü düzgün göstərilməmişdir:
A) [hopbanmaq]
B) [səkgiz]
C) [Sətdar]
D) [sakqal]
E) [hətda]
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top