Tapılan ümumi test sayı : 28

Hansı sıra tamamilə romantizm ədəbi cərəyanının nümayəndələrindən ibarətdir?
A) H.Cavid, M.Hadi, A.Səhhət, A.Şaiq
B) H.Cavid, M.Hadi, A.Şaiq, M.Ə.Sabir
C) A.Səhhət, A.Şaiq, M.Möcüz, M.Ə.Sabir
D) H.Cavid, M.Hadi, C.Məmmədquluzadə, Ə.Qəmküsar
E) C.Məmmədquluzadə, M.Hadi, Ə.Haqverdiyev, H.Cavid
M.Füzulinin "Leyli və Məcnun" poemasının yazılma səbəbi hansı sırada düzgün göstərilmişdir?
A) Sultan Süleyman Qanuninin şairdən bu mövzuda ana dilində əsər yazmasını xahiş etməsi
B) Qeys və Leyli kimi gənclərin faciəsini açmaq niyyəti
C) Rum "zəriflərinin" bu barədə xahişi, onların bu mövzuda türk dilində də belə bir əsər görmək arzusu
D) Ana dilində bu mövzuda əsər yazmaqla Nizami Gəncəvidən də şöhrətli olmaq arzusu
E) Şairin Nizami Gəncəviyə olan böyük məhəbbəti və öz adının onunla qoşa çəkilməsi istəyi
S.Ə.Nəbatinin aşağıdakı şerlərindən birində dünyəvi eşqlə sufi-panteist məhəbbətin tərənnümü qovuşur:
A) "Gəlsin, gəlməsin?"
B) "Eşq camından içən kimsənə..."
C) "Ey Sənəm"
D) "Yaradıb"
E) "Gözlərin"
"Hökmdar! Yerlərə, göylərə bir bax,
Buludlar qaralır matəm tutaraq".   (S.Vurğun)
Nümunədə işlənmiş bədii təsvir vasitəsini göstərin:
A) metafora
B) simvol
C) epitet
D) təşbeh
E) metonimiya
Aşağıdakı şairlərdən birinin lirik şerlərində vətən həsrəti mövzusu əsas yer tutur:
A) Ə.Cavad
B) S.Vurğun
C) H.Cavid
D) M.Müşfiq
E) A.İldırım
Hansı xüsusiyyət nağıl aid edilə bilməz?
A) epiklik
B) mövzu və məzmununa görə müxtəliflik
C) xalq müdrikliyinin ifadəsi
D) hadisələrin təsvirində rəvayət üslubu
E) nəzmlə nəsrin üzvi vəhdət təşkil etməsi
Surətlərdən biri M.F.Axundzadənin "Aldanmış kəvakib" povestindədir:
A) Hacı Nuru
B) Molla Salman
C) Mirzə Həbib
D) Ağa Mərdan
E) Mirzə Yəhya
"Fəqət sevməyirəm mən heç bir kəsi,
Xəyalım bir yerdə qərar tutmayır.
Üzümə dəydikcə övlad nəfəsi,
Ürəyim ilk eşqi heç unutmayır".

S.Vurğunun "Aygün" poemasının qəhrəmanı  bu sözləri kimə yazmışdı?
A) Elyara
B) Nemətə
C) Ülkərə
D) Əmirxana
E) müəllifə
Nizami Gəncəvinin "Xosrov və Şirin" poemasında hansı obraz Xosrovu məzəmmət edir, ona öyüd-nəsihət verərək, şahlıq qürurundan əl çəkməyə çağırır?
A) Şapur
B) Fərhad
C) Məhinbanu
D) Şirin
E) Hörmüz
"Yazıq ... oda salıbdı,
Fələk gözdən salıb, o da salıbdı.
Çeşmə kənarında oda saıbdı,
Cumub sona kimi ay üzə-üzə"
Buraxılmış sözü və şerin janrını göstərin:
A) Abbası, təcnis
B) Xəstə Qasımı, qoşma
C) Qurbanini, qoşma
D) Ələsgəri, təcnis
E) Sarı aşığı, gəraylı
II növ təyini söz birləşmələrindən ibarət olan cərgəni göstərin:
A) Xanın səsi, muğam havası, mənim universitetlərim
B) mənim qələmim, Əlinin kitabı, sənin nəğmən
C) ellər yaraşığı, sizin tərəflər, onun niyyəti
D) qartal yuvası, kənd havası, Şəki halvası
E) bizim ellər, "Od gəlini" pyesi, yaxşı oxumaq
Hansı fikir səhvdir?
A) Sifətin azaltma dərəcəsini əmələ gətirmək üçün "açıq" sözündən də istifadə edilir.
B) Feldən sifət düzəltmək mümkündür.
C) Sifət cümlənin xəbəri kimi işlənə bilir.
D) İşlənmə yerinə görə sifət saya oxşayır.
E) "Xırdaca" sözü azaltma dərəcəsindədir.
Nitq hissəsi və onların dəyişməsi qaydalarını öyrənən dilçilik şöbəsi necə adlanır?
A) sintaksis
B) fonetika
C) orfoqrafiya
D) leksikologiya
E) morfologiya
Aşağıdakılardan biri xəbərin ifadə vasitəsi kimi səhv göstərilmişdir:
A) ismi birləşmələr
B) feli bağlama tərkibləri
C) felin təsriflənən formaları
D) şəxs əvəzlikləri
E) məsdər tərkibləri
İsimlərdən sifət düzəldən -i(-vi) şəkilçisi hansı sözün fonetik tərkibinə təsir göstərmir?
A) inqilab
B) xalq
C) dünya
D) məna
E) kimya
Yazıda tabeli mürəkkəb cümlələrin tərkib hissələrini bir-birindən ayıran durğu işarəsi:
A) nida işarəsi
B) nöqtəli vergül
C) vergül
D) dırnaq
E) tire
İdi hissəciyi felin hansı şəkillərinə artırıla bilmir?
A) lazım, arzu
B) lazım, nəqli keçmiş
C) vacib, arzu
D) lazım, şərt
E) əmr, şühudi keçmiş zaman
Hansı sırada çoxmənalı söz işlənmişdir?
A) ayın işığı-may ayı
B) yaş ağac-uşağın yaşı
C) Kür çayı-şirin çay
D) uşağın üzü-suyun üzü
E) Mil düzü-sözün düzü
"Sizin sənədlərə baxılanda mən orda olmamışam" cümləsindəki altından xətt çəkilmiş sözün morfoloji təhlilində yol verilmiş səhvi göstərin:
A) məchul növdədir
B) quruluşca düzəltmədir
C) təsirsizdir
D) təsdiqdədir
E) feli bağlamadır
Bunlardan biri funksional üslublara daxil edilə bilməz:
A) məişət üslubu
B) publisistik
C) bədii üslub
D) fərdi üslub
E) elmi üslub
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top