Tapılan ümumi test sayı : 28

Vasitəsiz nitqli cümləyə hansı sxem uyğundur?İlqar: "Mən bu gün bir qədər gec gələcəyəm". - deyə xəbər göndərmişdi.
A) "V", -m.
B) "V, -m, -v".
C) M: "V", -m.
D) M: "V".
E) M: "V"!
"İsti" sözünün fonetik təhlili ilə bağlı səhv cavabı göstərin:
A) İki incə, qapalı, dodaqanmayan sait vardır.
B) Yazılışı ilə deyilişi fərqlənir.
C) İki kar samit işlənmişdir.
D) Sözdə incə saitlərin ahəngi gözlənimişdir.
E) İkihecalıdır, vurğu son hecaya düşür.
Hansı cərgədəki bütün sözlərdə vurğu ilk hecanın üzərinə düşür?
A) traktor, orden, medal
B) kimya, tarix, ədəbiyyat
C) dünən, gömgöy, tərtəmiz
D) qalstuk, bomboz, sarımtıl
E) yalnız, yalqız, ağımsov
"Elə ki kəndə gəldi, xasiyyəti tamamilə dəyişdi" tabeli mürəkkəb cümləsinin növünü müəyyənləşdirin.
A) yer budaq cümləli
B) səbəb budaq cümləli
C) tamamlıq budaq cümləli
D) şərt budaq cümləli
E) zaman budaq cümləli
Təkmənalı sözü göstərin:
A) ağız
B) qol
C) burun
D) ürək
E) ayaq
Hansı sırada kiçiltmə və əzizləmə bildirən düzəltmə isimlər verilmişdir?
A) əziz, mehriban
B) körpə, kiçik
C) dəftərçə, quşcuğaz
D) balaca, körpəciyəz
E) yavaşca, yüngülcə
Hansı cümlədə qoşma işlənmişdir?
A) Əvvəlcə onun çatma qaşları, sonra kimi isə xatırladan tanış səsi müəllimi diksindirdi.
B) Çörəkdən sonra ayağa qalxdılar.
C) Ay görünəndən sonra ulduzlar solğunlaşıb, titrəşdi.
D) Həsən hər imtahandan sonra onun yanına gələrdi.
E) Bir az bundan əvvəl baş verən döyüş yenidən xəyalında canlandı.
"Camaat meydana tərəf tələsirdiər" cümləsində ədbi dilin hansı norması pozulmuşdur?
A) orfoqrafik və qrammatik
B) qrammatik
C) orfoepik
D) leksik
E) orfoqrafik
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top