Tapılan ümumi test sayı : 24
1)
Epik əsərlərin kiçik formasındadır. Yazılı ədəbiyyat janrıdır. Burada qəhrəmanın həyatının bir-iki səciyyəvi epizodu göstərilir. Epik növün bu janrında personajların da sayı az olur.
Söhbət hansı janrdan gedir?
Xəta bildir
A)
dastan
B)
nağıl
C)
roman
D)
hekayə
E)
povest
2)
"Kitabi-Dədə Qorqud" dastanlarında oğuzların faciəsinin səbəbi nə ilə izah olunur?
Xəta bildir
A)
Oğuzların əkinçiliklə məşğul olub döyüş ənənələrini unutmaları ilə
B)
Oğuzların arasında daxili ədavət və ziddiyyətlərin olması ilə
C)
Düşmənlərin güclü olması ilə
D)
Düşmənlərin sayca daha çox olması ilə
E)
Düşmən qüvvəsinə etinasızlıqları ilə
3)
C.Məmmədquluzadənin "Anamın kitabı" pyesində vətəni təmsil edən surət:
Xəta bildir
A)
Zəhrəbəyim ana
B)
Gülbahar
C)
Rüstəm bəy
D)
Səməd Vahid
E)
Mirzə Məhəmmədəli
4)
Ailə-məişət problemlərini geniş epik lövhələrlə əks etdirən nəzm əsəri:
Xəta bildir
A)
S.Vurğun. "Aygün"
B)
M.Müşfiq. "Yenə o bağ olaydı..."
C)
A.İldırım. "Qara dastan"
D)
S.Rüstəm. "Ana və poçtalyon"
E)
R.Rza. "Qızıl gül olmayaydı..."
5)
N.Vəzirovun "Müsibəti-Fəxrəddin" faciəsi ilə bağlı fikirlərdən biri yanlışdır:
Xəta bildir
A)
Azərbaycan ədəbiyyatı tarixində ilk faciədir.
B)
Əsərdə maarifsizliyin, cəhalətin acı nəticələri göstərilir.
C)
Əsər Fəxrəddin bəyin monoloqu ilə başlayır.
D)
Müəllif Rüstəm bəy obrazını yaratmaqla qan intiqamına susamış nadan bəylərə ibrət dərsi verir.
E)
Süjeti iki mülkədar ailəsi arasında gedən qan davası üzərində qurulmuşdur.
6)
"Mirzə Şəfinin nəğmələri" kitabı haqqındakı fikirlərdən hansı səhvdir?
Xəta bildir
A)
Kitabın naşiri Bodenştedtə məsləhət görmüşdü ki, Mirzə Şəfinin şerlərini kitabdan çıxarıb ayrıca çap etsələr, nəşriyyata böyük şöhrət gətirər.
B)
Kitab Almaniyada, Rusiyada geniş yayılaraq müxtəlif dillərə tərcümə edilmişdir.
C)
Kitab XIX əsrin 50-ci illərində Mirzə Şəfinin öz vətənində çap olunmuşdur.
D)
Kitabdakı şerlər Bodenştedtin "Şərqdə min bir gün" kitabında toplanmış şerlər idi.
E)
Rus yazıçısı L.Tolstoy kitab haqqında yüksək fikir söyləmişdir.
7)
Bu şairlərdən ikisinin şerlərində sufi fikirlərin təbliği də müəyyən yer tutur:
1. A.Bakıxanov 2. Q.Zakir
3. X.Natəvan 4. S.Ə.Nəbati
5. M.B.Nadim
Xəta bildir
A)
2, 3
B)
2, 4
C)
4, 5
D)
1, 4
E)
1, 3
8)
C.Cabbarlı hansı əsərində İran tarixinə aid hadisələri göstərmiş və bu yolla despotizmə qarşı xalq etirazını qələmə almışdır?
Xəta bildir
A)
"Nəsrəddin şah"
B)
"Yaşar"
C)
"Dönüş"
D)
"Ulduz"
E)
"Od gəlini"
9)
Məndə Məcnundan füzun aşiqlik istedadı var,
Aşiqi-sadiq mənəm, Məcnunun ancaq adı var - misralarının müəllifi kimdir?
Xəta bildir
A)
Seyid Əzim Şirvani
B)
Şah İsmayıl Xətayi
C)
Nizami Gəncəvi
D)
Məhəmməd Füzuli
E)
İmadəddin Nəsimi
10)
Bəhram Gur Nizami Gəncəvinin hansı əsərinin qəhrəmanıdır?
Xəta bildir
A)
"İsgəndərnamə"
B)
"Xosrov və Şirin"
C)
"Yeddi gözəl"
D)
"Sirlər xəzinəsi"
E)
"Leyli və Məcnun"
11)
"Çiçək" sözünə hansı şəkilçi qoşulduqda onun vurğusu dəyişmir?
Xəta bildir
A)
-lər
B)
-dir
C)
-lik
D)
-li
E)
-dən
12)
Nitqə aid edilən əlamətlərdən biri yanlışdır:
Xəta bildir
A)
Dil əsasında meydana çıxır.
B)
Törəmədir.
C)
Nitq fəaliyyətənin məhsuludur.
D)
Ünsiyyət prosesidir.
E)
Dəyişməzdir.
13)
Verilmiş cümlə hansı üslubdadır?
"Nitqin ifadəliliyi dedikdə ən məqsədəuyğun, üslub baxımından ən uğurluolan dil vasitələrini tapıb işlətmək başa düşülür".
Xəta bildir
A)
bədii
B)
elmi
C)
rəsmi-işgüzar
D)
məişət
E)
publisistik
A)
Payızda meyvənin bol olduğu hamıya məlumdur.
B)
Mən bilirəm, sən nə demək istəyirsən.
C)
Sən nə cür deyirsən, elə də düzəlt.
D)
Bu elə kitabdır ki, onu oxumaq olmaz.
E)
Məsləhətim budur ki, bir də sürünü bu yerlərə gətirmə.
15)
Hansı cümlədə təsdiq bildirən modal söz işlənmişdir?
Xəta bildir
A)
Düzü, bu, məndən ötrü gözlənilməzdir.
B)
Məncə, hər irəliləyişin və qurtuluşun anası azadlıqdır.
C)
Deməli, qatarla getməyi təxirə salmısınız.
D)
Camaatı, yəqin ki, başqa şey maraqlandırır?
E)
"Axtarış" komandası, zənnimcə, qalib gələcək.
A)
göz, qaş; budaq, qol
B)
adam, insan; uşaq, ata
C)
böyük, kiçik; pis, yaxşı
D)
igid, cəsur; qoçaq, qəhrəman
E)
gül, ağla; bağça, ağac
17)
Felin keçmiş zamanı hansı şəkilçilərlə düzəlir?
Xəta bildir
A)
-dı4 , -mış4
B)
-dı4 , -ası2
C)
-maq2 , -malı2
D)
-acaq2 , -ar2
E)
-ır2 , -mış4
A)
kəklikotu
B)
baramaqurdu
C)
qızılgül
D)
çiyələk
E)
istiot
19)
Qeyri-müəyyən təsirlik halın sualı hansıdır?
Xəta bildir
A)
nəyi?
B)
nəyin?
C)
nədə?
D)
nə?
E)
nəyə?
20)
Dilçiliyin sözlərin mənşəyini öyrənən sahəsi:
Xəta bildir
A)
etimologiya
B)
fonetika
C)
leksikologiya
D)
orfoepiya
E)
morfologiya
Cavabların yoxlanılması üçün ən azı bir testə cavab verilməlidir
Düzgün cavabların sayı : 0
Yalnış cavabların sayı : 0
Cavab verilməmiş sulların sayı : 0
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Cavabları yoxla
Səhifəni yenilə
Sizin seçdiyiniz cavab
Doğru cavab