Tapılan ümumi test sayı : 26

Hansı sözdə kar samit yoxdur?
A) gavalı
B) gilas
C) alça
D) xurma
E) püstə
Yerdən ayağını quş kimi üzüb,
Yay kimi dartılıb, ox kimi süzüb,
Yenə öz sürünü nizamla düzüb,
Baş alıb gedirsən hayana, ceyran? - misralarında hansı bədii təsvir vasitəsindən istifadə edilmişdir?
A) mübaliğə
B) təşbeh
C) metonimiya
D) epitet
E) metafora
Qılıncını nə öyərsən, mərə kafir?
Əyri başlı çovkanımca gəlməz mənə.
Belindəki doxsan oxu nə öyərsən?
Ala qollu sapandımca gəlməz mənə.
Bu misralar "Dədə-Qorqud" dastanlarının hansı qəhrəmanına məxsusdur?
A) Salur Qazana
B) Uruza
C) Qaraca Çobana
D) Bamsı Beyrəyə
E) Dədə Qorquda
S.Vurğun hansı əsərində müharibəni fəlsəfi cəhətdən, ümumbəşəri dəyərlər işığında mənalandırır?
A) "Fərhad və Şirin"
B) "Vaqif"
C) "İnsan"
D) "Komsomol poeması"
E) "Bakının dastanı"
M.Füzulinin ictimai görüşlərini, ayrı-ayrı ictimai zümrələrə münasibətini, gəncliyin tərbiyəsi, peşə seçməsi ilə bağlı fikirlərini ifadə edən əsəri:
A) "Şikayətnamə"
B) "Rindü Zahid"
C) "Söhbətül-əsmar"
D) "Səhhət və Mərəz"
E) "Bəngü Badə"
Epik növün ən qədim janrlarından biridir. Sənətkar həyatda müşahidə etdiyi nöqsanları müəyyən əşyalar, bitkilər və heyvanların simasında əks etdirir.
Bu hansı janrdır?
A) nağıl
B) təmsil
C) hekayə
D) lətifə
E) novella
M.Ə.Sabirin aşağıdakı şerlərindən hansı satira deyil:
A) "Səttarxana"
B) "Əkinçi"
C) "Bizə nə?"
D) "Kim nə deyər bizdə olan qeyrətə?!"
E) "Ürəfa marşı"
N.Vəzirovun mövzusu tacir həyatından alınmış komediyası:
A) "Ev tərbiyəsinin bir şəkli"
B) "Adı var, özü yox"
C) "Yağışdan çıxdıq, yağmura düşdük"
D) "Pəhləvani-zəmanə"
E) "Nə əkərsən, onu biçərsən"
N.Gəncəvinin aşağıdakı hekayələrindən biri "Sirlər xəzinəsi" poemasına daxil deyil:
A) "Sultan Səncər və qarı"
B) "Xeyir və şər"
C) "Süleyman və əkinçi"
D) "Zalım padşahla Zahidin dastanı"
E) "Nuşirəvan və bayquşların söhbəti"
"Göz yaşları içərisində gülüş" C.Cabbarlının aşağıdakı əsərlərindən birinin ikinci adıdır:
A) "Vəfalı Səriyyə"
B) "Ulduz"
C) "Solğun çiçəklər"
D) "Aydın"
E) "Nəsrəddin şah"
M.F.Axundzadənin mövzusu kənd həyatından alınmış bu komediyasında qadın hüquqsuzluğu tənqid olunur. Əsrin əsas qəhrəmanları Bayram və Pərzaddır:
A) "Sərgüzəşti-mərdi-xəsis"
B) "Hekayəti-müsyö Jordan və dərviş Məstəli şah"
C) "Mürafiə vəkillərinin hekayəti"
D) "Hekayəti-xırs quldurbasan"
E) "Hekayəti-molla İbrahimxəlil kimyagər"
"Kimi əcəl hərləyirsə, qabağa çıxsın" cümləsi tabeli mürəkkəb cümlənin hansı növünə aiddir?
A) təyin budaq cümləli
B) mübtəda budaq cümləli
C) tamamlıq budaq cümləli
D)  zərflik budaq cümləli
E) xəbər budaq cümləli
Şəxs əvəzlikləri qeyri-müəyyən əvəzliklər, əsasən, hansı cümlə üzvləri vəzifəsində işlənir?
A) təyin və tamamalıq
B) xəbər və zərflik
C) mübtəda və tamamalıq
D) zərflik və təyin
E) tamamlıq və zərflik
Sözlərdən birində iki leksik şəkiçi vardır:
A) durduqda
B) durmadan
C) durğu
D) duruxmaq
E) durğunluq
Düzəltmə fellər olan cərgəni göstərin.
A) başladı, yazıldı, ağarır
B) gəl, get, işlə
C) deyir-gülür, çaşıb qalır
D) gəlmək, getmək, yığışmaq
E) oxuyur, yazacaq, yatdı
"Vətəndaş", "cənab" sözləri nitq etiketlərinin hansı növünə daxildir?
A) görüşmə
B) təbrik
C) müraciət
D) ayrılma
E) alqış
Alınma sözlər cərgəsini göstərin.
A) dülgər, saatsaz, sən
B) səfir, təchizat, beş
C) məsələ, inkişaf, bilmək
D) rəhm, stul, mətbəə
E) mədaxil, məzun, ana
Altından xətt çəkilmiş nümunələrin ikisi söz-cümlədir:
1. - Sabah ayın neçəsidir?
    -Üçü.
2. - Sabah imtahanınız var?
    -Bəli.
3. - Məktəbiniz harada yerləşir?
    -Babək prospektində.
4. - Direktorunuz kimdir?
    -Kərimov.
5. - Kimyaçıdır?
    -Yox.
 
A) 1, 4
B) 2, 3
C) 2, 5
D) 1, 5
E) 3, 4
"Dastan" sözünün fonetik təhlilində səhv haradadır?
A) [a] qalın, açıq, dodaqlanmayan saitdir.
B) Vurğu ikinci hecanın üzərinə düşür.
C) 3 cingiltili və 1 kar samit işlənmişir.
D) Yazılışı ilə tələffüzü fərqlənmir.
E) Qalın saitlərin ahəngi var.
Qüvvətləndirici ədatlardan ibarət cərgəni göstərin:
A) ən, daha, lap
B) təkcə, kaş, bəs
C) ancaq, barı, bircə
D) lap, təki, di
E) ha, məhz, yalnız
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top