Tapılan ümumi test sayı : 26

"Çatdırmışdım" sözünün morfoloji təhlilindəki səhvləri göstərin:
1. Təsirli feldir.
2. İcbar növdədir.
3. Şühudi keçmiş zamandadır.
4. I şəxsin təkindədir.
5. Xəbər şəklininhekayəsindədir.
6. Düzəltmə feldir.
A) 3, 5
B) 1, 5, 6
C) 1, 5
D) 2, 4, 6
E) 2, 3
"Cahandar ağa palıd ağacının dibində oturdu" cümləsində neçə cümlə üzvü var?
A) 4
B) 6
C) 3
D) 2
E) 5
Bu üslub milli ictimai təfəkkürü ifadə edən nitq forması olub, mətbuatda funksionallaşdır və olduqca müxtəlif mövqeləri, maraqları əks etdirir:
A) publisistik üslub
B) rəsmi-işgüzar üslub
C) məişət üslubu
D) bədii üslub
E) elmi üslub
"Hərcayıdan, müxəmməsdən, nadandan
Nə söz qaldı sənətkara dəyməmiş?"   (A.Ələsgər)
nümunəsində hansı cümlə üzvü həmcinsdir?
A) xəbər
B) tamamlıq
C) təyin
D) zərflik
E) mübtəda
verilmiş saylardan biri yazılışından fərqli tələffüz edilir:
A) altı
B) beş
C) on iki
D) səkkiz
E) qırx
Ayrı-ayrı elm sahələri üçün səciyyəvi sözləri əhatə edən lüğət növü:
A) orfoepiya lüğəti
B) frazeoloji lüğət
C) orfoqrafiya lüğəti
D) omonimlər lüğəti
E) terminoloji lüğət
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top