Tapılan ümumi test sayı : 22

Ozan, evin dayağı odur ki, yazıdan-yabandan evə bir qonaq gəlsə, ər adam evdə olmasa, ol onu yedirər, içirər, ağırlar, əzizlər.
Bu mətn parçası dastandan götürülmüşdür?
A) "Abbas və Gülgəz"
B) "Qaçaq Nəbi"
C) "Şah İsmayıl"
D) "Kitabi-Dədə Qorqud"
E) "Koroğlu"
S.Rüstəmin Cənub mövzusuna həsr etdiyi əsərlər hansı cərgədə verilib?
A) "Zindan", "On ikinci tüfəng", "Memarın faciəsi"
B) "Ələmdən nəşəyə", "Ana və poçtalyon", "Qafqaz ordusu"
C) "Yaxşı yoldaş", "Gecənin romantikası", "Ana ürəyi"
D) "Vətən oğlu", "Gün o gün olsun ki", "Çiçək mağazası"
E) "Mənim şerim", "And", "Qəhrəmanın vəsiyyəti"
Bənddə işlənmiş bədii təsvir vasitəsini müəyyənləşdirin.
Gözüm çox həsrətdir xumar gözünə,
Günəş camalına, şəkər sözünə,
Utanıram, necə deyim üzünə,
Dərdin xəstə canə gəlsin, gəlməsin?
A) epitet
B) metonimiya
C) simvol
D) metafora
E) təşbeh
Həcmcə 5-10 beytdən ibarət olur. qafiyə quruluşu belədir: aa, ba, va, qa, ğa ... Məqtə beytdə şair təxəllüsünü söyləyir.
Bu parçada hansı janrın xüsusiyyətləri göstərilmişdir?

 
A) qəzəl
B) məsnəvi
C) qitə
D) qəsidə
E) müxəmməs
C.Məmmədquluzadənin publisistik əsərləri ən çox hansı mətbuat orqanında çap olunmuşdur?
A) "Kaspi"
B) "Həyat"
C) "Şərqi-Rus
D) "Kafkaz"
E) "Molla Nəsrəddin"
Aşağıdakı atalar sözlərindən biri ilə N.Vəzirovun "Ev tərbiyəsinin bir şəkli" əsərinin tərbiyəvi nəticəsini ifadə etmək mümkündür:
A) "Ağıl yaşda deyil, başdadır"
B) "Niyyətin hara, mənzilin ora"
C) "Ot kökü üstündə bitər"
D) "Əldən qalan əlli il qalar"
E) "Cücəni payızda sayarlar"
Bu əsərlərdən ikisi Ə.Xaqaninin deyil:
1. "Töhfətül-İraqeyn"
2. "Şikayətnamə"
3. "Qəsidey-şiniyyə"
4. "Mədain xərabələri"
5. "Mehr və Müştəri"
A) 4, 5
B) 3, 5
C) 2, 5
D) 2, 4
E) 1, 3
"Nəsrəddin şah", "Solğun çiçəklər" pyeslərinin müəllifi:
A) M.Hüseyn
B) İ.Əfəndiyev
C) C.Cabbarlı
D) Ə.Haqverdiyev
E) S.S.Axundov
M.F.Axundzadə bu əsərində asan yolla pul qazanmaq istəyən bir qrup adamı kollektiv obraz kimi "nuxulular"  deyə təqdim edərək ifşa obyektinə çevrilmişdir:
A) "Sərgüzəşti-mərdi-xəsis"
B) "Hekayəti-müsyö Jordon və dərviş Məstəli şah"
C) "Hekayəti-molla İbrahimxəlil kimyagər"
D) "Hekayəti-xırs qudurbasan"
E) "Mürafiə vəkillərinin hekayəti"
İsmin hansı halları müəyyənlik və qeyri-müəyyənlik bildirir?
A) yiyəlik və təsirlik
B) adlıq və yiyəlik
C) yerlik və çıxışlıq
D) yönlük və təsirlik
E) təsirlik və yerlik
"Kimin ki ağlı, bacarığı var, qalib gəlir"  tabeli mürəkkəb cümləsinin növünü göstərin:
A) tamamlıq budaq cümləli
B) təyin budaq cümləli
C) xəbər budaq cümləli
D) şərt budaq cümləli
E) mübtəda budaq cümləli
Feli sifətlərin verildiyi cərgəni müəyyənləşdirin.
A) sevimli uşaq, buzlu su, dərin göl
B) qapının dəstəyi, stolun üstü, çətin iş
C) qızıl söz, beşmərtəbəli bina, düz yol
D) düşünən beyin, danışan adam, görünən ulduz
E) təmiz paltar, gözəl qız, evli adam
"Ömrün uzun olsun!", "Canın sağ olsun!", "Bəxtin ağ olsun!" nümunələri nitq etiketlərinin hansı növünə aiddir?
A) görüşmə
B) müraciət
C) təbrik
D) alqış
E) ayrılma
"Qəlbinə dəymək"  frazeoloji birləşməsinin antonimi hansıdır?
A) könül bağlamaq
B) könlünü almaq
C) qəlbindən keçmək
D) ürəyinə yatmaq
E) könül vermək
Cərgələrdən birində adlıq cümlələr verilmişdir:
A) Bayırda çovğundur. Göz gözü görmür.
B) Şuşa qalası. Cıdır düzü. Qacarın çadırı. Qacar əsəbi halda. (S.Vurğun)
C) Ayazlı, şaxtalı bir qış günü idi. Biz yola düşdük.
D) Aylı gecə göz oxşayırdı. Təbiətdə bir saflıq vardı.
E) Səhərdir. Təbiətdən bahar qoxusu gəlir.
"Yastı" sözünün fonetik təhlili ilə bağlı səhvi göstərin:
A) İkihecalıdır, vurğu birinci hecaya düşür.
B) Sözdə qalın saitlərin ahəngi gözlənilmişdir.
C) İki cingiltili, bir kar samit işlənmişdir.
D) Yazılışı ilə tələffüzü fərqlənir.
E) İki qalın, dodaqlanmayan sait işlənmişdir.
Təkcə, tək, ancaq ədatlarının məna növünü göstərin:
A) əmr
B) dəqiqləşdirici
C) qüvvətləndirici
D) sual
E) məhdudlaşdırıcı
Görüşürdülər sözünün morfoloji təhliindəki səhvi göstərin:
A) Qarşılıq-birgəlik növdədir.
B) Təsirsiz feldir.
C) Şühudi keçmiş zamandadır.
D) Düzəltmə feldir.
E) Xəbər şəklinin hekayəsindədir.
"Şagirdlərin imtahan göstəriciəri sevindiricidir" cümləsində hansı cümlə üzvləri işlənmişdir?
A) zərflik, tamamlıq, xəbər
B) mübtəda, zərflik, xəbər
C) mübtəda, xəbər
D) təyin, mübtəda, xəbər
E) təyin, tamamlıq, xəbər
Sözün poetik funksiyası ən çox hansı üslubda özünü göstərir?
A) elmi
B) bədii
C) məişət
D) rəsmi-işgüzar
E) publisistik
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top