Tapılan ümumi test sayı : 27

"Sən, deyəsən, məni yaxşı tanımırsan"  cümləsinin morfoloji təhlilində yol verilmiş səhvi göstərin.
A) "deyəsən" - modal sözdür, güman, şübhə bildirir.
B) "məni" - şəxs əvəzliyidir, təsirlik haldadır.
C) "tanımırsan" - məlum növdə olan feldir, inkardadır.
D) "yaxşı" - sifətdir, adi dərəcədədir.
E) "sən" - şəxs əvəzliyidir, II şəxsin təkində, adlıq haldadır.
Ay həzərat, gəlin sizə söyləyim,
Bu dünyanın xəyanatı çıxıbdı.
İnsaflar azalıb, mürvət gödəlib,
Qazıların mazarratı çıxıbdı.

Bənd hansı sənətkarın əsərindədir?
A) Molla Pənah Vaqif
B) Abbas Tufarqanlı
C) Qasım bəy Zakir
D) Molla Vəli Vidadi
E) Aşıq Ələsgər
Bir yanda tərlanlar, dumanlı dağlar,
Bir yanda kəkliklər, ayna bulaqlar,
Bir yanda bülbüllər, çiçəkli bağlar
Mən bu tamaşadan necə əl çəkim?

                                      (M.Müşfiq)
Nümunədə işlənmiş bədii təsvir və ifadə vasitələrini göstərin.
I. epitet            II. təşbeh              III. metafora               IV. təkrir              V. bədii sual                   VI. mübaliğə
 
A) III, VI
B) I, II, III
C) I, IV, V
D) III, IV, VI
E) II, III
M.Ə.Sabirin Azərbaycanda, Yaxın və Orta Şərq ölkələrində əməlpərvər, qüdrətli xalq şairi kimi şöhrət qazanmasında hansı mətbuat orqanının xüsusi rolu olmuşdur?
A) "Füyuzat"
B) "İrşad"
C) "Həyat"
D) "Şərqi-Rus"
E) "Molla Nəsrəddin"
Bu şairlərdən birinin yaradıcılığı ilə Azərbaycan poeziyasına dərdli ana obrazı daxil olmuşdur:
A) Heyran xanım
B) Məhsəti Gəncəvi
C) Aşıq Pəri
D) Fatma xanım Kəminə
E) Xurşidbanu Natəvan
Xurşidbanunun ("Xurşidbanu Natəvan") son qərarı necə olur?
A) Söz-söhbətə, şayiələrə son qoymaq üçün Seyid Hüseynə ərə gedir.
B) Seyid Hüseynin həbs olunması ilə əlaqədar olaraq  canişinə müraciət edir.
C) Knyaz Xasayın nikahı təzələmək təklifini rədd edir.
D) İran  şahzadəsinin ona baş hərəm olmaq təklifini rədd edir.
E) Ata mülkündən, kəndlilərindən əl çəkməklə öz sinfi ilə əlaqəsini kəsir.
"Xosrov və Şirin" poemasında rəqibini xəyanətlə öldürtdürüb, xəyanət nəticəsində də özü məhv olan obraz:
A) Fərhad
B) Şiruyə
C) Xosrov
D) Şapur
E) Hörmüz
"Xosrov və Şirin" poemasında rəqibini xəyanətlə öldürtdürüb, xəyanət nəticəsində də özü məhv olan obraz:
A) Şiruyə
B) Fərhad
C) Şapur
D) Xosrov
E) Hörmüz
XIX əsrin sonlarında yaşamış və bədii nəsr əsəri yazmış sənətkar:
A) Məhəmməd Bağır Xalxali
B) Arif Ərdəbili
C) Zeynalabdin Marağayi
D) Marağalı Əvhədi
E) Mirzəli Möcüz
M.Füzulinin hansı əsəri məktub şəklində yazılmışdır?
A) "Rindü Zahid"
B) "Bəngü Badə"
C) "Səhhət və Mərəz"
D) "Söhbətül-əsmar"
E) "Şikayətnamə"
Y.V.Çəmənzəmənlinin həyat və yaradıcılığı ilə bağlı səhv cavabı göstərin.
A) "Qızlar bulağı" tarixi-fəlsəfi, "Qan içində" tarixi romandır.
B) İlk mətbu əsəri "Molla Nəsrəddin"də dərc olunmuşdur.
C) Repressiya qurbanlarından biridir.
D) Tarixi roman janrının ilk nümunəsini yaratmışdır.
E) "Azərbaycan ədəbiyyatına bir nəzər" onun ədəbiyyatımızın tarixinə aid sistemli tədqiqat əsəridir.
Süjet nədir?
A) bədii əsərdə əsas hadisədən kənara çıxılması
B) ziddiyyətlərin ən gərgin nöqtəsi
C) bədii əsərdə hadisələrin müəyyən bir xətt üzrə inkişaf etdirilməsi
D) hadisələrin inkişafında düyünün yaranması
E) bədii əsərdə əhvalatın sonluğu
Bu əlamətlər hansı üslubda özünü göstərir?
1. xalq danışıq dilinə aid sözlərdən daha çox istifadə
2. dialoji nitq formasının daha çox işlədilməsi
3. bağlayıcı məzmununun daha çox intonasiya ilə çatdırılması
4. yarımçıq cümlələrin işlədilməsi
A) publisistik
B) bədii
C) məişət
D) rəsmi-işgüzar
E) elmi
Kar-cingiltili samit cütlüyündən hansı səhvdir?
A) p-b
B) ş-j
C) ç-c
D) k-g
E) x-q
Hansı söz yalnız qoşma kimi işlənə bilər?
A) başqa
B) ilə
C) savayı
D) ancaq
E) özgə
İnkar əvəzliyi işlənmiş cümləni göstərin:
A) Hərə bir işin dalınca yollandı.
B) Kimsə qapını taqqıldatdı.
C) Bahar anasının tapşırığına əməl edərək o kağızı heç kəsə göstərmirdi.
D) Tanrı özü balamı bəladan qorusun.
E) O özü bu işə əncam çəkər.
Hərəkətin icrasını müxtəlif cəhətdən izah edən cümlə üzvü:
A) mübtəda
B) zərflik
C) təyin
D) xəbər
E) tamamlıq
Müraciət etiketlərini göstərin.
1. Xanım!
2. Salam!
3. Əlvida!
4. Mübarək!
5. Var ol!
6. Cənab!
A) 2, 3, 4
B) 1, 2, 5
C) 1, 6
D) 4, 5
E) 3, 4
"İstiləşməmişdi" sözünün morfoloji təhlilindəki səhvi göstərin.
A) təsirsiz feldir
B) düzəltmə feldir, sifətdən əmələ gəlmişdir
C) feldir, xəbər şəklinin rəvayətindəndir
D) nəqli keçmiş zamandadır
E) məlum növdədir
Cüttərkibli müxtəsər cümlə hansıdır?
A) Yüz dəfə ölç, bir dəfə biç.
B) Bu, Müşkinazın xatirələrindəndir.
C) Cavid mənalı-mənalı gülümsünürdü.
D) Yıxılana gülməzlər.
E) Gedənin dalınca danışmazlar.
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top