Tapılan ümumi test sayı : 27

"Mahnını gərək elə bəstələyəsən ki, S.Vurğunun şerləri kimi insanların qəlbinə axa, dinləyiciləri riqqətə gətirə"  cümləsi tabeli mürəkkəb cümlənin hansı növüdür?
A) təyin budaq cümləli
B) xəbər budaq cümləli
C) tərzi-hərəkət budaq cümləli
D) tamamlıq budaq cümləli
E) mübtəda budaq cümləli
Aşağıdakıladan biri neologizmdir:
A) yenilikçi
B) ləqəb
C) zərbəçi
D) soyad
E) təxəllüs
Hansı fikir səhvdir?
A) Dilçilik elmi ictimai hadisə olan dili tədqiq edir.
B) Lüğətçilik dilçiliyin təcrübi sahələrindən biridir.
C) Fonetika, leksikologiya, qrammatika dilçiliyin şöbələridir.
D) Türklərin ilk ən böyük dilçisi XI əsr alimi M.Kaşğaridir.
E) Dilçiliyin dialekt və şivələri öyrənən sahəsi etimologiya adlanır.
"Yanıq" sözünün fonetik təhlilində hansı mərhələdə səhvə yol verilmişdir?
A) [a] - qalın, açıq, dodaqlanmayan, [ı] - qalın, qapalı, dodalanmayan saitdir
B) Sözdə 5 səs və 5 hərf var
C) [y], [n], [q] - cingiltili samitlərdir
D) sözdə qalın saitlərin ahəngi vardır
E) İkihecalı sözdür, vurğu 2-ci hecaya düşür
Feli bağlama hansı nitq hissələrinin xüsusiyyətlərini daşıyır?
A) zərfin, əvəzliyin
B) felin, ismin
C) felin, sifətin
D) felin, zərfin
E) sifətin, zərfin
Felin təsriflənməyən formalarına aid edilmiş əlamətlərdən biri yalnız feli sifətə aiddir:
A) ətrafına söz toplaya bilmək
B) təsdiq və inkarda olmaq
C) cümlədə təyin olmaq
D) təsirli və təsirsiz olmaq
E) növ bildirmək
"İşıqlı" sözünün  fonetik təhlili ilə bağlı düzgün fikirləri seçin.
1. Yazılışı ilə deyilişi fərqlənmir.
2. İki kar, bir cingiltili samit işlənib.
3. Vurğusu ikinci hecaya düşür.
4. Ahəng qanunu pozulmuşdur.
5. Sözdə yalnız qapalı samitlər işlənib.
6. Sözdəki [ş] kar, [q] və [l] cingiltili samitlərdir.
A) 1, 3, 4
B) 1, 2, 6
C) 1, 3, 5
D) 2, 4, 6
E) 2, 4, 5
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top