Tapılan ümumi test sayı : 24

"Abbas və Gülgəz" dastanının yaranmasında hansı aşığın yaradıcılığından istifadə olunmuşdur?
A) Aşıq Ələsgər
B) Aşıq Qurbani
C) Aşıq Abbas Tufarqanlı
D) Sarı Aşıq
E) Xəstə Qasım
Bənddə işlənmiş bədii ifadə vasitəsini göstərin.
Namərdi özümə mən dost eylədim,
Yolunda canıma çox qəsd eylədim,
Söyüddən bağ saldım, peyvəst eylədim
Almasın, heyvansın, narın görmədim.

 
A) təzad
B) epitet
C) kinayə
D) metafora
E) litota
Qəlbimdən gələn səs mənə çox zadlar öyrədir. Haman səs pak və təmiz insafımın səsidir ki, hamıda o insaf var.
Sotkarınbu fikirləri C.Məmmədquluzadənin hansı əsərinə epiqraf verilmişdir?
 
A) "Bəlkə də, qaytardılar"
B) "Danabaş kəndinin əhvalatları"
C) "Anamın kitabı"
D) "İranda hürriyyət"
E) "Ölülər"
Bəzi şerlərini "Xançobani" təxəllüsü ilə yazan sənətkar:
A) Qasım bəy Zakir
B) Seyid Əbülqasim Nəbati
C) Baba bəy Şakir
D) Sarı Aşıq
E) Məhəmməd Bağır Xalxali
Bəzi şerlərini "Xançobani" təxəllüsü ilə yazan sənətkar:
A) Baba bəy Şakir
B) Məhəmməd Bağır Xalxali
C) Seyid Əbülqasim Nəbati
D) Qasım bəy Zakir
E) Sarı Aşıq
Səməd Vurğunun yaradıcılığı ilə bağlı faktları xronoloji ardıcıllıqla düzün.
1. "Azərbacan" şerinin yazılması
2. "Şairin andı" kitabın nəşri
3. "Vaqif" dramının yazılması
4. "Aygün" poemasının yazılması
A) 1, 2, 4, 3
B) 1, 3, 4, 2
C) 3, 2, 1, 4
D) 2, 1, 3, 4
E) 2, 3, 4, 1
Aşağıdakılardan biri XI əsrin sonu, XII əsrin əvvəllərində Şirvanşahlar sarayında yaşayıb-yaradan şairlərin sırasında verilə bilməz:
A) Əfzələddin Xaqani
B) Fələki Şirvani
C) İzəddin Şirvani
D) Qətran Təbrizi
E) Əbül-üla Gəncəvi
N.Vəzirovun "Müsibəti-Fəxrəddin" faciəsində Rüstəm bəy hansı səhnədə özünü "biiman" adlandırır, etdiyi hərəkətərin acı nəticəsindən sarsılır və özünə ölüm arzulayır?
A) Mahmudun ölümü səhnəsində
B) qızı Səadət xanımla söhbət etdiyi səhnədə
C) Fəxrəddinin ölüm səhnəsində
D) oğlu Rəşidin öldürülməsini yada sadıqda
E) oğlu Mahmudla söhbət etdiyi səhnədə
Füzulinin hansı əsərləri məzmun və ideya baxımındanbir-birinə oxşayır?
A) "Leyli və Məcnun", "Yeddi cam"
B) "Səhhət və Mərəz", "Rindü Zahid"
C) "Şikayətnamə", "Rindü Zahid"
D) "Söhbətül-əsmar", "Bəngü Badə"
E) "Rindü Zahid", "Bəngü Badə"
Hansı cərgə bütünlüklə C.Cabbarlının pyeslərindən ibarətdir?
A) "Böhtan yazılıbdır", "Ana", "Aydın", "Mənsur və Sitarə"
B) "Boranlı qış gecəsi", "Qız qalası", "Ulduz", "Ədirnə fəthi"
C) "Od gəlini", "Sevil", "1905-ci ildə", "Dönüş"
D) "Əsrimizin qəhrəmanları", "Qürub çağı bir yetim", "Bahar", "Mənsur və Sitarə"
E) "Ana", "Bahar", "Aslan və Fərhad", "Sevil"
Cəmi bir bəndən ibarət olan bu şerin janrını müəyyən edin.
Yerlərə baxma ki, torpaq, su görər,
Göylərə baxma ki, gün salar nəzər.
Qeyrətdən ölərəm, ey ruhum, inan,
Səni yuxuda da görsə bir nəfər.

 
A) qoşma
B) gəraylı
C) qitə
D) bayatı
E) rübai
Bunlardan ikisi elmi üslub üçün əlamətdir:
1. Məcazilik
2. Obrazlılıq
3. Mürəkkəb cümlə tiplərindən daha çox istifadə
4. Bədii təsvir və ifadə vasitələrindən istifadə
5. Termin sıxlığı
6. Dialektizm və loru sözlərin işlənməsi
A) 4, 6
B) 1, 6
C) 3, 5
D) 2, 4
E) 4, 5
Eyni üzvlə bağlı olub, eyni suala cavab verən bərabərhüquqlu üzvlər necə adlanır?
A) həmcins üzlər
B) ara sözlər
C) xüsusiləşmiş üzvlər
D) xitab
E) cümlənin baş üzvləri
İsimləşmiş sayın xüsusiyyəti kimi göstərilənlərdən biri səhvdir:
A) Hallana bilir.
B) Cümlədə təyin olur.
C) Cəmlənə bilir.
D) Mübtəda və tamamlıq rolunda çıxış edir.
E) Mənsubiyyət şəkilçisi qəbul edir.
Sözlərin birində səslərin sayı hərflərin sayından çoxdur:
A) müəllim
B) dostluq
C) ailə
D) həyat
E) sərbəst
Natiqlik sənəti necə adlanır?
A) etiket
B) mimika
C) jest
D) ritorika
E) etika
Cümlədəki modal sözün məna növünü müəyyən edin:
Xülasə, biz bu məsələni  qəti şəkildə həll etməliyik.
A) təsdiq
B) nəticə, ümumiləşdirmə
C) bənzətmə və ya müqayisə
D) fikrin mənbəyi
E) təəssüf
"Ağlaşdıq" felinin morfoloji təhlilindəki səhv hansı sıradadır?
A) felin xəbər şəklindədir
B) "ağlamaq" felindən düzəlmiş düzəltmə feldir
C) təsirsizdir
D) şühudi keçmiş zamandadır
E) məlum növdədir
Feli xəbərli cüttərkibli müxtəsər cümləni göstərin.
A) Əmim oğlu bizə gəldi.
B) Bakının küçələri gözəlləşir.
C) Vaxtsız ölüm, məndən uzaq dolan, dur
 (S.Vurğun)
D) Kərim, işığı yandır.
E) Bizə bir xal lazımdır.
"Əzizin dizi titrədi, yavaşcadan çamadanın üstündə oturdu" tabesiz mürəkkəb cümləsinin tərkib hissələri arasında hansı məna əlaqəsi var?
A) zaman
B) aydınlaşdırma
C) səbəb-nəticə
D) ardıcıllıq
E) qarşılaşdırma
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top