Tapılan ümumi test sayı : 24

Əsl Azərbaycan sözlərinin cərgəsini göstərin.
A) pəncərə, çarpayı
B) yaz, dayı
C) hakim, janr
D) elm, əla
E) kitab, xörək
Yazı haqqındda səhv fikir hansıdır?
A) Yazı səsli dilin norma ilə qavrayışını təmin edən şərti işarələr sistemidir.
B) Sillabik yazı hərfi yazının ilk mərhələsi idi.
C) Əşyavi yazıdan sonra ideoqrafik yazı meydana çıxmışdır.
D) İnsanların ilk yazılı əlaqəsi əşyalar vasitəsilə olmuşdur.
E) Yazının ən mükəmməl, ən çevik forması hərfi yazıdır.
"Şənbə" sözünün fonetik təhlilində səhv haradadır?
A) [ə] - incə, açıq, dodaqlanmayan saitdir.
B) Sözdə 5 hərf, 5 səs vardır.
C) İkihecalıdır.
D) Vurğu ikinci hecaya düşür.
E) Sözdəki [ş] - kar, [n], [b] - cingiltili samitlərdir.
Təsirlilik və təsirsizlik hansı nitq hissəsinin xüsusiyyətidir?
A) sifətin
B) əvəzliyin
C) felin
D) zərfin
E) ismin
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top