Tapılan ümumi test sayı : 26

Tənə sözünün leksik təhlili ilə bağlı fikirlərdən biri səhvdir:
A) "Cəza" sözü ilə sinonimdir.
B) Alınma sözdür.
C) Ümumişlək sözdür.
D) Omonim kimi işlənə bilmir.
E) Təkmənalı sözdür.
Rənglər könlümüzdən keçir
isti, sərin küləklər kimi.
Nəğmələr, sözlər, səslər
qəlbimizə dolur müxtəlif səslər kimdir?

Şer parçasının müəllifi kimdir?
A) S.Rüstəm
B) S.Vurğun
C) R.Rza
D) M.Şəhriyar
E) M.Müşfiq
Q.Zakirin aşağıdakı əsərlərindən biri satirə deyil:
A) "Bax" rədifli məktubu
B) "Şuşa mollaları haqqında"
C) "Eylər" müxəmməsi
D) "Vilayətin məğşuşluğu haqqında"
E) "Qarabağ qazisi"
N.Vəzirovun insanı qəddarlaşdıran burjua mühitinin yırtıcı qanunlarını ifşa edən əsəri:
A) "Pəhləvani-zəmanə"
B) "Təzə əsrin ibtidası"
C) "Adı var, özü yox"
D) "Yağışdan çıxdıq, yağmura düşdük"
E) "Müsibəti-Fəxrəddin"
"Sizi deyib gəlmişəm, ey mənim müsəlman qadaşlarım" sözləri ilə başlayan müraciətnamə kimə məxsusdur?
A) C.Məmmədquluzadəyə
B) M.Ə.Sabirə
C) Ü.Hacıbəyova
D) M.Hadiyə
E) Ə.Ağaoğluya
"Dialogiya" və "trilogiya" epik növün hansı janrına aid anlayışlardır?
A) povest
B) təmsil
C) hekayə
D) oçerk
E) roman
M.P.Vaqifin əruz vəznində yazdığı şerləri:
1. "Pəri"
2. "Bax"
3. "Hayıf ki, yoxdur"
4. "Görmədim"
5. "Zeynəb"
A) 1, 2
B) 3, 4
C) 2, 4
D) 4, 5
E) 2, 5
"Kitabi-Dədə Qorqud" dastanında aparıcı mövzu:
A) əmək
B) qəhrəmanlıq və vətənpərvərlik
C) təbiət və insan gözəlliklərinin təsviri
D) məhəbbət
E) dostluq
Sənətkarlardan biri Azərbaycan mühacirət ədəbiyyatının nümayəndəsi deyil:
A) H.Cavid
B) Ə.Ağaoğlu
C) M.Ə.Rəsulzadə
D) A.İldırım
E) Ə.Hüseynzadə
Bədii dildə çox geniş yayılmış məcaz növlərindən biridir. Köçürmə mənasını ifadə edir. Bir əşya və yaxud hadisənin müəyyən əlamətlinin başqa əşya üzərinə köçürülməsinə deyilir.
Bu hansı məcaz növüdür?
A) bənzətmə
B) epitet
C) metonimiya
D) metafora
E) mübaliğə
Konkret isimləri göstərin.
A) dostluq, kədər
B) ələk, ağac
C) sevgi, həyat
D) xeyirxahlıq, istək
E) düşüncə, duyğu
Cümlələrin birində xəbər mübtəda ilə kəmiyyətcə uzlaşmayıb:
A) Siz gəncləşirsiniz, tarix qocalır.
B) Biz vətənə layiqli övlad olmalıyıq.
C) O, qəhrəmancasına döyüşürdü.
D) Onlar imtahanlara ciddi hazırlaşırlar.
E) Məktəblilər qonaqları böyük həvəslə qarşıladı.
"Hələlik salamat qalın, görüşənə qədər"  ifadələri nitq etiketlərinin hansı növünə daxildir?
A) müraciət
B) alqış
C) təbrik
D) görüşmə
E) ayrılma
Hansı cərgədəki sözlər fel şəkillərinin hekayə və şərtinə aiddir?
A) qaçdı, baxmışsa
B) aparmışdı, gəldisə
C) görsə, görmürmüş
D) alacaqdı, apararmış
E) gəlmişdi, baxırmış
Aşağıdakı sözlərin neçəsində kar samit vardır?
adam, kağız, raket, boz, gül, alov, şam
A) 1
B) 2
C) 3
D) 4
E) 5
Bir cür yazılan şəkilçini göstərin.
A) -mış
B) -araq
C) -kar
D) -dıqca
E) -ar
Dialekt sözlərindən ibarət cəgəni göstərin.
A) rəndə, isgənə, balta
B) kvadrat, oksigen, reylef
C) becid, peyğəmbəri, nimdər
D) ayıtmaq, damu, sayru
E) çağdaş, durum, soyad
Bağlayıcının növünü müəyyənləşdirin.
Yazıq Ələsgərdən üz döndəribsən,
Ya bəxt yatıb, ya zamana dönübdü.

 
A) aydınlaşdırma
B) qarşılaşdırma
C) bölüşdürmə
D) inkar
E) iştirak
"Bu tədbir ardıcıl olaraq davam etdiriləcək" nümunəsində cümə üzvlərindən hansı işlənməyib?
A) təyin
B) tamamlıq
C) zərflik
D) mübtəda
E) xəbər
Hansı xüsusiyyət elmi üslub üçün məqbul sayılmır?
A) terminlərin olması
B) elmi təfəkkürün ifadə vasitəsi olmaq
C) məntiqlik, ardıcıllıq, konkretlik
D) müəyyən bir elm sahəsinin dili olmaq
E) obrazlılıq, emosionallıq
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top