Tapılan ümumi test sayı : 26

Hansı xüsusiyyət elmi üslub üçün məqbul sayılmır?
A) müəyyən bir elm sahəsinin dili olmaq
B) elmi təfəkkürün ifadə vasitəsi olmaq
C) məntiqlik, ardıcıllıq, konkretlik
D) terminlərin olması
E) obrazlılıq, emosionallıq
"Qəribə bu idi ki, heç kəs onunla açıq danışmaq istəmirdi"  cümləsi tabeli mürəkkəb cümlənin hansı növünə aiddir?
A) tamamlıq budaq cümləli
B) mübtəda budaq cümləli
C) tərzi-hərəkət budaq cümləli
D) xəbər budaq cümləli
E) təyin budaq cümləli
Azərbaycan dili morfoloji quruluşuna görə hansı dil tipinə daxildir?
A) həm iltisaqi, həm flektiv
B) iltisaqi
C) kök dillər
D) həm flektiv, həm kök dillər
E) flektiv
Tamamlığa xas olmayan xüsusiyyəti müəyyənəşdirin.
A) Xəbərlə  birlikdə cümlənin qrammatik əsasını təşkil edir.
B) Ən çox isim və əvəzliklə ifadə olunur.
C) Əşya bildirir.
D) Xəbərlə bağlı olur, onu izah edir.
E) İsmin adlıq və yiyəlik hallarından başqa, qalan halların suallarına cavab verir.
"Bəxtiyar" sözünün fonetik təhlilində səhv haradadır?
A) Yazılışı ilə tələffüzü fərqlənir.
B) Ahəng qanunu pozulmuşdur.
C) Sözdə 2 kar, 3 cingiltili samit işlənmişdir.
D) Vurğu sonuncu hecaya düşür.
E) Sözdə 8 səs, 8 hərf işləmçişdir.
"Gah sağa, gah sola öz döndərərək,
Bizi çox çaşdırır dolaşıq yolar"

nümunəsindəki "dolaşıq" sözünün morfoloji təhlilindəki səhvi göstərin.
 
A) Feldən - ıq şəkilçisi vasitəsilə düzəlmişdir.
B) Düzəltmə sifətdir.
C) Adi dərəcədədir.
D) Necə? nə cür? hansı? suallarından birinə cavab olur.
E) "Yollar" sözü iə birlikdə cümlənin mübtədasıdır.
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top