Tapılan ümumi test sayı : 26

Misraları iki-iki qafiyələnən şer forması:
A) qoşma
B) rübai
C) məsnəvi
D) müxəmməs
E) bayatı
S.Ə.Şirvaninin bu təmsillərindən birində "yaxşılıq itmir" ideyası təbliğ olunur:
A) "Ayı və Siçan"
B) "Siçan və Pişik"
C) "Aslan və iki öküz"
D) "Qaz və Durna"
E) "Xoruz və Çaqqal"
M.Ə.Sabirin bu şerlərindən birində öz ana dilini elm dili saymayanlar, bu dildə danışmağı eyib sayanlar ifşa olunur:
A) "Bizə nə?"
B) "Kim nə deyər bizdə olan qeyrətə?!"
C) "Ürəfa marşı"
D) "Hə, de görüm"
E) "Yatmayın, allahı sevərsiz"
...dedim ki, sən qalma işdən,
    Gedim mən axtarım, görüm hardadır.

S.Vurğunun "Aygün" poemasından götürülmüş bu misralarda nöqtələrin yerinə hansı ad yazılmalıdır?
A) Əmirxana
B) Aygünə
C) Elyara
D) Ülkərə
E) Nemətə
N.Vəzirovun bu komediyasında mülkədarların qayğısız və harın yaşayışı, tüfeyli həyatı tənqid olunur:
A) "Ev tərbiyəsinin bir şəkli"
B) "Pəhləvani - zəmanə"
C) "Adı var, özü yox"
D) "Yağışdan çıxdıq, yağmura düşdük"
E) "Müsibəti - Fəxrəddin"
XIII-XIV əsrlər Azərbaycan ədəbiyyatında ən mühüm ədəbi hadisə:
A) farsca yazan şairlərin hökmdarlar tərəfindən himayə olunması
B) Azərbaycan dilində yazan şairlərin çoxalması
C) qəzəl janrının məhdud çərçivədən çıxıb ən mühüm ictimai mətbələri də əhatə etməsi
D) Nizami ənənələrinin davam etdirilməsi
E) poema janrının inkişafı
XIII-XIV əsrlər Azərbaycan ədəbiyyatında ən mühüm ədəbi hadisə:
A) Azərbaycan dilində yazan şairlərin çoxalması
B) qəzəl janrının məhdud çərçivədən çıxıb ən mühüm ictimai mətbələri də əhatə etməsi
C) poema janrının inkişafı
D) Nizami ənənələrinin davam etdirilməsi
E) farsca yazan şairlərin hökmdarlar tərəfindən himayə olunması
M.P.Vaqifin yaradıcılığında hansı janrda yazılmış əsərlər üstünlük təşkil edir?
A) qoşma
B) qəsidə
C) müxəmməs
D) qəzəl
E) gəraylı
"Kitabi-Dədə Qorqud" dastanında oğuz igidlərini birləşdirən əsas cəhət:
A) əməyə bağlılıq
B) yüksək səmimiyyət, səxavət
C) vətən, yurd sevgisi
D) rəhmdillik
E) düşmənə heç vaxt aman verilməməsi
Aşağıdakı sənətkarlardan biri mühacirət ədəbiyyatının nümayəndəsi deyil:
A) M.Müşfiq
B) M.Ə.Rəsulzadə
C) Ü.Banin
D) A.İldırım
E) Ə.Hüseynzadə
Bunlardan biri əks anlayışların, vəziyyətlərin qarşılaşdırılması yolu ilə yaranır:
A) metafora
B) metonimya
C) mübaliğə
D) təşbeh
E) təzad
Verilmiş sözlərdəki qalın saitlərin hamısı hansı bənddə tam əhatə olunmuşdur?
qaranlıq, kitab, uşaq, ələk, dəniz, üz, eniş
A) a, ı, u
B) i, ü, a
C) ü, a, i
D) a, ı, o
E) i, ü, ə
Tabesizlik əlaqəsi ilə bağlananlar hansılardır?
A) təyinlə mübtəda
B) zərfliklə xəbər
C) tamamlıqla xəbər
D) həmcins üzvlər
E) mübtəda ilə xəbər
Hansı cərgədəki sözlər fel şəkillərinin hekayə və şərtinə aiddir?
A) görəcəkdi, baxarmış
B) qorumuşdu, yazdısa
C) baxsa, görmüşmüş
D) axmışdı, görür
E) gəldi, almışsa
"Biz sabah tezdən yola düşməliyik" cüümləsində hansı cümlə üzvü işlənməyib?
A) yalnız tamamalıq
B) təyin, zərflik
C) yalnız təyin
D) tamamlıq, zərflik
E) təyin, tamamlıq
Hansı söz quruluşca sadədir?
A) naümid
B) naxoş
C) nainsaf
D) namus
E) namərd
Dialekt sözləri nədir?
A) İxtisas və peşə ilə bağlı sözlərdir.
B) Bir-birinə yaxın mənalı sözlərdir.
C) Məhəli xarakterli sözlərdir.
D) Bir-birinə əksmənalı sözlərdir.
E) Nitqdə əsasən, hamı tərəfindən işlədilən sözlərdir.
Mücərrəd mənalı ismi göstərin.
A) bitki
B) qorxu
C) gözlük
D) qoruq
E) meydança
"Salam, xanım! Xoş gördük! Gün aydın! Axşamınız xeyir!"   sözləri nitq etiketlərinin hansı növünə aiddir?
A) alqış
B) ayrılma
C) müraciət
D) görüşmə
E) təbrik
"Gah gün çıxır, gah da bulud olurdu"   cümləsində işlənən bağlayıcı hansı növə aiddir?
A) iştirak
B) birləşdirmə
C) bölüşdürmə
D) inkar
E) qarşılaşdırma
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top