Tapılan ümumi test sayı : 26

Monoloq və dialoqardan ibarət səhnə dili şəklində qurulur:
A) dramaturgiya dili
B) həm şer, həm də dramaturgiya dili
C) həm şer, həm də nəsr dili
D) şer dili
E) nəsr dili
Elə haqq var ki, gülüm,
haqqın özündən uludur

                           (B.Vahabzadə)
tabeli mürəkkəb cümləsinin növünü təyin edin.
 
A) tərzi - hərəkət budaq cümləli
B) şərt budaq cümləli
C) qarşılaşdırma budaq cümləli
D) mübtəda budaq cümləli
E) təyin budaq cümləli
Dil ailəsi hansı dillərə deyilir?
A) eyni yazı mədəniyyətinə malik olan dillərə
B) eyni coğrafi məkanda yerləşən qonşu xalqların dillərinə
C) eyni tarixi inkişaf yolu keçmiş dillərə
D) eyni kökdən törəyən qohum dillərə
E) eyni ölkədə yaşayan müxtəlif xalqların dillərinə
Tamamlıq, əsasən, hansı nitq hissələri və feli birləşmələrlə ifadə oluna bilər?
A) isim, əvəzlik, fel; feli bağlama və məsdər tərkibləri
B) isim, fel, zərf; feli sifət və məsdər tərkibləri
C) isim, fel, say; feli sifət və feli bağlama tərkibləri
D) isim, say, əvəzlik; feli bağlama tərkibləri
E) isim, əvəzlik;  feli sifət və məsdər tərkibləri
"Papaq" sözünün fonetik təhlilində səhv haradadır?
A) [a] - qalın, açıq, dodaqlanmayan saitdir.
B) İkihecalıdır, vurğu ikinci hecaya düşür.
C) Sözdə 2 sait, 3 samit səs vardır.
D) [q] - cingiltili samitdir, kar qarşılığı [k`] samitidir.
E) [p] - kar samitdir, cingitili qarşılığı [b] samitidir.
"Qəlbisınıq adam" birləşməsindəki sifətin morfoloji təhlili ilə bağlı səhv fikir hansıdır?
A) Necə? nə cür? suallarından birinə cavab verir.
B) İkinci tərəfi feldən düzələn sifətdir.
C) Mürəkkəb sifətdir.
D) Adi dərəcədədir.
E) Birinci tərəfi təsirlik hal şəkilçili isimdir.
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top