Tapılan ümumi test sayı : 24

Aşıq Abbas Tufarqanlının həyat və yaradıcılığı ilə bağlı fikirlərdən hansı səhvdir?
A) Cənubi Azərbaycandandır.
B) XVIII yüzillikdə yaşamışdır.
C) Əsərlərində məhəbbət və gözəlliyi vəsf etmişdir.
D) Qoşma, gəraylı və təcnislərində xalqın sevincini, kədərini arzularını əks etdirmişdir.
E) Qoşma və gəraylıları əsasında dastan yaranmışdır.
"Bilsin ana torpaq, eşitsin Vətən,
Müsəlləh əsgərəm mən də bu gündən..."
misralarının müəllifi
A) M.Rahim
B) S.Vurğun
C) B.Vahabzadə
D) S.Rüstəm
E) R.Rza
C.Cabbarlının "Oqtay Eloğlu" faciəsindəki qadın surətlərini göstərin.
A) Firəngiz, Almas, Gülsabah, Gültəkin
B) Gülnisə, Sevər, Firəngiz, Solmaz
C) Firəngiz, Gültəkin, Gülüş, Durna
D) Solmaz, Gülnisə, Sevər, Gültəkin
E) Firəngiz, Tamara, Nadya, Sevər
Beytdə hansı bədii təsvir vasitəsi işlədilmişdir?
Görsən tanımazsan Yarımsaqqalı
Çıxıb əndazədən dövləti, malı,... 
(Q.Zakir)
A) epitet
B) simvol
C) təşbeh
D) sinekdoxa
E) metafora
Fəxrəddin bəy ("Müsibəti-Fəxrəddin") öz faciəsini "müsibəti - müsəlmanan"  adlandırdıqda nəyi nəzərdə tuturdu?
A) Rüstəm bəy kimi adamların mühafizəkarlığını və qəddarlığını
B) elmsizliyi, cəhaləti və şəriət qaydalarına,dini ehkamlara riayət olunmamasını
C) anasının və qardaşının intiqam hissi ilə yaşamalarını
D) Səadət xanımla qurmaq istədiyi xoşbəxt həyatdan məhrum olmasını
E) xalqa başçılıq edə biləcək müdrik adamların olmaması
M.Ə.Sabirin bu şerində özünün azadlıq idealını, ictimai amalını birbaşa tərənnüm yolu ilə ifadə edir:
A) "Yatmayın, Allahı sevərsiz!"
B) "Aldanmaram"
C) "Əkinçi"
D) "Ruhum"
E) "Ürəfa marşı"
M.P.Vaqifin klassik üslubda yazdığı əsərləri ilə bağlı düzgün fikirləri seçin.
1. Klassik üslubda yazdığı şerlərinin bir qismi məhəbbət mövzusundadır.
2. Tiflis səfəri ilə bağlı yazdığı şerlərində həyatın ziddiyyətlərindən doğan dərin kədər və şikayət hissləri güclüdür.
3. "Naz ilə ta ol büti-ziba kəlisadan çıxar" misrası ilə başlanan müxəmməsi gözəlin tərənnümünə həsr olunub.
4. Şairin "Bax" rədifi qəzəli və "Görmədim" müxəmməsi son şerləri kimi tanınır.
5. Klassik üslubda yazdığı bütün əsərələrində sənətkarın nikbin əhvali-ruhiyyəsi, şən ovqatı daha qabarıqdır.
A) 1, 4, 5
B) 3, 4, 5
C) 1, 3, 4
D) 1, 2, 5
E) 2, 3, 5
M.F.Axundzadənin mənfi ruhani obrazı olan əsəri:
A) "Aldanmış kəvakib"
B) "Hekayəti-xırs quldurbasan"
C) "Hekayəti-vəziri-xani-Lənkəran"
D) "Hekayəti-mərdi-xəsis"
E) "Mürafiə vəkillərinin hekayəti"
Nizaminin hansı əsərində qadının mənəvi sərbəstliyi məsələsinə xüsusi diqqət yetirilmiş, qadın əsarətinə, mənəvi köləliyə etiraz ön plana çəkilmişdir?
A) "Xosrov və Şirin"
B) "Leyli və Məcnun"
C) "Sirlər xəzinəsi"
D) "Yeddi gözəl"
E) "İsgəndərnamə"
Azərbaycan ədəbiyyatşünaslığında süjet xəttinin hansı mərhələsi "bədii müqaddimə", "bədii zəmin" sözləri ilə də ifadə olunur?
A) proloq
B) ekspozisiya
C) kulminasiya
D) zavyazka
E) epiqraf
"Söykənmişdi" sözünün morfoloji təhlilindəki səhvi göstərin.
A) Sadə feldir.
B) Təsdiqdədir.
C) -mış nəqli keçmiş zaman şəkilçisidir.
D) Təsirsizdir.
E) -di fel şəkillərinin hekayəsini düzəldən hissəcikdir.
Verilmiş şer parçasında neçə antonim cütlüyü işlənmişdir?
"Lazım olum insanların xoş gününə, bəd gününə
Xəstəsinə, sağlamına, xoşbəxtinə, bədbəxtinə"
A) 1
B) 4
C) 2
D) 5
E) 3
"Müşayiət" sözünün fonetik təhlilindəki səhvi göstərin.
A) [ü], [ə] - incə, [a] isə qalın saitlərdir.
B) Vurğu 2-ci hecanın üzərinə düşür.
C) [ş], [t] - kar samitlərdir.
D) [m], [y] - cingiltili samitlərdir.
E) Deyilişi ilə yazılışı fərqlənir.
"Nəcəf bəy Vəzirovun şah əsəri "Müsibəti-Fəxrəddin" faciəsidir" cümləsində neçə cümlə üzvü işlənmişdir?
A) 2
B) 6
C) 4
D) 3
E) 5
Hansı cərgədə qalın, dodaqlanmayan saitlərin sırasına incə dodaqlanan saitlər əlavə olunmuşdur?
A) ı, i, e, o
B) a, ı, ö, ü
C) a, ı, o, u
D) a, ı, o, ö
E) o, u, ö, ü
Biri ehtimal və şübhə bildirən modal söz deyil:
A) görünür
B) gərək ki
C) deyəsən
D) məncə
E) bəlkə
Məhəmməd peyğəmbərə aid olan bu kəlam hansı məşhur əsərdən götürülmüşdür?
"Türk dilini öyrənin, türklərin uzun sürən haimiyyəti vardır"
A) "Qanuni-qüdsi"
B) "Qurani-kərim"
C) "Əsrimizin Səyavuşu"
D) "Divani-lüğətit-türk"
E) "Həqiqətüs-süəda"
Hansı cümlədə mübtədanın əlavəsi vardır?
A) Arif Nəzərli - yeni inspektor yaxşı bir məruzə hazırlamışdı.
B) Ana, 14 gündən sonra bayramdır - Novruzun torpağımıza qədəm qoyduğu gündür.
C) Azərbaycanın - Odlar yurdunun övladlarına eşq olsun!
D) Hər səhər Nadirin atası qaymağı sahibinə - Məşədi Möhsünə çatdırırdı.
E) Qızlardan birinə - balaca Nərgizə gül dəstəsi bağışladılar.
Mətn hansı üslubdadır?
"Ünsiyyət vasitəsi olan dilin ünsiyyət prosesi olan nitqə çevrilməsi çox mürəkkəb bir hadisədir: onun ictimai, psixoloji və fizioloji tərəfləri vardır".
A) rəsmi-işgüzar
B) məişət
C) bədii
D) elmi
E) publisistik
Nitqə müəyyən emosionallıq, sözlə ifadəsi mümkün olmayan çalarlar gətirən vasitələr:
1. mimika
2. jest
3. etiket
4. alleqoriya
5. satira
A) 1, 5
B) 4, 5
C) 1, 2
D) 2, 3
E) 3, 4
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top