Tapılan ümumi test sayı : 24

Bu xüsusiyyətlərdən biri Xudayar bəyə ("Danabaş kəndinin əhvalatları") aid  edilə bilməz:
A) Görmədiyi günə çıxıb deyə, hərəkətlərinin ölçü-biçisi yoxdur.
B) Qlava Kərbəlayı İsmayılla "qohumluq" onu əli dəyənəkli edib.
C) O, qanunsuzluğun, özbaşınalığın, Məhəmmədhəsən əmilərə zülm edən bir mühitin törəməsidir.
D) Özünü kəndli hüquqlarının müdafiəçisi kimi tanıtmağa çalışır.
E) Bir neçə manat pul tapmır ki, verib kəbin kəsdirsin, nəticədə yazıq Məhəmmədhəsən əminin ulağını girov qoymalı olur.
Biri müxəmməs janrındadır:
A) M.Ş.Vazeh. "Süsəni"
B) M.P.Vaqif. "Bax"
C) A.Bakıxanov. "Dil eşq yolunda zar olubdur..."
D) M.Ş.Vazeh. "Nə qədər kim, fələyin sabitü səyyarəsi var"
E) Q.Zakir. "Bax"
"Sinekdoxa" hansı bədii təsvir vasitəsinin bir növü sayılır?
A) metonimiyanın
B) təşbehin
C) metaforanın
D) simvolun
E) epitetin
Hansı şairin yaradıcılığında ictimai kədər əsas məzmun xüsusiyyəti kimi özünü göstərir?
A) Q.Zakir
B) M.V.Vidadi
C) M.P.Vaqif
D) A.Bakıxanov
E) S.Ə.Nəbati
C.Cabbarlı satirik şerlərində daha çox hansı şairin yaradıcılıq ənənələrini davam etdirmişdir?
A) Ə.Nəzminin
B) S.Ə.Şirvaninin
C) M.Ə.Möcüzün
D) M.Ə.Sabirin
E) Q.Zakirin
A.Bakıxanov, İ.Qutqaşınlı və M.Ş.Vazehin yaradıcılığı üçün ortaq cəhət hansıdır?
A) romantizm ədəbi cərəyanına mənsub olmaları
B) çar hakimlərinin zülmü əleyhinə mübarizə mövzusuna  geniş yer vermələri
C) xalq ədəbiyyatından və aşıq şerindən geniş istifadə etmələri
D) klassik üslubda şer yazmaları
E) maarifçilik ideyalarının ifadəsinə xüsusi diqqət yetirmələri
Şah İsmayıl Xətainin "Dəhnamə" poeması ilə bağlı yalnış fikirləri seçin.
1. Görüşüb ayrılan sevgililərin keçirdiyi hisslər, vida səhnəsi "Sən qal imdi" rədifli qəzəldə ümumiləşdirilir.
2. Buradakı eşq dünyəvi mahiyyət daşıdığı üçün əsər realist poema hesab edilir.
3. Bəzi məktubları Məşuqəyə Göz yaşı çatdırır.
4. Ənənəvi başlıqardan sonra nəsrlə yazılmış girişdən istifadə olunur.
5. Məsnəviyə daxil edilmiş lirik şerlərdə şair öz təxəllüsünü vermir.
A) 2, 4, 5
B) 3, 5
C) 1, 3, 4
D) 2, 3
E) 1, 2, 4
"Kitabi-Dədə Qorqud" eposu ilə bağlı fikirlərdən biri səhvdir:
A) Yalnız nəşr şəklindədir.
B) Hadisələr, əsasən, Azərbaycanda baş verir.
C) İki əlyazması vardır.
D) Boylar ozanların müxtəlif zamanlarda yaratdığı ayrı-ayrı dastanlardır.
E) Müxtəlif boyalardan ibarət olsa da, əsər bütöv bir dastan kimi məşhurdur.
Bu qəzetlərədən biri XIX əsrin sonlarında Təbrizdə nəşr olunmuşdur:
A) "Əlhədid"
B) "Həyat"
C) "Kəşkül"
D) "Ziya"
E) "Əkinçi"
M.Şəhriyarın "Heydərbabaya salam" əsərində öz əksini tapmışdır:
1. Xalqın məişəti ilə bağlı hadisələr
2. Novruz adətləri
3. Xalqın azadlıq uğrunda mübarizəsi
4. Xalqın ayrılıq dərdi
5. İran-İraq müharibəsində döyüşən azərbaycanlıların faciəsi
A) 1, 2, 3
B) 2, 3, 4
C) 3, 4, 5
D) 1, 3, 5
E) 1, 2, 4
Ünsiyyət prosesidir:
A) dilin qrammatik quruluşu
B) dil
C) nitq
D) nitq forması
E) nitq fəaliyyəti
Bu şəkilçilrdən biri mənsubiyyət şəkilçisi ilə işlənərək keçmiş zaman feli sifəti əmələ gətirir:
A) -an2
B) -ası2
C) -acaq2
D) -mış4
E) -dıq4
Alınma şəkilçilər haqqında hansı fikir düzgündür?
A) Yalnız leksik şəkilçilərdən ibarət olur.
B) Həm leksik, həm qrammatik şəkilçilər alınma ola bilər.
C) Dörd cür yazılır.
D) Dilimizə yalnız feldən isim düzəldən şəkilçilər keçə bilər.
E) Dilimizə yalnız fars dilindən şəkilçi keçmişdir.
Sözlərin üçünün də omonim olduğu cərgəni göstərin.
A) qoruq, kök, kəsr
B) divan, həyat, surət
C) al, don, əsr
D) at, tut, yay
E) qurd, az, dəniz
Hansı birləşmənin birinci tərəfində iltisaqilik prinsipi pozulmuşdur?
A) qəribə hadisə
B) düzgün qərar
C) şəkli yazı
D) elmi əsər
E) hərfi yazı
"Müəyyən" sözünün fonetik təhlili ilə bağlı səhvi göstərin.
A) İncə saitlərin ahəngi gözlənilib.
B) Vurğu üçüncü hecadadır.
C) Sözdə 4 cingiltili samit vardır.
D) [mə:yən] kimi tələffüz olunur.
E) Sözdə iki açıq, incə, dodaqlanmayan sait vardır.
Vurğusu son hecaya düşməyən terminlər cərgəsini göstərin.
A) leksika, təkrir, neyron
B) parabola, relyef, reaksiya
C) vegetasiya, realizm, era
D) flora, funksiya, qrafik
E) fonetika, poeziya, sulfat
Biri bağlayıcıdır:
A) yəqin ki
B) gərək ki
C) elə bil ki
D) madam ki
E) ehtimal ki
Bədii üslubun ən az təsir göstərdiyi üslublar hansılardır?
1. elmi
2. publisistik
3. rəsmi-işgüzar
4. məişət
A) 3, 4
B) 2, 4
C) 1, 2
D) 2, 3
E) 1, 3
Gözümdən kağıza yaş dama-dama,
Söykənib dururam yazı masama.

Şerdə qafiyə olan sözlər morfoloji cəhətdən nədir?
A) feli sifət və isim
B) feli bağlama və isim
C) zərf və isim
D) feli bağlama və sifət
E) sifət və isim
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top