Tapılan ümumi test sayı : 24

Ustadnamələr haqqındakı səhv fikri göstərin.
A) Nəsihətamiz məzmunda olur.
B) Məzmununa görə qoşmanın bir növüdür.
C) Bir qayda olaraq, məhəbbət dastanlarının əvvəlində verilir.
D) Həm heca, həm də əruz vəznində yazılır.
E) Qafiyə sistemi birinci bənddə abcb, sonrakı bəndərdə isə dddb şəklində olur.
Ustadnamələr haqqındakı səhv fikri göstərin.
A) Qafiyə sistemi birinci bənddə abcb, sonrakı bəndərdə isə dddb şəklində olur.
B) Məzmununa görə qoşmanın bir növüdür.
C) Nəsihətamiz məzmunda olur.
D) Bir qayda olaraq, məhəbbət dastanlarının əvvəlində verilir.
E) Həm heca, həm də əruz vəznində yazılır.
"Hekayəti-molla İbahimxəlil kimyagər"
(M.F.Axundzadə), "Nadanlıq"
(N.Nərimanov), "Müsibəti-Fəxrəddin"
(N.Vəzirov),...
Aşağıdakılardan birini seçməklə yuxarıdakı cərgəni yazılma ardıcıllığı baxımından tamamlayan.
A) "Oqtay Eloğlu" (C.Cabbarlı)
B) "Hacı Qara" (M.F.Axundzadə)
C) "İblis" (H.Cavid)
D) "Nadir şah" (N.Nərimanov)
E) "Vaqif" (S.Vurğun)
XVII-XVIII əsrlər Azərbaycan ədəbiyyatına aid edilmiş fikirlərdən biri səhvdir.
A) Poeziyada realizm və xəlqilik ənənələrinin əsası qoyulur.
B) Şifahi xalq ədəbiyyatı güclü inkişaf edir.
C) Füzuli ənənələri geniş yayılır.
D) Bu dövrün ədəbiyyatına epik növün janrlarına təsadüf olunmur.
E) Anadilli şerin mövqeyi get-gedə güclənir.
Qətran Təbrizinin yaradıcılığı ilə bağlı səhv cavabı göstərin.
A) Saray ədəbiyyatının ilk nümayəndəsi hesab olunur.
B) Yaradıcılığında mədhiyyəyə geniş yer vermişdir.
C) Əsərlərini farsca yazmışdır.
D) Şairin lirik şerlərdən ibarət "Divan"ı da vardır.
E) "Ət-təfasir" əsəri bədii nəsr nümunəsidir.
Bu əsərlərdən ikisi əsas etibarilə nəsr nümunəsi olsa da, onlarda şer parçaları da var:
1. A.Bakıxanov. "Kitabi-Əsgəriyyə"
2. Xətai. "Dəhnamə"
3. "Dastani - Əhməd Hərami
4. M.Füzuli. "Şikayətnamə"
5. C.Məmmədquluzadə. "Danabaş kəndinin əhvalatları"
6. M.F.Axundzadə. "Aldanmış kəvakib"
A) 2, 5
B) 1, 4
C) 1, 6
D) 2, 4
E) 3, 5
S.Vurğunun "Aygün" poeması ilə düzgün fikirləri seçin.
1. Əsər ailə-məişət mövzusundadır.
2. Əsərdə Elyar xudbin, yalnız özünü düşünən bir obraz kimi təqdim olunur.
3. Əsər Əmirxanla Aygünün Muğana getmələrinin təsviri ilə başlayır.
4. Qəhrəmanların bir-birinə qovuşmasında şairin özü də iştirak edir.
5. Şair Əmirxanın timsalında müasir insanın mənəvi aləminin müsbətə doğru dəyişməsini qələmə almışdır.
A) 1, 2, 4
B) 1, 2, 5
C) 1, 4, 5
D) 2, 3, 4
E) 1, 2, 3
Bədii əsərdə əsas mövzudan kənara çıxma necə adlanır?
A) epiqraf
B) peyzaj
C) epiloq
D) lirik ricət
E) proloq
Yusif Vəzir Çəmənzəminlinin elmi yaradıcılığı ilə bağlı fikirlərdən biri səhvdir:
A) Elmi yaradıcılığında Nəsimi, Füzuli, Vaqifə ayrıca yer ayırmışdır.
B) "Azərbaycan ədəbiyyatına bir nəzər" əsəri 1920-ci ildə Türkiyədə çap olunmuşdur.
C) "Azərbaycan ədəbiyyatına bir nəzər" əsəri uzun müddət ədibin seçilmiş əsərləri sırasına daxil edilməmişdir.
D) "Azərbaycan ədəbiyyatına bir nəzər" adlı əsərində ərəb, fars və Azərbaycan dillərində yazan sənətkarlarhaqqında geniş məlumat vermişdir.
E) Ədibin şifahi xalq ədəbiyyatına aid müxtəlif məqalələri də vardır.
"Fövcül-füsəha" ədəbi məclisi harada fəaliyyət göstərmişdir?
A) Şamaxıda
B) Lənkəranda
C) Bakıda
D) Ordubadda
E) Şuşada
Murtuzovun ("Mehman" S.Rəhimov) Mehmana dediyi bu nümunədə işarələnmiş söz bədii təsvir vasitəsi kimi nədir?
"Mən də heç sizin kül-külfətdən az şey bilmirəm...
Bu düyünlər açılanda, "sarı" üzə çıxanda baxarıq, tor qurmaq nədir, ya düyün salmaq nə?.."

 
A) metafora
B) epitet
C) təşbeh
D) simvol
E) metonimiya
Cüttərkibli müxtəsər cümləni göstərin.
A) Şeriyyat ilhama çağırar məni.
B) Vardır o dağlarda izim, Qəbələ!
C) Vətən! Səndə nəyim qaldı?
D) Axıb gedər Kür sürünə-sürünə.
E) "Türk dillərinin müqayisəli qrammatikası" kitabının müəllifi mənim müəllimimdir.
Yer budaq cümləli tabeli mürəkkəb cümləni göstərin.
A) Gövhəri deşməkdən qorxur ustalar,
 Çünki onun ağır bir bahası var.
B) Onunçün eylədim ağzımı şirin
Ki, ağzımda dilim qənd dadı versin.
C) Kim ki öyrənməyi bilməyirsə ar,
Sudan dürr, daşdan da gövhər çıxardılar.
D) Maqnit olmasaydı eşqin əsiri,
Özünə çəkməzdi dəmir zənciri.
E) O şey ki bizlərə lap aşikardır,
Orada gizli bir xəzinə vardır.
Hansı cərgədəki sözlərdə vurğunun yerini dəyişməklə sözün mənası dəyişə bilər?
A) demişsə, almışdı, gedirdi
B) bildir, dimdik, qandır
C) motor, qazma, yoxsul
D) Asiya, kafedra, traktor
E) barış, komediya, opera
Sözlərdən biri omonimlik xüsusiyyəti daşıyaraq, isim və fel kimi işlənə bilir:
A) yığın
B) əkin
C) ağrı
D) bilək
E) sancaq
Aşağıdakılardan biri orfoqrafik norma ilə tənzimlənir:
A) sözün düzgün tələffüzü
B) sözlərin böyük və kiçik hərflərlə yazılması
C) nitqin ifadəliliyi
D) sözün vurğusu
E) nitqin dəqiqliyi
Sadalanan türk dillərindən biri Azərbaycan dilinin də daxil olduğu oğuz qrupuna aiddir:
A) qazax
B) qırğız
C) tatar
D) türkmən
E) özbək
Məkan bildirən düzəltmə isimləri göstərin.
A) Göyçaylı, Şirvani, Gəncəvi
B) dənizçi, qulluqçu, çörəkçi
C) çığırtı, bağırtı, hönkürtü
D) qazança, gödəkçə, azlıq
E) otlaq, qışlaq, Qazaxıstan
"Elə, gəl, elə get, yol inciməsin" cümləsindəki elə hansı cümlə üzvüdür?
A) xəbər
B) mübtəda
C) zərflik
D) tamamlıq
E) təyin
Cümlədəki qoşmaların mənaca növlərini göstərin.
"Bir qədər dinlədikdən sonra ayağa qalxıb qapıya tərəf irəlilədi."
A) zaman, istiqamət
B) fərqlənmə, zaman
C) bənzətmə, istiqamət
D) səbəb, zaman
E) məsafə, birgəlik
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top