Tapılan ümumi test sayı : 24

"Səməd bu yollara həsrətlə baxardı"  cümləsinin morfoloji təhlili ilə bağlı səhv cavabı göstərin.
A) yollara - yönlük halda olan sadə isimdir.
B) bu - sifətin yerində işlənmiş işarə əvəzliyidir.
C) Səməd - adlıq halda olan xüsusi isimdir.
D) həsrətlə - tərzi -hərəkət zərfidir.
E) baxardı - sadə feldir, şühudi keçmiş zamandadır.
"Vertolyot" sözünün fonetik təhlilindəki səhv cavabı müəyyənləşdirin.
A) Ahəng qanununa tabe deyil.
B) Üçhecalıdır.
C) Saitlərin biri dodaqlanmayan, ikisi isə dodaqlananadır.
D) Dörd cingiltili, iki kar samit var.
E) Vurğu üçüncü hecaya düşür.
Cərgələrdən birində ədəbi dil normalarının pozulması faktı sayılan, lakin tipin dilində yolverilə bilən nitq təzahürləri göstərilmişdir:
A) ümumişlək sözlər
B) terminlər, peşə-sənət sözləri
C) alınma sözlər
D) dialektizmlər, vulqar və loru sözlər, varvarizmlər
E) bədii təsvir və ifadə vasitələri
Hansı cərgədəki fellər lazım şəklində deyil?
A) dərsi öyrənəsidir, işi başa çatdırasıdır
B) gediləsi yol, öyrəniləsi dərs
C) duz səpiləsidir, yol gediləsidir
D) sirlər açılasıdır, qələbələr qazanılasıdır
E) oxuyası deyiləm, mübarizəni dayandırası deyilik
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top