Tapılan ümumi test sayı : 21

S.Vurğunun "Vaqif" həyatın sınağından şərəflə çıxa bilməyən, saray intriqalarının qurbanı olan surət:
A) Xuraman
B) İbrahim xan
C) Tükəzban
D) Gülnar
E) Qacar
XIX əsrdə yaşamış bu şair farsca yazdığı şerində özünün daxili ziddiyyətlərini belə verir:
Gah ağıllı, gah divanə oldum,
Gah abad, gah viranə oldum.
...Gah dərviş oldum, gah qələndər,
Gah məst, gah da məstanə oldum.

 
A) Q.Zakir
B) M.B.Nadim
C) S.Ə.Şirvani
D) S.Ə.Nəbati
E) M.Ş.Vazeh
"Dastani-Əhməd Hərami" əsəri ilə bağlı fikirlərdən biri səhvdir:
A) Poema fars dilindədir.
B) Əsərdə hadisələr məclislər şəklində təsvir olunur.
C) Poema əruzun həzəc bəhrində yazılmışdır.
D) Şarə, zülmə qarşı mübarizə əsərin əsas ideyasıdır.
E) Güləndam surəti "Kitabi-Dədə Qorqud" eposundakı mübariz qadınları yada salır.
M.Hadinin "El fəryadı" şeri hansı mövzudadır?
A) vicdan və söz azadlığı
B) təbiət gözəlliyinin tərənnümü
C) qəhrəmanlıq
D) müharibə
E) məhəbbət
Klassik poeziyaya və aşıq ədəbiyyatına aid şerlərin adını hansı prinsip əsasında müəyyənləşdiririk? Daha dolğun cavabı seçin.
A) rədif və ya birinci misra əsasında
B) yalnız birinci misra əsasında
C) yalnız rədif əsasında
D) sonuncu misra əsasında
E) birinci misranın birinci sözü əsasında
H.Cavidin "İblis" əsərində Arifin faciəsinin əsas səbəbi:
A) dini mövhumat və fanatizm
B) köhnə adət-ənənələr
C) cəmiyyətin siyasi sistemindəki çatışmazlıqlar
D) hakimlərin zülmü, ədalətsizlik
E) təbiətindəki çirkin, alçaq ehtirasları boğa bilməməsi
M.Füzulinin aşağıdakı əsərlərindən biri məsnəvi formasında yazılmamışdır:
A) "Yeddi cam"
B) "Söhbətül-əsmar"
C) "Leyli və Məcnun"
D) "Ənisül-qəlb"
E) "Bəngü Badə"
Aşıq Əlsgər yaradıcılığı ilə bağlı fikirlərdən biri yanlışdır?
A) "Dağlar" rədifli 2 qoşması vardır.
B) "Gedibdi", "Dönübdü", "Sevdiyim" qoşmaları məhəbbət mövzusundadır.
C) "Görmədim", "Çıxıbdı", "Olmaz" şerləri Aşıq Ələsgərin təbiət mövzulu şerlərinin ən yaxşı nümunələri sayılır.
D) Yaradıcılığının əsas qolunu məhəbbət lirikası təşkil edir.
E) "Güllü", "Güləndam", "Gülpəri" qoşmalarında gözəlin tərifi əsas yer tutur.
C.Məmmədquluzadənin "Anamın kitabı" əsərində Rüstəm bəyin dilindən verilmiş bu nümunədə bədii dilin hansı elementi özünü göstərir?
"...Smetni statyaları o qədər sokratik edirlər ki, il axırında hesab düz gəlmir..."
A) vulqarizm
B) dialektizm
C) arxaizm
D) varvarizm
E) neologizm
N.Vəzirovun bu əsərlərindən hansılar janrına görə dramdır?
1. "Daldan atılan daş topuğa dəyər"
2. "Nə əkərsən, onu biçərsən"
3. "Yağışdan çıxdıq, yağmura düşdük"
4. "Müsibəti-Fəxrəddin"
5. "Təzə əsrin ibtidası"
A) 1, 2, 4
B) 2, 5
C) 1, 3, 5
D) 3, 5
E) 2, 4
Birinci tərəfi isim olmayan I növ təyini söz birləşmələri cərgəsini göstərin.
A) taxta qaşıq, şirin söhbət, gur şəlalə
B) dar keçid, hər şagird, çoxlu kitab
C) ağıllı fikir, tunc atlı, köhnə söhbət
D) isti çörək, yağlı fətir, qızıl saat
E) nurlu baxış, xoş xatirə, daş qəlbli
"Müfəttiş" sözünün  təhlilindəki səhvi göstərin.
A) Sözün deyilişi ilə yazılışı fərqlənmir.
B) [m]-cingiltili samitdir, kar qarşılığı yoxdur.
C) [ş]-kar samitdir, cingiltili qarşılığı [j] samitidir.
D) Sözdəki sait səslərin üçü də incidir.
E) 8 hərf, 8 səsdən ibarətdir.
Həmcins mübtədalı sadə cümləni göstərin.
A) Sənsən xəlq eyləyən bu yeri, göyü.
B) Nizamilər, Füzulilər bu torpağın qürurudur, fəxridir.
C) Ana həyat verər öz övladına,
  Həm də öz ömründən ömür bağışlar.
D) O, gözəl, girdəsifət, gənc bir qız idi.
E) Hamı gözləyir, amma gələn yoxdur.
"Nəhayət, bu fikirlər onu inqilabi mübarizəyə çəkmişdi" cümləsində nitq hissələri hansı ardıcıllıqla düzülmüşdür?
A) sifət - şəxs əvəzliyi - isim - işarə əvəzliyi - isim - fel
B) modal söz - işarə əvəzliyi - isim - şəxs əvəzliyi - sifət - isim - fel
C) şəxs əvəzliyi - isim - işarə əvəzliyi - sifət - zərf - fel
D) modal söz - isim - isim - şəxs əvəzliyi - sifət - isim - fel
E) isim - şəxs əvəzliyi - zərf - işarə əvəzliyi - say - fel
Bunlardan biri mürəkkəb adlarla daxil edilə bilməz:
A) dövlət təltiflərinin adı
B) mürəkkəb xüsusi isimlər
C) respublika bayramlarının adı
D) idarə və təşkilat adı
E) coğrafi adlar
Üslub nədir?
A) dildən ünsiyyət vasitəsi kimi istifadə qaydalarının öyrənilməsi
B) nitq prosesində dilin fonetik, leksik, qrammatik qayda-qanunlarının gözlənilməsi
C) fikrin ifadəsi üçün bilavasitə tələb olunan dil vasitəsinin seçilməsi
D) dilin ifadə imkanlarının genişliyi
E) dil vasitələrindən məqsədəuyğun istifadə üsulu
Bəndin hansı misralarında fel işlənmişdir?
Çən dağlardan aranlara süründü,
Yaşıl dağlar ağ dumana büründü,
Budaqlarda sarı yarpaq göründü,
Qatarlaşdı qızıl telli durnalar.

 
A) dördüncü
B) birinci
C) ikinci
D) bütün misralarında
E) üçüncü
Şair-şüəra (şairlər), sirr-əsrar, alim-üləma, şer-əşar.
Tək və cəm formalarında verilmiş belə sözlər morfoloji quruluşu baxımından hansı dillərə aiddir?
A) flektiv
B) kök (amorf)
C) aqqültinativ (iltisaqi)
D) həm kök, həm flektiv
E) həm aqqültinativ, həm flektiv
Hansı sözlərdə vurğu son hecaya düşər?
1. Almaniya           2. şlyapa
3. günbəgün          4. fərasət
5. təsadüfən          6. günəbaxan
7. perspektiv         8. kinoparat
A) 1, 2, 3, 5
B) 3, 4, 5, 6
C) 4, 5, 7
D) 6, 7, 8
E) 4, 6, 7, 8
Filologiya elminin bu sahəsi daha çox praktik səciyyə daşıyır və burada bu və ya digər dil faktı, dil hadisəsi yox, üsullar, qayda-qanunlar sistemi öyrənilir:
A) ədəbiyyatşünaslıq
B) qrammatika
C) üslubiyyat
D) tərcüməşünaslıq
E) nitq mədəniyyəti
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top