Tapılan ümumi test sayı : 154

Hansı hissələr ştangenpərgarda yoxdur?
A) Səsləyici
B) Saxlayıcı vint
C) Dodaq
D) Xətkeş
E) Nonius
Şlyambur nədir?
A) Metal borucuq
B) Plastik borucuq
C) Divarda deşik açmaq aləti
D) Burğu aləti
E) Çilingər aləti
Maşınqayırmada çertyoj nə deməkdir?
A) Məmulatın təsviridir.
B) Məmulatın həcmli təsviridir.
C) Nisbət nəzərə alınmaqla və ölçülər göstərilməklə əl ilə yerinə yetirilmiş təsvirdir
D) Məmulatın miqyaslı təsviridir.
E) Çertyoj alətlərinin köməyi ilə yerinə yetirilmiş həcmli təsviridir
Pəstah nə deməkdir?
A) Pəstah hazırlanacaq detalın nümunəsidir.
B) Pəstah detalın bir növüdür.
C) Pəstah hazırlanacaq detal üçün seçilmiş materialdır
D) Pəstah miqyasla hazırlanmış detaldır.
E) Pəstah ayrı növ materialdan hazırlanmış detaldır
Standartlara görə təsviri böyütmək üçün hansı miqyaslar təyin olunub?
A) 2:1; 4:1; 5:1
B) 2:1; 5:1; 1:4
C) 1:2; 1:4; 5:1
D) 1:2; 1:5; 1:4
E) 5:1; 1:1; 2:1
Yiv birləşməsi hansı növ birləşməyə aiddir?
A) Qaynaq birləşməyə aiddir
B) Sökülə bilməyən birləşməyə aiddir.
C) İşkilli birləşməyə aiddir.
D) Şplintli birləşməyə aiddir.
E) Sökülə bilən birləşməyə aiddir.
Reysmusla hansı əməliyyatları yerinə yetirirlər?
A) Düz bucaqları yoxlayırlar.
B) Nişanlama əməliyyatını aparırlar.
C) Deşmə yerini nişanlayırlar.
D) Ölçü aparırlar.
E) Pəstahın təbəqələrinə paralel xətlər çəkirlər.
Hansı hissələr mikrometrdə yoxdur?
A) Daban
B) Səsləyici
C) Baraban
D) Nonius
E) Dodaq
Hansı növ material yüksək elektroötürücülüyə və istilik ötürücülüyünə malikdir?
A) Polad
B) Polietilen
C) Titan
D) Çuqun
E) Mis
Torna dəzgahında neçə yumruqcuqlu patronlar istifadə olunur?
A) Bir və iki yumruqcuqlu patron
B) Üç və dörd yumruqcuqlu patron
C) Dörd və beş yumruqcuqlu patron
D) İki və üç yumruqcuqlu patron
E) Beş və altı yumruqcuqlu patron
Xətti ölçülərin ölçü vahidi.
A) Metr, santimetr, saat
B) Saat, dəqiqə, saniyə
C) Metr, santimetr, millimetr
D) Santimetr, millimetr, dəqiqə
E) Saat, dəqiqə, millimetr
Ştangenpərgarda dodaqlar nə üçün istifadə olunur?
A) Diametri ölçmək üçün.
B) Xarici və daxili ölçüləri ölçmək üçün.
C) Dərinlik ölçmək üçün.
D) Dərinlik ölçmək və qeyd etmək üçün.
E) Ölçünü qeyd etmək üçün.
Titan metalı hansı rəngdədir?
A) Mavi
B) Qara
C) Qırmızı
D) Gümüşü
E) Sarı
Əlvan metalların növləri:
A) Polad, çuqun
B) Titan, alüminium
C) Polad, mis
D) Çuqun, latun
E) Polad, alüminium
Hansı ağac növləri enliyarpaqlılardır?
A) Palıd, fıstıq, sidr
B) Palıd, fıstıq, çökə
C) Şam, küknar, sidr
D) Palıd, tozağacı, sidr
E) Şam, fıstıq, çökə
Hansı mişar materiallarına tir deyilir?
A) Eni 100mm-dən az olan.
B) Eni və qalınlığı 100mm-dən çox olan.
C) Eni və qalınlığı 25mm-dən az olan
D) Eni və qalınlığı 50mm-dən az olan.
E) Qalınlığı 100mm-ə qədər və eni qalınlığından iki qat artıq olan
Hansı alətlər ilə nişanlanma aparılır?
A) Karandaş, biz, kerner
B) Xarrat bıçqısı, xarrat bucaqlığı
C) Sıxıcı, rəndə, iskənə
D) Xətkeş, kerner, kəlbətin
E) Yeyələr,çəkic, iskənə
Miqyas nəyi göstərir?
A) Məmulatın neçə dəfə böyüdüldüyünü.
B) Məmulatın həqiqi ölçülərinin neçə dəfə böyüdüldüyünü və ya kiçildildiyini
C) Məmulatın neçə dəfə kiçildildiyini.
D) Məmulatın sayını.
E) Məmulatın həqiqi ölçülərini.
Texnolojı xəritədə nə göstərilir?
A) Məmulatın ölçüləri.
B) Məmulatın sayı.
C) Məmulatın adı.
D) Əməliyyatların ardıcıllığı təfərrüatı ilə
E) Ancaq əməliyyatların ardıcıllığı.
Muftalar nə üçün istifadə olunur?
A) Fırlanan valları ayırmaq üçün
B) Fırlanan valları birləşdirmək üçün
C) Oxları birləşdirmək üçün
D) Valları oxlarla birləşdirmək üçün
E) Oxları fırlatmaq üçün
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top