Tapılan ümumi test sayı : 101

“Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən yaxın qohumların birgə işləməsi ilə əlaqədar tələbləri pozan şəxslər bu pozuntunu hansı müddətdə könüllü aradan qaldırmalıdır?
A) pozuntunun aşkar edilməsindən sonra 30 gün müddətində
B) pozuntunun aşkar edilməsindən sonra 3 ay müddətində
C) pozuntunun aşkar edilməsindən sonra 30 iş günü müddətdə
D) pozuntunun aşkar edilməsindən sonra 40 gün müddətində
Azərbaycan Respublikasının Konstitusiyasına əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikası Prezidentinə istefa verir:
A) yeni seçilmiş Azərbaycan Respublikası Prezidenti vəzifəsini tutduğu və səlahiyyətlərini icra etməyə başladığı gün
B) yeni seçilmiş Azərbaycan Respublikası Prezidenti and içdiyi gündən başlayaraq 3 gün ərzində
C) yeni seçilmiş Azərbaycan Respublikası Prezidenti and içməzdən 3 gün əvvəl
D) Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi seçkilərin nəticələrini rəsmən elan etdiyi gündən başlayaraq 3 gün ərzində
Azərbaycan Respublikasının Konstitusiyasına əsasən Milli Məclisin səlahiyyətlərinə aid deyil:
A) fövqəladə və hərbi vəziyyət elan edilməsi
B) Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyəti üzvlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi
C) Azərbaycan Respublikasının Baş prokurorunun vəzifəyə təyin və vəzifədən azad edilməsinə razılıq verilməsi
D) müharibə elan edilməsinə və sülh bağlanmasına razılıq verilməsi
“Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən vətəndaşların qəbul edilməsi ilə bağlı düzgün deyil:
A) Zəruri hallarda dövlət hakimiyyəti orqanları, idarə, təşkilat və müəssisələrin rəhbərləri və digər vəzifəli şəxsləri vətəndaşları dərhal qəbul etməlidirlər.
B) Bütün hallarda dövlət hakimiyyəti orqanları, idarə, təşkilat və müəssisələrin rəhbərləri və digər vəzifəli şəxsləri vətəndaşları dərhal qəbul etməlidirlər.
C) Vətəndaşlar əvvəlcədən məlumat verilən günlərdə və saatlarda qəbul edilməlidirlər.
D) Dövlət hakimiyyəti orqanları, idarə, təşkilat və müəssisələrin rəhbərləri və digər vəzifəli şəxsləri vətəndaşların qəbul edilməsinin təşkilini təmin etməlidirlər.
Azərbaycan Respublikasının Konstitusiyasına əsasən vətəndaşların əsas vəzifələri ilə bağlı aşağıda göstərilənlərdən hansı düzgün deyil?
A) vətəni müdafiə hər bir vətəndaşın və vətəndaşlığı olmayan şəxsin borcudur
B) tarix və mədəniyyət abidələrini qorumaq hər bir şəxsin borcudur
C) ətraf mühitin qorunması hər bir şəxsin borcudur
D) qanunla müəyyən edilmiş vergiləri tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur
Azərbaycan Respublikasının Konstitusiyasına əsasən hansı məsələlərə dair referendum keçirilə bilməz?
A) ölkənin müəyyən hissəsinə müxtariyyət statusunun verilməsi
B) vergilər və dövlət büdcəsi
C) dövlət sərhədlərinin dəyişdirilməsi
D) dövlət rəmzlərinin dəyişdirilməsi
“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən staj və sınaq müddətləri necə müəyyən edilmişdir?
A) staj müddəti – bir il, sınaq müddəti – altı ay
B) staj müddəti – iki il, sınaq müddəti – bir il
C) staj müddəti – bir il, sınaq müddəti – bir il
D) staj müddəti – bir il, sınaq müddəti – üç ay
Azərbaycan Respublikasının Konstitusiyasına əsasən dövlətin ali məqsədidir:
A) insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi
B) dövlət sərhədlərinin toxunulmazlığının təmin edilməsi
C) hakimiyyətin mənimsənilməsinə yol verilməməsi
D) yalnız xalqın rifahının yüksəldilməsi
“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən inzibati vəzifələrin dördüncü təsnifatı üzrə ən aşağı ixtisas dərəcəsidir:
A) dövlət qulluğunun kiçik müşaviri
B) 1-ci dərəcə dövlət qulluqçusu
C) dövlət qulluğunun baş müşaviri
D) dövlət qulluğunun müşaviri
“Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının Qanununun məqsədlərinə aid deyil?
A) dövlət qulluğu sahəsində dövlətlə dövlət qulluqçuları arasında yaranan münasibətlərin tənzimlənməsi
B) dövlət orqanları və dövlət qulluqçularının fəaliyyətində səmərəliliyin və şəffaflığın artırılması
C) vətəndaşların dövlət orqanlarına və dövlət qulluqçularına etimadının yüksəldilməsi
D) dövlət qulluqçularının fəaliyyətində maraqların toqquşmasının qarşısının alınması
Azərbaycan Respublikasının Konstitusiyasına əsasən hamı bərabərdir
A) hüquq və öhdəliklər qarşısında
B) qanun və məhkəmə qarşısında
C) dövlət qarşısında
D) Prezident qarşısında
“Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən dövlət qulluqçusunun ictimai və ya siyasi fəaliyyəti ilə bağlı düzgün deyil:
A) Dövlət qulluqçusuna dövlət orqanlarında ictimai və siyasi birliklərin (həmkarlar ittifaqları istisna olmaqla) struktur bölmələrinin yaradılmasına yardım etmək qadağandır.
B) Dövlət qulluqçusuna seçkilər zamanı öz vəzifə mövqeyindən və səlahiyyətlərindən siyasi partiyaların xeyrinə istifadə etmək qadağandır.
C) Dövlət qulluqçusu qulluq mövqeyindən istifadə edərək digər dövlət qulluqçularını ictimai birliklərin fəaliyyətində iştiraka təhrik edə bilər.
D) Qanunvericiliklə başqa qayda nəzərdə tutulmamışdırsa, dövlət qulluqçusu siyasi birliyə üzv olmaq hüququna malikdir.
Azərbaycan Respublikasının Konstitusiyasına əsasən Azərbaycan Respublikasının Təhlükəsizlik Şurasını:
A) Azərbaycan Respublikasının Prezidenti yaradır
B) Azərbaycan Respublikası Prezidentinin razılığı ilə Azərbaycan Respublikasının Milli Məclisi yardır
C) Azərbaycan Respublikası Prezidentinin təqdimatı ilə Azərbaycan Respublikasının Milli Məclisi yardır
D) Azərbaycan Respublikasının Milli Məclisinin razılığı ilə Azərbaycan Respublikasının Baş naziri yaradır
“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən dövlət qulluqçusu üçün hakimiyyət səlahiyyətinin icrasına görə əlavə haqq təyin edilməsi qaydası hansı normativ hüquqi aktla müəyyən edilir?
A) Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı ilə
B) Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə
C) qanunla
D) Azərbaycan Respublikasının Prezidentinin fərmanı ilə
Azərbaycan Respublikasının Konstitusiyasına əsasən Milli Məclis hansı məsələyə dair ümumi qaydalar müəyyən edərkən 63 səs çoxluğu ilə qanunlar qəbul edir?
A) referendum
B) dövlət qulluğu
C) Milli Məclisə seçkilər və Milli Məclis deputatlarının statusu
D) Azərbaycan Respublikası Prezidentinin seçkiləri
“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən dövlət qulluqçusunun attestasiyasının nəticələri əsasında attestasiya komissiyası aşağıdakı qiymətlərdən hansını verə bilər? 1. tutduğu vəzifəyə uyğun gəlir 2. işini yaxşılaşdırsa və komissiyanın tövsiyələrini yerinə yetirsə, tutduğu vəzifəyə uyğun gəlir 3. işini yaxşılaşdırsa və komissiyanın tövsiyələrini yerinə yetirsə, bir ildən sonra təkrar attestasiyadan keçmək şərti ilə tutduğu vəzifəyə uyğun gəlir 4. tutduğu vəzifəyə qismən uyğun gəlir 5. tutduğu vəzifəyə uyğun gəlmir
A) 1, 3, 5
B) 1, 2, 5
C) 3, 4, 5
D) 1, 4, 5
“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 1-ci kateqoriya dövlət orqanıdır:
A) Azərbaycan Respublikasının Ali Məhkəməsi Aparat rəhbərinin müavini
B) Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi
C) Azərbaycan Respublikasının Ali Məhkəməsi
D) Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi
Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən aşağıda göstərilənlərdən hansı dövlət qulluğunun əsas prinsipi deyil?
A) təqsirsizlik prezumpsiyası
B) irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, sosial mənşəyindən, ailə, əmlak və qulluq vəziyyətindən, yaşayış yerindən, əqidəsindən, ictimai birliklərə mənsubiyyətindən, habelə qulluqçuların işgüzarlıq keyfiyyətlərinə dəxli olmayan başqa səbəblərdən asılı olmayaraq dövlət qulluqçularının hüquq bərabərliyi
C) qulluq borcunun yerinə yetirilməsi üçün dövlət qulluqçusunun cavabdehlik daşıması, eləcə də dövlət qulluqçusunun hərəkətlərinə görə dövlət orqanının cavabdehlik daşıması
D) dövlət qulluqçularının potensialının səmərəli istifadəsi, xidməti və peşəkarlıq səviyyəsinin artırılması məqsədi ilə onların rotasiyası
Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr (sazişlər və s.) və qoşulduğu beynəlxalq konvensiyalar (protokollar və s.) hansı dildə nəşr edilməlidir?
A) Rus dilində
B) Azərbaycan və Rus dillərində
C) Azərbaycan dilində
D) İngilis dilində
Azərbaycan Respublikasının Konstitusiyasına əsasən hamılıqla qəbul edilmiş beynəlxalq hüquq normalarına görə Azərbaycan Respublikası:
A) yalnız öz vətəndaşlarına siyasi sığınacaq verir
B) məcburi köçkünlərə və qaçqınlara siyasi sığınacaq verir
C) heç kimə siyasi sığınacaq vermir
D) əcnəbi və vətəndaşlığı olmayan şəxslərə siyasi sığınacaq verir
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top