Tapılan ümumi test sayı : 101

Azərbaycan Respublikasının Konstitusiyasına əsasən vətəndaşların Seçki hüququna aid deyil:
A) Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına seçmək və seçilmək, habelə referendumda iştirak etmək hüququ vardır
B) Hərbi qulluqçuların, hakimlərin, dövlət məmurlarının, , məhkəmənin hökmü ilə azadlıqdan məhrum edilmiş şəxslərin seçkilərdə iştirak etmək hüququ qanunla məhdudlaşdırıla bilər
C) Məhkəmənin qərarı ilə fəaliyyət qabiliyyətsizliyi təsdiq olunmuş şəxslərin seçkilərdə, habelə referendumda iştirak etmək hüququ yoxdur
D) Din xadimlərinin seçkilərdə, habelə referendumda iştirak etmək hüququ heç bir halda məhdudlaşdırıla bilinməz
Azərbaycan Respublikasının Konstitusiyasına əsasən Şərəf və ləyaqətin müdafiəsi hüququna  aid deyil:
A) Qanunla müəyyən edilmiş hallarda müəyyən şəxslərə cinayəti etiraf etmək üçün işgəncə və əzab verilə bilinər
B) Özünün könüllü razılığı olmadan heç kəsin üzərində tibbi, elmi və başqa təcrübələr aparıla bilməz
C) Heç kəs insan ləyaqətini alçaldan rəftara və ya cəzaya məruz qala bilməz
D) Hər kəsin ləyaqəti dövlət tərəfindən qorunur
Konstitusiyaya görə vətəndaşların hüquqlarından biri deyil:
A) Təhsil
B) Seçki
C) Vətəndaşlıq
D) Vergi
Azərbaycan Respublikasının Konstitusiyasına əsasən Sosial təminat hüququna aid deyil:
A) Yardıma möhtac olanlara kömək etmək, ilk növbədə, onların ailə üzvlərinin borcudur
B) Hər kəs xəstəliyinə, əlilliyinə, ailə başçısını və əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə sosial təminat almaq hüququna malikdir
C) Təqaüdlərin və sosial müavinətlərin minimum məbləği Konstitusiya ilə müəyyən edilir
D) Dövlət xeyriyyəçilik fəaliyyətinin, könüllü sosial sığortanın və sosial təminatın başqa növlərinin inkişafı üçün imkanlar yaradır
Məntiqi uyğunluğu müəyyən edin: 1. Şəxsi toxunulmazlıq 2. Mənzil toxunulmazlığı 3. …
A) Ətraf mühitin qorunması
B) Vətənə sədaqət
C) Sağlam ətraf mühitdə yaşamaq
D) Dövlət rəmzlərinə hörmət
Azərbaycan Respublikasının Konstitusiyasına əsasən Tətil hüququna aid deyil:
A) Əmək müqaviləsi əsasında işləyənlərin tətil etmək hüququ heç bir halda məhdudlaşdırıla bilinməz
B) Hər kəsin təkbaşına və ya başqaları ilə birlikdə tətil etmək hüququ vardır
C) Fərdi və kollektiv əmək mübahisələri qanunla müəyyənləşdirilmiş qaydada həll edilir
D) Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və digər silahlı birləşmələrdə xidmət edən hərbi qulluqçular və mülki şəxslər tətil edə bilməzlər
Azərbaycan Respublikasının Konstitusiyasına əsasən Əməh hüququ haqqında fikirlərdən biri səhvdir:
A) İşsizlərin dövlətdən sosial müavinət almaq hüququ vardır
B) Hər kəs əmək müqaviləsi bağlamağa məcbur edilməlidir
C) Fövqəladə vəziyyət və hərbi vəziyyət zamanı vətəndaşlara tələb olunan işləri gördürmək hallarına yol verilir
D) Hər kəsin heç bir ayrı-seçkilik qoyulmadan təhlükəsiz və sağlam şəraitdə işləmək, hüququ vardır
Konstitusiyaya görə kimlərin istisna hallarda seçki hüququ məhdudlaşdırıla bilinər? 1. Hərbi qulluqçuların 2. Qocaların 3. Hakimlərin 4. Məhbusların 5. Pedaqoji işlə məşğul olanların 6. Din xadimlərinin 7. Tibb işçilərinin
A) 1.3.4.6
B) 2.4.5.7
C) 2.4.7
D) 1.2.5.6
Azərbaycan Respublikasının Konstitusiyasına əsasən Nigah hüququna aid deyil:
A) Müəyyən hallarda qanun zorla evləndirilməyə imkan verir
B) Hər kəsin qanunla nəzərdə tutulmuş yaşa çatdıqda könüllü razılıq əsasında nigah bağlamaq və ailə qurmaq hüququ vardır
C) Nikah və ailə dövlətin himayəsindədir
D) Ər ilə arvadın hüquqları bərabərdir
Konstitusiyaya görə Azərbaycan Respublikasının vətəndaşları haqqında fikirlərdən biri səhvdir:
A) Heç bir halda vətəndaş ölkədən qovula bilməz
B) Ölkədə yaşayan əcnəbilərdə ölkə vətəndaşlarıyla bərabər hüquq və azadlıqlara malikdir
C) Ağır cinayyət etdikdə belə şəxslər vətəndaşlıqdan məhrum edilə bilməz
D) İstisna hallarda şəxs vətəndaşlıqdan məhrum edilə bilər
Azərbaycan Respublikasının Konstitusiyasına əsasən şəxsi toxunulmazlıq hüququna aid deyil:
A) Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, heç kəs onun xəbəri olmadan və ya etirazına baxmadan izləmək, şəxsi və ailə həyatına müdaxilə etmək qadağandır
B) Öz razılığı olmadan kimsənin şəxsi həyatı haqqında məlumatın toplanılmasına, saxlanılmasına, istifadəsinə və yayılmasına yol verilir
C) Hər kəsin şəxsi və ailə həyatına qanunsuz müdaxilədən müdafiə hüququ vardır
D) Hər kəsin yazışma, telefon danışıqları, poçt, teleqraf və digər rabitə vasitələri ilə ötürülən məlumatın sirrini saxlamaq hüququna dövlət təminat verir
Azərbaycan Respublikasının Konstitusiyasına əsasən mülkiyyət hüququna aid deyil:
A) Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz
B) Mülkiyyətin xüsusi növünə üstünlük verilir
C) Mülkiyyət hüququ qanunla qorunur
D) Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər
Konstitusiyaya görə Azərbaycanda mülkiyyətin növləri: 1. Dövlət 2. Kolxoz 3.Xüsusi 4. İctimai 5.Bələdiyyə 6.Dini idarələrin
A) 2.4.6
B) 1.4.5
C) 3.5.6
D) 1.3.5
Konstitusiyaya görə hər bir kəsin dinə müstəqil münasibətini müəyyənləşdirir:
A) Mənsubiyyət hüququ
B) Vicdan azadlığı
C) Fikir və söz azadlığı
D) Məlumat azadlığı
Silah işlədilməsinə yol verilmir:
A) Həbsdə olanın həbs yerindən qaçmasının qarşısının alınmasında son zərurət olduqda
B) Dövlətə qarşı qiyamın yatırılması və ya dövlət çevrilişinin qarşısının alınmasında
C) Ölkəyə silahlı basqın edilməsi hallarında
D) Hər bir kəsin müdafiəyə ehdiyacı olduqda
Yaşamaq hüququna aid deyil:
A) Dövlətə silahlı basqın zamanı yaşamaq hüququ məhdudlaşdırıla bilinər
B) Hər kəsin yaşamaq hüququ vardır
C) Heç bir halda yaşamaq hüququ məhdudlaşdırıla bilinməz
D) Müstəsna cəza tədbiri kimi ölüm cəzası ləğv olunmuşdur
Uyğunluq pozulub:
A) Kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır
B) İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, milli, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır
C) İstisna hallarda milli mənşəyinə və sosial statusuna görə müəyyən şəxslərə imtiyazlar verilə bilər
D) Hər kəs qanun və məhkəmə qarşısında bərabərdir
Konstitusiyaya görə tətil edə bilməzlər:
A) Tibb işçiləri
B) Siyasi partiyaların üzvləri
C) Yetkinlik yaşına çatmayanlar
D) Hərbi qulluqçular
Konstitusiyaya görə seçkidə iştirak etmək hüququ yoxdur:
A) Respublikadan kənarda yaşayan vətəndaşların
B) Dövlət orqanlarında çalışan işçilərinin
C) Din xadimlərinin
D) Məhkəmənin qərarı ilə fəaliyyət qabiliyyəti olmayan şəxslərin
Konstitusiyaya görə dinə münasibəti ifadə edir:
A) İslam dininin dövlət dini elan edilməsi
B) Dövlətlə dinin vəhdət təşkil etməsi
C) Dini idarələrin dövlətə tabe edilməsi
D) Dinin dövlətdən ayrılması və bütün dinlərin qanun qarşısında bərabər olması
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top