Tapılan ümumi test sayı : 114

Qədim Yunan mədəniyyətinə aiddir: 1. “Diskatan” heykəli 2. “Odisseya” dastanı 3. Lukretsinin təlimi 4. İlk Olimpiya oyunları 5. Panteon məbədi
A) 1,3,4
B) 2,4,5
C) 1,2,4
D) 2,3,5
E) 3,4,5
Böyük coğrafi kəşflər dövrünə aiddir:
A) Yüzillik müharibənin başlanması
B) Uot Tayler üsyanı
C) Kordova xilafətinin parçalanması
D) Fransada ilk Baş ştatların çağırılması
E) Vasko da Qamanın ekspedisiyasının Hindistana daxil olması
XVII əsrin ikinci yarısı Səfəvi dövlətinin tarixinə aiddir:
A) Peterburq müqaviləsinin imzalanması
B) Dərbənddən Gilana qədər olan ərazilərin osmanlılar tərəfindən tutulması
C) Şah Süleymanın Rusiya ilə müqavilə imzalaması
D) Kirmanşahda osmanlılarla sülh müqaviləsi imzalanması
E) Osmanlı imperiyasının hücumuna məruz qalması
Azərbaycanın XVIII əsrin 90-cı illərinin ikinci yarısı tarixinə aiddir:
A) ölkəmizin cənub bölgələrinə osmanlı qoşunlarının daxil olması
B) ölkəmizin şimal torpaqlarından Rusiya qoşunlarının çıxarılması
C) Məhəmməd Həsən xan Qacarın ölkəmizin şimal bölgəsinə yürüşü
D) general Qulyakovun başçılığı ilə rus qoşunlarının Cara hücum etməsi
E) bir sıra xanların Rusiya ilə Georgiyevsk müqaviləsini imzalaması
Şimali Azərbaycanda 1847-ci il “Kəndli əsasnamələri”nin 1865-ci il kənd cəmiyyətləri haqqındakı qanundan fərqi:
A) təhkimçilik hüququnun möhkəmləndirilməsi
B) natural vergilərin pul vergisi ilə əvəz edilməsi
C) bəylərin kənddə inzibati-məhkəmə işlərindən uzaqlaşdırılması
D) vahid kənd idarəsinin yaradılması
E) bəylərin kəndlilər üzərində polis-məhkəmə hüququnun təsdiq edilməsi
Xronoloji ardıcıllığı müəyyən edin: 1. Frank dövlətinin yaranması 2. Katalaun döyüşü 3. Birinci Göytürk dövlətinin yaranması 4. Ərəb dövlətinin yaranması
A) 2, 4, 1, 3
B) 1, 3, 2, 4
C) 2, 1, 3, 4
D) 1, 3, 4, 2
E) 4, 3, 1, 2
Hülakü xanın hakimiyyəti dövrünə aid deyil:
A) ali hakimiyyət orqanlarının yerli feodallar arasında bölünməsi
B) Qızıl Ordu ilə mübarizə aparılması
C) Azərbaycan ərazisində monqolların güclü hərbi dəstələrinin məskən salması
D) dövlətin ilk paytaxtının Marağa olması
E) Hülakü dövlətinin öz qüdrət və vahidliyini qoruyub saxlaması
Azərbaycan Respublikasının Konstitusiyasına əsasən Milli Məclis təyin edir: 1. Azərbaycan Respublikası Mərkəzi Bankının sədrini 2. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimlərini 3. Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimlərini 4. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin ali komanda heyətini
A) 1, 4
B) 3, 4
C) 2, 3
D) 1, 2
E) 1, 3
Uyğunluq pozulmuşdur:
A) Xəzər xaqanı ilə sülh müqaviləsi imzalamışdır – Alban hökmdarı Cavanşir
B) Kadisiyyə döyüşündəki şücaətinə görə mükafatlandırılmışdır – Albaniya dövlətinin hökmdarı Cavanşir
C) Aquen kilsə məclisini çağırmışdır – III Mömin Vaçaqan
D) Sünik knyazlığını alban hökmdarının idarəçiliyinə vermişdir – ərəb xəlifəsi Müaviyə
E) birinci Bələncər döyüşündə xəzərlər qalib gəlmişdir – Ərəb xilafətinin qoşunlarına
Salarilər dövlətinə aid xüsusiyyətləri müəyyən edin: 1. Şirvanşahlar dövlətinin tabe edilməsi 2. Xəzər dənizində ticarət gəmilərinin üzməyə başlaması 3. Ərdəbilin paytaxt şəhəri olması 4. Azərbaycanın ilk dəfə vahid dövlətdə birləşdirilməsi 5. Müəyyən müddət Yusif ibn Əbu Sac tərəfindən idarə edilməsi
A) 1, 2, 3
B) 1, 2, 4
C) 1, 4, 5
D) 2, 3, 5
E) 3, 4, 5
Daha əvvəl olmuşdur:
A) İranzunun Manna vilayətlərini mərkəzi hakimiyyətə tabe etməsi
B) Qavqamela döyüşü
C) Azərbaycan ərazisindəki İskit padşahlığının süqutu
D) II Sarqonun Mannaya böyük yürüşü
E) Mannanın Midiya dövlətinin tərkibinə daxil edilməsi
Qədim Çində Sin sülaləsinin hakimiyyəti dövrünə aid olan xüsusiyyət:
A) Çin tarixində ilk dövlətin yaradılması
B) ölkənin dünya ticarət yolları sisteminə qoşulması
C) təsərrüfat işlərində ilk dəfə qul əməyindən istifadə edilməsi
D) bütün ölkə ərazisinin vahid dövlətdə birləşdirilməsi
E) “Sarısarıqlılar” üsyanının başlanması
Zaqafqaziya (Cənubi Qafqaz) Seyminin mövcudluğu dövrünə uyğun gəlir: 1. AXC-nin yaradılması barədə “İstiqlal Bəyannaməsi”nin qəbul edilməsi 2. Cənubi Qafqaz müstəqil federativ respublikasının yaradılması 3. ABŞ-ın birinci dünya müharibəsinə qoşulması 4. Osmanlı dövlətinin birinci dünya müharibəsindən çıxması 5. Bolşevik-daşnak qüvvələrinin Bakıda mart soyqırımını həyata keçirməsi
A) 1, 5
B) 2, 3
C) 1, 4
D) 2, 5
E) 3, 4
Rusiya tərəfindən sonuncu işğal edilmiş xanlıq:
A) İrəvan
B) Qarabağ
C) Şamaxı
D) Naxçıvan
E) Lənkəran
Ağqoyunluların XV əsrin 60-cı illərinin ikinci yarısı tarixi üçün səciyyəvi idi:
A) Təbrizin dövlətin paytaxtına çevrilməsi
B) Yassıçəmən sülh müqaviləsinin imzalanması
C) Şərqi Gürcüstanın tabe edilməsi
D) Venetsiya ilə hərbi ittifaqın bağlanması
E) Dövlətin iki hissəyə parçalanması
Eyni ildə yaranmışdır: 1. Pakistan İslam Respublikası 2. Almaniya Federativ Respublikası 3. Çin Xalq Respublikası 4. Koreya Xalq Demokratik Respublikası
A) 1, 4
B) 3, 4
C) 1, 3
D) 2, 4
E) 2, 3
Ş.M. Xiyabani və S.C. Pişəvərinin fəaliyyətinə aid oxşar cəhət:
A) İctimai İdarə Heyətinə başçılıq etmələri
B) Azərbaycanın adını Azadıstana dəyişdirmələri
C) Cənubi Azərbaycana muxtariyyət verilməsi tələbini irəli sürmələri
D) Təbrizdə pulsuz qız məktəbi təsis etmələri
E) “Təcəddüd” qəzetini nəşr etdirmələri
Azərbaycan Xalq Cümhuriyyəti və Azərbaycan Respublikasına aid oxşar cəhət:
A) Aqrar islahatın həyata keçirilməsi
B) Azərbaycan Neft Komitəsinin yaradılması
C) Təbrizdə Azərbaycan konsulluğunun yaradılması
D) Prezident vəzifəsinin təsis edilməsi
E) yeni latın qrafikalı əlifbanın tətbiq edilməsi
Uyğunluq gözlənilmişdir:
A) Dehli sultanlığının paytaxtını Deogir şəhərinə köçürdü – Sultan Firuz
B) Əmir Teymurla Terek döyüşündə mübarizə apardı – Dmitri Donskoy
C) Qızıl Ordu dövlətinə qarşı Moskva knyazlığı ilə ittifaqa girdi – Krım xanı Məngli Gəray
D) Bolqarıstanın işğalını başa çatdırdı – Sultan I Səlim
E) Osmanlı sultanı I Muraddan asılılığı qəbul etdi – Qazan xanı Ulu Məhəmməd
Qədim yunan mədəniyyətinə aiddir: 1. “İliada” dastanı 2. İmperator Trayanın sütunu 3. Parfenon məbədi 4. Demokritin təlimi 5. Kolizey amfiteatrı
A) 3,5
B) 2,4,5
C) 1,5
D) 1,2,5
E) 1,3,4
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top