Tapılan ümumi test sayı : 56

“ Nənəm olmuş bir əhvalatı xatırlayıb danışır, biz isə diqqətlə onu dinləyirdik .” - cümləsində tabesiz mürəkkəb cümlənin hansı məna əlaqəsi var?
A) Zaman
B) Aydınlaşdırma
C) Qarşılaşdırma
D) Bölüşdürmə
Tabesiz mürəkkəb cümlənin hansı məna əlaqəsində sadə cümlədəki iş, hal, hərəkət bir – birinin ardınca baş verir?
A) Səbəb və nəticə
B) Ardıcıllıq
C) Zaman
D) Bölüşdürmə
Biri tabesiz mürəkkəb cümlə deyil:
A) Yağış yağdı, camaat dağılışdı
B) Gah gün çıxdı, gah da yağış yağdı
C) Qapı döyüldü, mən qapını açmağa getdim
D) Bahar gəldimi, təbiət yaşıl dona bürünür
“ Harada birlik var, orada dirilik var ” tabeli mürəkkəb cümləsində budaq cümlənin növünü tapın:
A) Şərt budaq cümləsi
B) Xəbər budaq cümləsi
C) Yer budaq cümləsi
D) Təyin budaq cümləsi
Biri tabeli mürəkkəb cümlə deyil:
A) Mənə dedilər ki, toplantı olmayacaq
B) Anası gəlsə, mənə xəbər verin
C) Xörək dadlı deyildi, duzu az idi
D) Məqsədim odur ki, hadisələrin belə cərəyanına yol verilməsin
Bu budaq cümlələrin hansında budaq cümlə həmişə baş cümlədən əvvəl gəlir?
A) Kəmiyyət budaq cümləsi
B) Məqsəd budaq cümləsi
C) Təyin budaq cümləsi
D) Səbəb budaq cümləsi
"Aydın oldu ki, qrupun yarıdan çoxu əlaçıdır". Bu cümlə nə budaq cümləsidir?
A) mübtəda budaq cümləsi
B) təyin budaq cümləsi
C) zərflik budaq cümləsi
D) tamamlıq budaq cümləsi
E) xəbər budaq cümləsi
Madam ki; bir halda ki; əgər; -sa, -sə hansı budaq cümlənin tərkibində işlənir?
A) Təyin budaq cümləsinin
B) Mübtəda budaq cümləsinin
C) Qarşılaşdırma budaq cümləsinin
D) Yer budaq cümləsinin
E) Şərt budaq cümləsinin
Cümlənin növünü tapın. "Hərçənd hamı gəlmişdi, amma iclas başlamırdı".
A) Xəbər budaq cümləsi
B) Qarşılaşdırma budaq cümləsi
C) Tabesiz, qarşılaşdırma əlaqəsi
D) Tərzi-hərəkət budaq cümləsi
Tamamlıq budaq cümləsini göstərin.
A) Dədəm deyər ki, paltarı tər çürüdər, ürəyi söz
B) O zaman ki qarlı dağlar örtünərdi dumana
C) Dost o adamdır ki, pis gündə dostun əlindən tuta
D) Dərsi kim öyrənibsə, o danışsın
"Fit çalındı, hamı vaqonlara doluşdu". Bu cümlə aşağıdakı məna əlaqələrindən hansına aiddir?
A) ardıcıllıq
B) zaman
C) səbəb-nəticə
D) aydınlaşdırma
"Hər şey dəyişdi, lakin ana ürəyinin bir arzusu dəyişmədi" tabesiz mürəkkəb cümləsi hansı məna əlaqəsinə aiddir?
A) zaman
B) ardıcıllıq
C) qarşılaşdırma
D) səbəb-nəticə
E) aydınlaşdırma
Xitab haqqındakı fikirlərdən biri səhvdir:
A) Həm sözlərlə, həm də söz birləşmələri ilə ifadə olunur
B) Mübtəda kimi ismin adlıq halında olur
C) Cümlədə müraciət olunanı bildirən sözlərə deyilir
D) Çox vaxt xəbərlə uzlaşma əlaqəsinə girir
Cümlədə müraciət olunanı bildirən sözlərə deyilir:
A) əlavə
B) xitab
C) ara sözlər
D) söz – cümlə
Qrammatik cəhətdən cümlə üzvləri ilə bağlı olmayan sözləri seçin:
1)ara sözlər
2) əlavələr
3) həmcins üzvlər
4) xitab
A) 1,4
B) 2,3
C) 3,4
D) 1,3
“ Gözəl qız, hara yollanırsan? ” nümunəsində işlənmişdir:
A) xitab
B) ara söz
C) əlavə
D) zərf
Cümlələrdən birində xitab işlənməmişdir:
A) Şübhəsiz, nə vaxtsa mən onunla qarşılaşacağam
B) Oxu, bülbülüm, oxu!
C) Cəmilə, ali məktəbə qəbul oldunmu?
D) Vətən, sənin çiçəyinə, daşına qurban!
Xitab haqqında deyilənlərdən biri səhvdir:
A) Xitab xüsusi intonasiya ilə cümlə üzvlərindən ayrılır
B) Xitablar həm adlıq, həm də qeyri – müəyyənlik bildirən hallarda da ola bilər
C) Xitablar sadə və mürəkkəb olur
D) Müraciət olunan şəxsi bildirir
Xitablara aid fikirlərdən yalnız biri doğrudur:
A) İsimləşmiş sifətlər xitab ola bilməz
B) Xitablar xəbərlə uzlaşma əlaqəsində olur
C) Xitablar quruluşca yalnız sadə olur
D) I növ təyini söz birləşmələrindən ibarət olan xitablar mürəkkəb xitablardır
“ Sizi deyib gəlmişəm, ey mənim müsəlman qardaşlarım!” cümləsindəki xitab nə ilə ifadə olunub?
A) II növ təyini söz birləşməsi
B) Feli sifət tərkibi ilə
C) III növ təyini söz birləşməsi
D) I növ təyini söz birləşməsi
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top