Tapılan ümumi test sayı : 56

Mübtəda ismin hansı halında olur?
A) yerlik
B) yönlük
C) yiyəlik
D) təsirlik
E) adlıq
Biri zərfliyin sualı deyil:
A) nə üçündür?
B) nə məqsədlə?
C) necə?
D) harada?
E) nə qədər?
Biri təyini söz birləşməsi deyil:
A) Paltar astarı
B) Gözəl səhər
C) Gülün ətri
D) Gözlərdə kədər
Biri ismi birləşmə deyil:
A) Müəllimin dedikləri
B) Çoxluğun səsi
C) Beyni dumanlı
D) Onun oxuması
Biri söz birləşməsi deyil:
A) Sənət əsəri
B) Sudan yüngül
C) Kömək edəndə
D) Başqa adamlar
İsmi birləşmələrdən biri təyini söz birləşmələrinə aid deyil:
A) Daş kitabə
B) Corab sapı
C) Oxucu rəyi
D) Səndən xəbərsiz
Cümlələrdən birində yalnız uzlaşma və idarə əlaqəsi var:
A) Evin damına çıxmışdıq
B) Məktəb müqəddəs elm ocağıdır
C) Bu gün onu görməlisən
D) Şəhərimiz çox qədimdir
Hansı II növ təyini söz birləşməsidir?
A) mehriban müəllimimiz
B) mənim anam
C) birincilər birincisi
D) bizim sinif
I növ təyini söz birləşmələrindən hansı quruluşca sadədir?
A) dünəndən yatmış körpə
B) təzə açılmış gül
C) maraqlı bir həyat
D) dərs oxuyan uşaq
Birinci növ təyini söz birləşmələrindən hansılar sintaktik təhlil zamanı birlikdə bir cümlə üzvü olur?
A) dəmir qapı, xeyli insan
B) maraqlı kitab, yeni il
C) bu saat, hər gün
D) qədim dövr, gözəl bir qız
Hansı say (-cı, -ci, -cu, -cü)şəkilçisi qəbul etmədən də sıra bildirir?
A) x
B) 4, 5
C) 50-60
D) 20-30
E) 15
Bunlardan hansı feli birləşmədir: mənim oxumağım, tələbənin oxuyanı, mənim oxuduğum
A) mənim oxuduğum
B) mənim oxumağım
C) tələbənin oxuyanı
D) hamısı
"İçəri daxil olmuş tələbə sözə başladı"-cümləsində feli birləşmə tərkiblərindən hansı işlənib və hansı cümlə üzvü rolunda çıxış edib?
A) feli bağlama tərkibi, xəbər
B) feli sifət tərkibi, mübtəda
C) feli sifət tərkibi, təyin
D) məsdər tərkibi, tamamlıq
Qocaya hörmət bizim borcumuzdur-cümləsindəki qeyri-təyini ismi birləşmə hansı cümlə üzvüdür?
A) xəbər
B) təyin
C) zərflik
D) tamamlıq
E) mübtəda
Bu birləşmələrdən hansı "isim+ isim" sxeminə uyğundur?
A) həmin adam
B) yun parça
C) uca dağ
D) gələcək gün
E) beş kitab
"Şəhərin hündür mərtəbəli binaları göz oxşayırdı"-cümləsindəki III növ təyini söz birləşməsinin sintaktik funksiyası nədir?
A) təyin
B) zərflik
C) mübtəda
D) tamamlıq
E) xəbər
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top