Tapılan ümumi test sayı : 56

"Qaranlıq gecədə səni gözləyib,                                 Durmaqdan yoruldum ey dan ulduzu                                          Uzaq üfüqlərə göz gəzdirməkdən                                         Az qala kor oldum ey dan ulduzu"                                         Şeirdə buraxılmış durğu işarələrini müəyyənləşdirin.
A) 2 vergül, 2 nöqtə
B) 2 vergül, 2 nida
C) 1 vergül, 2 nöqtə
D) 2 vergül, 1 nöqtə, 1 nida
Hansı cümlədə xitab işlənməmişdir?
A) Təbiət gələcək cana, bənövşə!
B) Heydərbaba, ildırımlar çaxanda
C) Nə gözəl yaraşır Muğana ceyran
D) Sənə soyuqdurmu, a nurlu Ayım?
Özgədən heç zaman gözləmə kömək,                              Quru budaq kölgə salmaz, ey ürək. (N.Gəncəvi)                  Xitab nə ilə ifadə olunub?
A) Digər canlı varlıqla
B) Burada xitab yoxdur
C) İnsan adı bildirən isimlə
D) Cansız varlıqla
Cümlələrin hansında vurğu Ramin sözünün ilk hecasına düşür?
A) Ay Ramin, niyə gəlmədin?
B) Ramin məktəbdən gələcək.
C) Ramin gəldi.
D) Ramin, gəl
Vasitəsiz nitq nə vaxt dırnaq işarəsi olmadan yazılır:
A) Müəllif nitqi ilə vasitəsiz nitq ardıcıl növbələşdikdə
B) Dialoqun tərkib hissəsi olduqda
C) Müəllifin sözlərindən əvvəl gəldikdə
D) Müəllifin sözlərindən sonra gəldikdə
Başqasının nitqi olduğu kimi, dəyişiklik edilmədən verilərsə, bu adlanır:
A) əlavə
B) ara söz
C) söz – cümlələr
D) vasitəsiz nitq
“ Qızım, nə oxuyursan? ” - deyə ana soruşdu - cümləsinin sxemini göstərin:
A) M: “ V? ”.
B) “ V ”? – m
C) “ V ? ” – m
D) “ V ” – m
Vasitəsiz nitq vasitəlinin sintaktik qəlibində hansı bağlayıcı ilə ifadə olunur?
A) İlə
B) Ki
C) Və
D) Çünki
Başqasının fikrinin ümumi məzmunu saxlanır, ancaq onun sözlərindən sərbəst şəkildə istifadə olunursa, bu nə adlanır?
A) Vasitəsiz nitq
B) Vasitəli nitq
C) Söz – cümlə
D) ara söz
Başqasının nitqi hansı üsullarla verilir?
A) tabeli, tabesiz
B) vasitəli, vasitəsiz
C) leksik, fonetik
D) sadə, mürəkkəb
E) sintaktik, fonetik
Hansı sxem vasitəsiz nitqə uyğun deyil?
A) M:"v"?
B) M:"v"
C) "V", -m
D) M:m:"v"
E) M:"V", -m
Hansı cümlə vasitəsiz nitqə aid nümunədir?
A) Mən bilirdim ki, siz gələcəksiniz
B) Sən dedin, biz də eşitdik
C) Oğlan ona görə soruşdu ki, məlumatsız idi
D) "Saat neçədir?"- deyə soruşdum
Vasitəsiz nitq vasitəli nitqə çevriləndə hansı durğu işarələri atılır?
A) qoşa nöqtə, tire və dırnaqlar
B) sual və qoşa nöqtə
C) bütün durğu işarələri
D) yalnız tire
E) tire və qoşa nöqtə
Hansı sxem vasitəsiz nitqə uyğundur?
A) m, -V
B) "V: m"e
C) M:V:m
D) M:"V!"-m
E) "v"m
Verilən cümlələrin birində mübtəda məsdərlə ifadə olunmuşdur:
A) Qocalar kövrəldilər
B) Yarışanlar mükafat aldılar
C) Yolçular yola düzəldilər
D) Yaşamaq gözəldir
İsmi xəbərli cümlə hansıdır?
A) Qorxudan dizləri əsirdi
B) Dost dar gündə tanınar
C) Fuad bütün gecəni oyaq qalmışdı
D) Bu idmançılar yarışda birincilik qazananlardır
Feli sifətlə ifadə olunan tamamlığı göstərin:
A) Yaşamağı bacarmaq lazımdır
B) Oxuyan haqqında məqalə yazdılar
C) Vüqarı çox istəyirəm
D) Konfransda iştirak edənlərdən müsahibə aldım
“ Aşağı yol çox narahat idi ” nümunəsində hansı cümlə üzvü işlənmişdir?
A) Təyin
B) Mübtəda
C) Tamamlıq
D) Xəbər
Aşağıdakı zərfliklərdən biri zərflərlə ifadə oluna bilmir:
A) Kəmiyyət zərfliyi
B) Yer zərfliyi
C) Məqsəd zərfliyi
D) Zaman zərfliyi
Biri tamamlığın sualı deyil:
A) nə?
B) nə ilə?
C) nəyə?
D) kimin?
E) kimdən?
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top