Tapılan ümumi test sayı : 56

“ Nənəm olmuş bir əhvalatı xatırlayıb danışır, biz isə diqqətlə onu dinləyirdik .” - cümləsində tabesiz mürəkkəb cümlənin hansı məna əlaqəsi var?
A) Qarşılaşdırma
B) Bölüşdürmə
C) Zaman
D) Aydınlaşdırma
Tabesiz mürəkkəb cümlənin hansı məna əlaqəsində sadə cümlədəki iş, hal, hərəkət bir – birinin ardınca baş verir?
A) Zaman
B) Ardıcıllıq
C) Bölüşdürmə
D) Səbəb və nəticə
Biri tabesiz mürəkkəb cümlə deyil:
A) Yağış yağdı, camaat dağılışdı
B) Qapı döyüldü, mən qapını açmağa getdim
C) Bahar gəldimi, təbiət yaşıl dona bürünür
D) Gah gün çıxdı, gah da yağış yağdı
“ Harada birlik var, orada dirilik var ” tabeli mürəkkəb cümləsində budaq cümlənin növünü tapın:
A) Şərt budaq cümləsi
B) Xəbər budaq cümləsi
C) Yer budaq cümləsi
D) Təyin budaq cümləsi
Biri tabeli mürəkkəb cümlə deyil:
A) Anası gəlsə, mənə xəbər verin
B) Xörək dadlı deyildi, duzu az idi
C) Mənə dedilər ki, toplantı olmayacaq
D) Məqsədim odur ki, hadisələrin belə cərəyanına yol verilməsin
Bu budaq cümlələrin hansında budaq cümlə həmişə baş cümlədən əvvəl gəlir?
A) Məqsəd budaq cümləsi
B) Kəmiyyət budaq cümləsi
C) Təyin budaq cümləsi
D) Səbəb budaq cümləsi
"Aydın oldu ki, qrupun yarıdan çoxu əlaçıdır". Bu cümlə nə budaq cümləsidir?
A) təyin budaq cümləsi
B) zərflik budaq cümləsi
C) xəbər budaq cümləsi
D) mübtəda budaq cümləsi
E) tamamlıq budaq cümləsi
Madam ki; bir halda ki; əgər; -sa, -sə hansı budaq cümlənin tərkibində işlənir?
A) Şərt budaq cümləsinin
B) Mübtəda budaq cümləsinin
C) Təyin budaq cümləsinin
D) Yer budaq cümləsinin
E) Qarşılaşdırma budaq cümləsinin
Cümlənin növünü tapın. "Hərçənd hamı gəlmişdi, amma iclas başlamırdı".
A) Tərzi-hərəkət budaq cümləsi
B) Tabesiz, qarşılaşdırma əlaqəsi
C) Qarşılaşdırma budaq cümləsi
D) Xəbər budaq cümləsi
Tamamlıq budaq cümləsini göstərin.
A) Dədəm deyər ki, paltarı tər çürüdər, ürəyi söz
B) O zaman ki qarlı dağlar örtünərdi dumana
C) Dərsi kim öyrənibsə, o danışsın
D) Dost o adamdır ki, pis gündə dostun əlindən tuta
"Fit çalındı, hamı vaqonlara doluşdu". Bu cümlə aşağıdakı məna əlaqələrindən hansına aiddir?
A) səbəb-nəticə
B) aydınlaşdırma
C) ardıcıllıq
D) zaman
"Hər şey dəyişdi, lakin ana ürəyinin bir arzusu dəyişmədi" tabesiz mürəkkəb cümləsi hansı məna əlaqəsinə aiddir?
A) zaman
B) ardıcıllıq
C) qarşılaşdırma
D) aydınlaşdırma
E) səbəb-nəticə
Xitab haqqındakı fikirlərdən biri səhvdir:
A) Həm sözlərlə, həm də söz birləşmələri ilə ifadə olunur
B) Mübtəda kimi ismin adlıq halında olur
C) Çox vaxt xəbərlə uzlaşma əlaqəsinə girir
D) Cümlədə müraciət olunanı bildirən sözlərə deyilir
Cümlədə müraciət olunanı bildirən sözlərə deyilir:
A) söz – cümlə
B) əlavə
C) ara sözlər
D) xitab
Qrammatik cəhətdən cümlə üzvləri ilə bağlı olmayan sözləri seçin:
1)ara sözlər
2) əlavələr
3) həmcins üzvlər
4) xitab
A) 3,4
B) 2,3
C) 1,3
D) 1,4
“ Gözəl qız, hara yollanırsan? ” nümunəsində işlənmişdir:
A) zərf
B) ara söz
C) xitab
D) əlavə
Cümlələrdən birində xitab işlənməmişdir:
A) Vətən, sənin çiçəyinə, daşına qurban!
B) Cəmilə, ali məktəbə qəbul oldunmu?
C) Oxu, bülbülüm, oxu!
D) Şübhəsiz, nə vaxtsa mən onunla qarşılaşacağam
Xitab haqqında deyilənlərdən biri səhvdir:
A) Xitablar həm adlıq, həm də qeyri – müəyyənlik bildirən hallarda da ola bilər
B) Xitablar sadə və mürəkkəb olur
C) Xitab xüsusi intonasiya ilə cümlə üzvlərindən ayrılır
D) Müraciət olunan şəxsi bildirir
Xitablara aid fikirlərdən yalnız biri doğrudur:
A) Xitablar xəbərlə uzlaşma əlaqəsində olur
B) I növ təyini söz birləşmələrindən ibarət olan xitablar mürəkkəb xitablardır
C) İsimləşmiş sifətlər xitab ola bilməz
D) Xitablar quruluşca yalnız sadə olur
“ Sizi deyib gəlmişəm, ey mənim müsəlman qardaşlarım!” cümləsindəki xitab nə ilə ifadə olunub?
A) I növ təyini söz birləşməsi
B) II növ təyini söz birləşməsi
C) Feli sifət tərkibi ilə
D) III növ təyini söz birləşməsi
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top