Tapılan ümumi test sayı : 56

Mübtəda ismin hansı halında olur?
A) yiyəlik
B) yönlük
C) təsirlik
D) yerlik
E) adlıq
Biri zərfliyin sualı deyil:
A) harada?
B) nə qədər?
C) nə məqsədlə?
D) nə üçündür?
E) necə?
Biri təyini söz birləşməsi deyil:
A) Gülün ətri
B) Gözəl səhər
C) Paltar astarı
D) Gözlərdə kədər
Biri ismi birləşmə deyil:
A) Onun oxuması
B) Çoxluğun səsi
C) Müəllimin dedikləri
D) Beyni dumanlı
Biri söz birləşməsi deyil:
A) Sənət əsəri
B) Sudan yüngül
C) Başqa adamlar
D) Kömək edəndə
İsmi birləşmələrdən biri təyini söz birləşmələrinə aid deyil:
A) Səndən xəbərsiz
B) Daş kitabə
C) Corab sapı
D) Oxucu rəyi
Cümlələrdən birində yalnız uzlaşma və idarə əlaqəsi var:
A) Bu gün onu görməlisən
B) Məktəb müqəddəs elm ocağıdır
C) Evin damına çıxmışdıq
D) Şəhərimiz çox qədimdir
Hansı II növ təyini söz birləşməsidir?
A) mehriban müəllimimiz
B) birincilər birincisi
C) mənim anam
D) bizim sinif
I növ təyini söz birləşmələrindən hansı quruluşca sadədir?
A) dünəndən yatmış körpə
B) təzə açılmış gül
C) maraqlı bir həyat
D) dərs oxuyan uşaq
Birinci növ təyini söz birləşmələrindən hansılar sintaktik təhlil zamanı birlikdə bir cümlə üzvü olur?
A) maraqlı kitab, yeni il
B) qədim dövr, gözəl bir qız
C) dəmir qapı, xeyli insan
D) bu saat, hər gün
Hansı say (-cı, -ci, -cu, -cü)şəkilçisi qəbul etmədən də sıra bildirir?
A) 4, 5
B) 50-60
C) 20-30
D) x
E) 15
Bunlardan hansı feli birləşmədir: mənim oxumağım, tələbənin oxuyanı, mənim oxuduğum
A) tələbənin oxuyanı
B) hamısı
C) mənim oxuduğum
D) mənim oxumağım
"İçəri daxil olmuş tələbə sözə başladı"-cümləsində feli birləşmə tərkiblərindən hansı işlənib və hansı cümlə üzvü rolunda çıxış edib?
A) feli sifət tərkibi, təyin
B) feli bağlama tərkibi, xəbər
C) feli sifət tərkibi, mübtəda
D) məsdər tərkibi, tamamlıq
Qocaya hörmət bizim borcumuzdur-cümləsindəki qeyri-təyini ismi birləşmə hansı cümlə üzvüdür?
A) mübtəda
B) zərflik
C) tamamlıq
D) təyin
E) xəbər
Bu birləşmələrdən hansı "isim+ isim" sxeminə uyğundur?
A) beş kitab
B) yun parça
C) gələcək gün
D) həmin adam
E) uca dağ
"Şəhərin hündür mərtəbəli binaları göz oxşayırdı"-cümləsindəki III növ təyini söz birləşməsinin sintaktik funksiyası nədir?
A) təyin
B) tamamlıq
C) zərflik
D) mübtəda
E) xəbər
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top